Yaddaşı gücləndirən qidalar

19 Noyabr 2021 - 05:47

134476

Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusən də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir.

Xeber.ge saytı xəbər verir ki, gündəlik rasionda vitamin və minerallarla zəngin bir sıra qidaların istehlakına üstünlük verilməlidir:

Su. Su insan orqanizmində əhəmiyyətli rola malikdir. Belə ki, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak etməklə yanaşı, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su beyinin normal funksiyasının bərpa olunmasında mühüm rol oynayır. Alimlərin qənaətinə görə, beyin toxuması 85 faizi sudan təşkil olunub. Uzun müddət susuz qaldıqda beyinin məlumat saxlamaq qabiliyyətinə mənfi təsir göstərən kortizol hormonunun ifrazı artır və unutqanlıq, diqqət əskikliyi kimi hallar özünü göstərməyə başlayır. Qeyd edək ki, su itkisinin bərpası ilə yaddaş zəifliyinin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar mövcuddur.

Meyvə-tərəvəz. Meyvə-tərəvəzlər orqanizmin mineral maddələr və vitaminlərlə təmin olunmasında əvəzsiz qida məhsuludur. Təzə meyvə-tərəvəz ilboyu gündəlik qidanın tərkibinə mütləq daxil olmalıdır. Mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakı zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə müsbət təsir göstərir. Xüsusilə də bəzi rəngdə olan meyvə-tərəvəzin istehlakı daha faydalı sayılır. Məsələn, qırmızı çuğundurda olan antosian, badımcana bənövşəyi rəng verən nasunin beyin toxumasının lipidlərini qoruyur. Tünd yaşıl rəngli tərəvəzlərdə olan fol turşusu, eləcə də almanın qabığındakı antioksidantlardan kversetin yaddaş zəifliyinin qarşısını alır.

Balıq. Somon, qızılbalıq, sardina, siyənək kimi balıq növləri daha yüksək qida dəyərinə malikdir. Həmçinin bu balıq növləri Omeqa-3 yağ turşuları və B6 vitamini ilə olduqca zəngindir. Zehni qabiliyyətin inkişafı, yaddaşı gücləndirmək və ya bərpa etmək üçün onların istehlakına daha çox üstünlük verilməlidir. Bu balıq növləri Alzheimer xəstəliyinin inkişaf riskini azaltmaq, yaşla bağlı idrak geriliyinin qarşısını almaq baxımından da faydalıdır.

Yumurta. Zəngin biokimyəvi tərkibə malik olan yumurta qida rasionunda əsas yer tutmalıdır. Xüsusilə də yüksək protein tərkibli olması səbəbindən beyin hüceyrələrinin inkişafında mühüm rol oynayır. Yumurtanın tərkibindəki aminturşuları beyin hüceyrələrini qidalandıraraq yaddaşın güclənməsinə kömək edir.

Çərəzlər və toxumlar. Çərəzlər zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral maddələrə olan tələbatını ödəyir. Beyinin fəaliyyətini yaxşılaşdırmağa, zehni qabiliyyətin inkişafına müsbət təsir etdiyindən istehlakı tövsiyə olunur. Toxumların da istehlakı beyinin işini yaxşılaşdırır, yaddaşın və diqqətin inkişafına kömək edir. Xüsusən də kətan toxumu zehni qabiliyyətin inkişafına faydalı olan ən yaxşı qidalardan biri sayılır, çünki tərkibi Omeqa-3 yağ turşuları ilə zəngindir.

Paxlalılar və taxıl. Paxlalıların tərkibində müxtəlif qida maddələri üstünlük təşkil edir. Paxla, soya, mərci, noxud, yerfıstığı və digər bu tip qidaların müntəzəm istehlakı yaddaş zəifliyinə qarşı xeyirlidir.

Çay. Düzgün dəmlənmiş çayın faydalı xüsusiyyətləri çoxdur. Son tədqiqatlar göstərir ki, çayın tərkibindəki antioksidant xüsusiyyətli polifenollar dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını zəiflədir, xüsusilə də yaddaşı və idrak qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Çayın tərkibindəki teanin maddəsi isə sakitləşdirici təsirə malikdir.

Adaçayı. Beyinin fəaliyyətinə müsbət təsir edən bitkilərdən biri də adaçayıdır. Bu bitki beyin toxumasındakı biokimyəvi birləşmələrin səviyyəsini optimallaşdırır. Həmçinin beyin hüceyrələrinin bərpasında regenerativ rol oynayır.

Rozmarin (bibəriyyə). Rozmarin beyin yorğunluğuna yaxşı təsir edir. Araşdırmalara görə, antioksidantlar və karnos turşusu ilə zəngin olan rozmarin bitkisi beyinin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, zehni qabiliyyətin inkişafını 18 faizədək artırır. Hətta sübut olunub ki, ofisdə saxlanan rozmarinin qoxusu çalışanların əhvalını yüksəldir, yorğunluğu aradan qaldırır, həmçinin yaddaşı gücləndirir.

