Bunları etsəniz cərimələnə bilərsiniz

15 Fevral 2023 - 08:34

134575

İctimai yerlərdə və bələdiyyə nəqliyyatında vandalizm faktlarının qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsində dəyişikliklər hazırlanıb. 

Bu barədə Kaxa Kaladze Tbilisi bələdiyyəsinin hökumət iclasında danışıb.

“Bilirsiniz ki, ictimai yerlərin təşkili, abadlaşdırılması, ümumiyyətlə, rahat mühitin yaradılması bizim üçün prioritet məsələdir. Parkların, meydanların, yolların, yeraltı keçidlərin, ictimai nəqliyyatın və digər ictimai obyektlərin hərtərəfli təchiz olunması və vətəndaşların hər gün rahat şəraitdə hərəkət etmələri vacibdir. Bütün bunlara təbii ki, həm insan, həm də maliyyə vəsaiti sərf olunur. Görürsünüz ki, son illər nə qədər park və meydanlar salınıb və ya abadlaşdırılıb, nə qədər ictimai yerlər abadlaşdırılıb. Bunun fonunda çox üzücüdür ki, belə məkanlarda, eləcə də yeni ictimai nəqliyyatda bir çox hallarda mövcud inventar bilərəkdən korlanır, əksər hallarda bunu böyüklər edir.

İnfrastrukturun və inventarın zədələnməsi və vətəndaşlarımızın bundan artıq istifadə edə bilməməsi ilə yanaşı, onun bərpası və ya dəyişdirilməsi üçün əlavə vəsaitin ayrılmasına ehtiyac var ki, bu vəsait başqa proqramlar üçün istifadə oluna və yenidən həmvətənlərimizə fayda verə bilər. Bu bir faktdır ki, bu vandal faktların qarşısını almaq üçün bu istiqamətdə məsuliyyəti gücləndirmək lazımdır”, - deyə Tbilisi meri bildirib.

Kaxa Kaladzenin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinə əsasən, vandalizm aktına görə cərimə 300 lari, təkrar törədildikdə isə 500 lari olacaq.

“Biz Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq və Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırladıq:
Parklar, meydanlar, yolların, yeraltı keçidlərdə yerləşdirilmiş İnfrastruktur və inventarlar
İstifadəsi nəzərdə tutulan digər obyektlərin, o cümlədən yol nişanlarının, işıqforların, açıq hava müşahidə kameralarının qəsdən zədələnməsi və ya məhv edilməsi, ictimai nəqliyyatın qəsdən zədələnməsi və ya ictimai nəqliyyatda inventarın qəsdən zədələnməsi və ya məhv edilməsi 300 lari məbləğində cərimə ilə nəticələnir.
Eyni hərəkətin təkrarlanması 500 lari məbləğində cərimə və ya inzibati həbslə nəticələnəcək.

Sözügedən qanun layihəsi Gürcüstan parlamentinə təqdim olunacaq və biz qanunvericilərin dəstəyinə böyük ümidlər bəsləyirik”, - deyə Kaxa Kaladze bildirib.

Paytaxt merinin sözlərinə görə, mövcud qaydaya əsasən, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsinə görə məsuliyyət yalnız zədələnmiş və ya məhv edilmiş əmlakın dəyəri 150 laridən çox olduqda nəzərdə tutulur.


mənbə: interpress

Xəbər lenti

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05


Digər Gürcüstan xəbərləri: