Gürcüstanın hakim partiyası: Avropa Parlamentinin qətnaməsinin dəyəri yoxdur

16 Fevral 2023 - 05:58

134505

Avropa Parlamentinin (AP) Mixeil Saakaşvilinin səhhəti ilə bağlı qəbul etdiyi qətnaməsinin heç bir dəyəri yoxdur.

Gürcüstanın hakim Gürcü Arzusu partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, qətnamədə yeni heç nə yoxdur və əvvəlki kimi dəyərsiz və qiymətsizdir.

Kaladze Gürcüstan hökumətinin 2012-ci ildən bəri Avropa İttifaqının (Aİ) üzvü olmaq üçün hər şeyi etdiyini, bir sıra layihələr həyata keçirdiyini bildirib. Qeyd edib ki, ölkə namizəd statusu əldə etməyə laiq olsa da siyasi bir qərar qəbul edilərək ona Aİ namizədi statusu verilməyib.

Kaladze əlavə edib ki, Saakaşvilinin cinayətkar olmasını Avropa İnsan Haqları Məhkəməsi məhkəməsi də təsdiq edib və onun azadlığa buraxılması ilə bağlı çağırışlar qəbuledilməzdir.

“Mən Avropaya inteqrasiya arzusu olan vətəndaşlarımızdan soruşuram, bu yanaşmaları qəbul etmək olarmı ? Bizim özümüzə hörmətimiz varmı ? Biz ölkəmizi, vətənimizi sevirikmi? Onların ölkəmizin əhalisinin çoxluğunu təmsil edən bizə və hökumətə qarşı şantaj dili ilə danışmalarını qəbul etmək olarmı? Mən əminəm ki, heç bir özünə hörmət edən gürcü bizim “dostlarımız” tərəfindən ölkəmizə münasibətdə bu leksikadan istifadəni qəbul etməyəcək. Əlbəttə, biz Avropa üçün maraqlı ölkəyik və özümüzü avropalı hesab edirik. Mənim ölkəmin adətləri, ölkəmizin əsrlər boyu mövcud olan dəyərləri də mənim üçün əhəmiyyətlidir və bu qərarlar, bu absurd və təhqiredici bəyanatlar, əlbəttə ki, hər şeyi zədələyir”, - deyə Kaladze bildirib.

Qeyd edək ki, dünən AP Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə Gürcüstan hökumətinə Mixeil Saakaşvilinin həbsdən azad edilərək müvafiq müalicə alması üçün xaricə getməsinə şərait yaratmaq çağırışı edilib. Qətnamədə eyni zamanda Avropa Şurasına və qurumun demokratik tərəfdaşlarına Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişviliyə Saakaşvilinin həbsinə və Gürcüstanda siyasi prosesi mürəkkəbləşdirdiyinə görə sanksiyalar tətbiq edilməsi çağırışı edilib.

577 deputatın dəstəklədiyi sənədin əleyhinə 33 deputat səs verib, 26 deputat bitərəf qalıb.


mənbə: apa

Xəbər lenti

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26


Digər Gürcüstan xəbərləri: