Əcnəbilərin Gürcüstanda “yaşıl status” alması qaydası açıqlanıb

28 Noyabr 2021 - 17:30

134471

Bu ilin dekabrın 1-dən Gürcüstana səfər edən xarici ölkə vətəndaşları “yaşıl status”u sərhədi keçəndən sonra əldə edə biləcəklər.

Xaricdə koronavirusa qarşı hər iki doza ilə peyvənd olunan və ya test verən əcnəbilərə bu statusu təsdiqləyən QR-kod “CovidPass Georgia” tətbiqi vasitəsilə və yaxud covidpass.moh.gov.ge saytında qeydiyyatdan keçməklə veriləcək.

Hazırda test rejimində olan tətbiq və sayt dekabrın 1-dən fəaliyyət göstərməyə başlayacaq.

Qeydiyyatın təsdiqi xarici vətəndaşın Gürcüstanın mobil telefon nömrəsi və yaxud elektron poçtuna göndəriləcək.

“Yaşıl status” tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər üçün nəzərdə tutulub. PCR test və yaxud sürətli testin əsasında “yaşıl status” alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılacaq.

Dekabrın 1-dən etibarən Gürcüstanda mehmanxana və digər yerləşdirmə obyektləri, açıq və qapalı restoranlar, bar, kinoteatrlar, teatrlar, konsert zalları, opera teatrı, əyləncə mərkəzləri, kazino və oyun zalları, spa və fitnes zallarına, dağ kurortlarında kanat yollarından istifadəyə yalnız “yaşıl status”lu şəxslər buraxılacaqlar.

Gürcüstanda 18 yaşdan kiçik şəxslərdən “yaşıl status” tələb olunmayacaq.

Qeyd olunan qayda Avropa İttifaqının (Aİ) rəqəmsal COVID sertifikatları sisteminə inteqrasiya edilmiş ölkələrdə peyvəndlənən və test verən Gürcüstan vətəndaşları və əcnəbilərə şamil olunmayacaq.


mənbə: report

Xəbər lenti

Şakro Molodoy azadlığa buraxıldı
2024-03-29 15:01

Bakurianidə qar kütləsində qalan şəxsin axtarış-xilasetmə əməliyyatına helikopter cəlb olunacaq
2024-03-29 12:13

Avro-2024 dövründə Gürcüstandan Almaniyaya həftədə 30 birbaşa uçuş həyata keçiriləcək
2024-03-29 12:10

Müharibədə həlak olanların 12-nin nəşinin qalıqları işğal olunmuş Abxaziyadan gətirilib
2024-03-29 12:05

Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib, daha 20 məscid isə hazırdır
2024-03-29 11:02

Yaponiyadan TEXNOLOJİ YENİLİK: Yuyula bilən smartfon istehsal edildi
2024-03-29 10:55

Oruc tutmaq və müasir dünyada insan həyatının tənzimlənməsi
2024-03-29 10:50

Saakaşvili Ali Radaya müraciət etdi.
2024-03-29 10:46

Gürcüstanda verilən sürücülük vəsiqələri İspaniyada tanınacaq
2024-03-29 10:21

Ukraynada 50 min insan itkin düşüb
2024-03-29 10:07

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56


Digər Gürcüstan xəbərləri: