Tanınmış ürək cərrahından Hacı Şahinin səhhəti ilə bağlı yeni ŞOK DETALLAR

03 Mart 2023 - 06:38

134628

“Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də qəfil və sirli olmayıb”.

Xeber.ge xəbər verir ki,  bu barədə millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

O, Hacı Şahinin son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığı tibbi məlumatları bölüşüb: “Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016-cı ildən) dəfələrlə ürək şikayətləri ilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində də bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (kəskin koronar sindrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxıb”.

R. Mahmudovun sözlərinə görə, bu hadisə müalicə olunmayan ürək xəstəliyi səbəbindən baş verib: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecəyarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, “gəlirəm” deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.

Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq hər hansı bir suistimal və s. varsa, hadisəyə aydınlıq gətirəcək. Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbr diləyirəm”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı ötən gün 48 yaşında vəfat edib. TƏBİB-in yaydığı rəsmi açıqlamada Hacı Şahinin ürəktutmadan öldüyü bildirilib.


mənbə: baku.ws

Xəbər lenti

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23


Digər Azərbaycan xəbərləri:

Kamil Zeynallı azadlığa buraxıldı

247