İspanaq. Müxtəlif vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ispanağın istehlakına daha çox üstünlük verilməlidir. İspanaq tərkibindəki faydalı maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti yaxşılaşdırır, motoriki (hərəki) aktivliyin inkişafına səbəb olur, eləcə də beyin damarlarının zədələnməsinə qarşı orqanizmin müqavimətini artırır.

Yer armudu (topinambur). Yer armudu orqanizm üçün çox faydalı bitkidir. Tərkibinin B6 vitamini, karbohidrat və antioksidantlarla zəngin olması baxımından beyinin funksiyasını xeyli yaxşılaşdırır, yaddaşı daha da möhkəm edir.

Otlar və kök sistemləri. Şərq ölkələrində min illərdir ki, ginkgo biloba adlı bitki yaddaş problemlərini müalicə etmək məqsədilə geniş istifadə edilir. Bitki qan dövranının yaxşılaşmasına kömək edir, nəticədə beyin hüceyrələri daha çox oksigen alaraq yaxşı qidalanır.

Həmin qidalarla yanaşı, balanslı səhər yeməyi də beyinin işini gücləndirir. Faydalı səhər yeməyi xüsusilə də məktəbyaşlı uşaqların inkişafına və sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir, eləcə də onların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir.


mənbə: axar.az

Xəbər lenti

ABŞ-dən İsrailə qarşı sanksiyalar
2024-04-19 22:05

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı
2024-04-19 22:00

Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb
2024-04-19 20:35

Liluaşvili: Zuqdidi və Rustavi Sakrebulolarında Milli Hərəkat və Gürcü arzusu arasında razılaşma əldə olunub
2024-04-19 20:32

Saraçlı kəndində amansızlıqla qətlə yetirilən İsə Hüseynovun atası danışdı -VİDEO
2024-04-19 20:27

Nazir Aleko Elisaşvilinin işi ilə bağlı suala belə cavab verib
2024-04-19 20:23

20 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-19 19:35

Gürcüstan DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib
2024-04-19 15:15

NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
2024-04-19 15:12

Cənab Bidzinaya aidiyyatı yoxdur, amma olsa belə, nə olsun ki?
2024-04-19 12:35

6 partiya: rus qanununun ikinci oxunuş günü üçün tam səfərbərlik elan edirik
2024-04-19 12:26

Qarşıdan gələn seçkilər gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq
2024-04-19 12:23

İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib
2024-04-19 12:05

Gənclər bu gün Parlament qarşısında aksiya keçirəcəklər
2024-04-19 11:54

“Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-19 11:16

İran səmasında İsaril PUA-ları VURULDU
2024-04-19 10:54

“İrana raket hücumu olmayıb”
2024-04-19 10:45

Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-18 22:58

Ukrayna XİN: Gürcüstan üçün real təhdid
2024-04-18 22:45

Viola fon Kramon: İvanişvili ehtiyat tədbirləri görür, sanksiyalar tətbiq olunarsa, pulu Gürcüstana qaytarmalıdır
2024-04-18 21:19

“Polis mənə fiziki təzyiq etdi, qabırğam sınıb”- Aleko Elisaşvili
2024-04-18 21:12

” Gürcüstan parlamentinin qərarından dərin məyus olduq”
2024-04-18 21:09

Sameqreloda ölümlə nəticələnən avtomobil qəzası baş verib
2024-04-18 21:01

Lui Bono Gürcüstanda səfərdədir
2024-04-18 20:45

Gürcüstanda torpaq sürüşməsi baş verdi
2024-04-18 20:31

19 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-18 19:42

Aksiyalar bizə xalqın qanun layihəsinə dəstəyini göstərdi
2024-04-18 15:36

Prezident qadınlar üçün kvotanın ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub
2024-04-18 15:31

“Gürcüstan Corciya deyil” - Tbilisidə davam edən etirazla bağlı Moskvada nə deyirlər
2024-04-18 14:50

Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək
2024-04-18 12:44

“İvanişviliyə offşorlarda gizlədilən əmlakını ölkəyə gətirməyə icazə verilir”, - qanunda nə dəyişir
2024-04-18 12:28

Bu, bizi ukraynalaşmadan qoruyacaq
2024-04-18 11:22

Bu xidmətlər hökumət tərəfindən maliyyələşdiriləcək
2024-04-18 11:14

İnsultdan qaçmağın ən asan və sadə yolu
2024-04-18 11:06

Qurana görə emosional nizam-intizam
2024-04-18 10:48

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
2024-04-18 10:39

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
2024-04-18 10:29

Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
2024-04-18 10:18

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
2024-04-18 10:08

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
2024-04-18 09:57


Digər Təbabət xəbərləri:

İnsan ömrünü uzadan ərzaqlar

118