Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı - Video

01 Dekabr 2020 - 16:07

551

Noyabrın 30-da saat 18:00-ə qədər Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərə də öz evlərini tərk etmək tapşırığı verilib. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.

Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir. Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların evlərini tərk etdiklərini söyləmişdi. Ancaq ötən gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır.

Xeber.ge saytı xəbər verir ki, jurnalist Arman Qəribyanın Laçından Ermənistanın "Lragir.am" nəşrinə verdiyi məlumatda belə deyilir.

"Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların oraları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, srağagün onların naziri burada olub və deyib ki, həmin icmaların üçü (Laçın dəhlizinin keçdiyi Laçın şəhəri, Zabux və Sus kəndləri) ermənilərin nəzarəti altında qalır. Amma dünən səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali oranı tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar", - deyə o bildirib.

Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların yaşayış məntəqələrinə nə vaxt gələcəyini bilmirlər:

"Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar".

"Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq", - deyə o vurğulayıb.

Laçında əsasən Ermənistan sakinləri yaşadıqlarına görə onlar yenidən Ermənistana qayıdırlar.

"Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır", - deyə o qeyd edib.


mənbə: axar.az

Xəbər lenti

Çinli mütəxəssislər yaşlılar arasında “Pfizer” peyvəndinin istifadəsini dayandırmağa çağırırlar
2021-01-17 23:19

ÜST "peyvənd pasportu" barədə açqlama verdi
2021-01-17 23:11

Navalnı Moskvada saxlanıldı- VİDEO
2021-01-17 22:30

300 ermənini məhv edib,Ermənistanı matəmə məcbur edən qazimiz uçuq daxmada yaşayır - VİDEO
2021-01-17 22:25

İsraildə “Pfizer” vurduran 13 nəfər iflic oldu
2021-01-17 22:12

İraqda dəhşətli hadisə - Çox sayda ölən var
2021-01-17 21:53

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
2021-01-17 21:46

İndoneziyada zəlzələ qurbanlarının sayı artır - VİDEO
2021-01-17 21:39

Gürcüstan - Rusiya avtomagistralında 10 kilometr uzunluğunda tıxac
2021-01-17 21:29

Anna Akobyanın mühafizəçisi hava limanında onları lentə alan erməni bloggerləri döyüb – VİDEO
2021-01-17 20:15

Hindistan ilk PUA-larını sınaqdan keçirdi
2021-01-17 19:52

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 46-a çatıb
2021-01-17 19:43

2050-ci ilə qədər Yerin temperaturunun pik həddə çatacağı proqnozlaşdırılıb
2021-01-17 19:32

Qara dənizdə Rusiya gəmisi batdı - Ölənlər və yaralananlar var
2021-01-17 18:48

NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
2021-01-17 18:29

Əfqanıstanda güclü zəlzələ baş verib
2021-01-17 18:13

ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
2021-01-17 18:03

Konqresin Nümayəndələr Palatası Kapitoli qarışıqlıqlarını araşdırmağa başladı
2021-01-17 17:44

Erməni spiker türk casusudur? – İrəvanda qalmaqal
2021-01-17 17:12

ABŞ sərhədində təhlükə: Minlərlə miqrant axını başladı
2021-01-17 17:03

Hindistanda dünyanın ən böyük peyvənd kampaniyası başladı
2021-01-17 16:58

Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər
2021-01-17 16:51

Həzrət Zəhranın (s.ə) şəhadət günüdür
2021-01-17 16:07

Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə işlər yekunlaşıb
2021-01-17 15:55

Bu qidalar ağciyərləri təmizləyir
2021-01-17 15:32

Yumurta qaynatdığınız suyu atmayın...
2021-01-17 15:09

Ermənilərin inanılmaz tunel-sığınacağı - VİDEO
2021-01-17 14:45

Lentexi-Mele hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
2021-01-17 14:36

Avropada əhali sayına görə ən çox COVID-19 xəstəsi olan ölkə açıqlanıb
2021-01-17 14:30

Misirdə Qədim padşahlıq dövrünə aid edilən məbəd aşkarlanıb
2021-01-17 14:24

Yerin kosmosdan heyrətamiz görüntüsü - Video
2021-01-17 14:05

Mayk Pompeo: Koronavirus Çinin laboratoriyasında yaranıb
2021-01-17 13:27

Daha bir qazimizin XOŞ XƏBƏRİ gəldi - VİDEO
2021-01-17 13:04

Koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
2021-01-17 12:58

İranda dördüncü dalğa ilə bağlı çağırış edildi
2021-01-17 12:52

Fransada etiraz aksiyaları keçirilib: Onlarla polis xəsarət alıb
2021-01-17 11:56

Himalay dağlarında qar uçqunu - VİDEO
2021-01-17 11:52

Fransada etirazçılar 5G tezliyinə malik qülləni yandırdılar
2021-01-17 11:45

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2021-01-17 11:24

Gürcüstanda koronavirus statistikası - 17 nəfər ölüb
2021-01-17 11:01


Digər Azərbaycan xəbərləri: