20-25 min gənc çıxıb bu qanunu geri götür deyirsə, götür

29 Aprel 2024 - 08:22

112

Rusiyayönlü “Gürcüstanın Patriotlar Alyansı” partiyasının sədri Davit Tarxan-Mourav hesab edir ki, “Gürcü Arzusu” gənclərin çağırışını nəzərə almalı və rus qanununu geri götürməlidir. O deyir ki, bu qanuna ehtiyac onun üçün anlaşılmazdır, çünki “mövcud qanunvericilik istənilən qeyri-hökumət təşkilatına nəzarətə tam imkan verir”.

“Əgər bir şey çatışmırsa – ki, çatışmadığını “Gürcü arzusu” deyir, - bəyannamənin daha təfərrüatlı olmasını istəyirsənsə, bəyannamə haqqında qanunda qeyri-hökumət təşkilatlarının bəyannaməsinin daha təfərrüatlı olmalı olduğunu yazmağın kifayətdir. Bunu da etmirlər, yəni yeni qanunun nəyə lazım olduğunu heç kim başa düşmür” deyən “Vətənpərvərlər Alyansı”nın sədri qeyd edib ki, “Gürcü Arzusu” qanunu hamıya şamil edilir, bu da ki, yanlışdır.

“Gürcüstanda 35 min qeyri-hökumət təşkilatı var, deyir “Gürcü Arzusu” və onların 25 mini Qərbdən və xaricdən maliyyə alır. Bəlkə də doğrudur, bilmirəm, amma əksəriyyəti ekoloji qeyri-hökumət təşkilatları, ya səhiyyə, ya kənd təsərrüfatı, ya sığorta, ya da milyonlarla müxtəlif sahələr, o cümlədən elmi sahələri əhatə edən təşkilatlardır. Siyasi qeyri-hökumət təşkilatları maraqlıdırsa, siyasi sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının nə olduğunu qanun müəyyən etməlidir.

Yaxşı qanun olsa belə, görürsən bu qədər insan buna qarşıdır… 20-22 minə yaxın gənc çıxmışdı. Bu adamların hamısının Mişa Saakaşvilinin və ya “Milli Hərəkat”ın tərəfdarı olduğunu düşünmək cəfəngiyyatdır. Baxırdıq, müşahidə edirdik, bizim xalq da orda idi. Gördük ki, Melia, Qvaramiya və ya başqası harda dayansa, gənclər qaçır, ayrı dayanırdılar.

“Milli Hərəkatın” 20 min gənc tərəfdarı yoxdur. Bu adamlar “Milli Hərəkat” tərəfdarı deyil, gənclərdir, bəlkə 1000, 2000 nəfər Milli Hərəkat tərəfdarıdır, qalanları yoxdur. Onlar həqiqətən də bunu istəmirlər, onları inandırıblar ki, bu qanun pisdir, rusyönlüdür. Məncə, bu qanuna qətiyyən ehtiyac yoxdur. Onlar tələb edirlər ki, biz qanunu istəmirik və bu qədər çətin olan 25 min gənc və ya 22 min, lap 20 min olsun, çıxıb sənə deyirlər ki, bu qanunu geri çək, çək geri, bu nə inadkarlıqdır. Nə lazımdır, niyə münasibətləri gərginləşdiririk.

Bu qədər gəncin çıxması o deməkdir ki, onlar Saakaşviliyə nifrət etdikləri qədər nifrət etməyə bilərlər. Amma insanlar “Gürcü Arzusu”na da nifrət edirlər. “Gürcü Arzusu” bunu qəbullunmaq istəmir”, - Tarxan-Mouravi bildirib.

Bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyi sözünü verən “Gürcü Arzusu” 2024-cü il aprelin 3-də “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürüb. “Rus qanunu” beynəlxalq təşkilatların qrant dəstəyi ilə işləyən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarını xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir. Aprelin 17-də Gürcüstan parlamentinin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib.

İki həftədir ki, hər gün Tbilisidə, parlamentin yaxınlığında rus qanununa qarşı etiraz aksiyaları keçirilir. Bunun əksinə olaraq, “Gürcü Arzusu” aprelin 29-da parlament binası qarşısında rus qanununa dəstək məqsədilə “ictimai toplantı” keçirməyi planlayır. Dövlət xidmətlərində çalışanlar aksiyada iştirak etməyə məcbur edilirlər. Elə aprelin 29-da da Parlament Hüquq Məsələləri Komitəsinin iclasında “Gürcü Arzusu”nun rus qanununa ikinci oxunuşda baxacaq.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq
2024-05-15 00:40

Gürcü müxalifətinin aksiyasında əcnəbi deputatlar
2024-05-15 00:38

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər
2024-05-15 00:33

Xarici siyasətçilər ökəmizdə birbaşa siyasi səhnəyə çıxırlar
2024-05-15 00:32

“Mən bu seçkilərdə Avropayönlü cəbhənin lideri olacağam”
2024-05-15 00:25

Tbilisidə bir neçə avtomobil yolu etirazçılar tərəfindən bağlandı
2024-05-14 23:29

O Brayenlə görüşdə sanksiyalardan söz açılmadığını bildirdi
2024-05-14 23:26

"Bu qanun qüvvədə qalsa ABŞ-dan maliyyə və səyahət məhdudiyyətləri olacaq"
2024-05-14 22:28

Parlament rus qanununu üçüncü oxunuşda 84 səslə qəbul edib | Qanunu dəstəkləyənlərin siyahısı
2024-05-14 20:34

38 universitetin rektoru tələbə və professorların protestinə qarışmadıqlarını bəyan edirlər
2024-05-14 20:30

Latviya, Estoniya, Litva və İslandiyanın xarici işlər nazirləri Tbilisiyə gəlirlər
2024-05-14 20:26

Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
2024-05-14 20:23

Tbilisidə etirazçılar parlamentə qayıdırlar
2024-05-14 20:21

ABŞ ilə ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıyıq
2024-05-14 20:18

“Bu gün Gürcüstan parlamenti sivil dünya ilə əlaqəni kəsdi”
2024-05-14 20:14

Gürcüstanın dostları olaraq parlamentin “Xarici Şəffaflıq” qanununu qəbul etməsindən məyusuq
2024-05-14 20:11

“Gürcüstan hökuməti Avropa gələcəyi ilə maraqlanmadığını açıq şəkildə bildirdi”
2024-05-14 20:09

Salome Zurabişvili ilə Cim O Brayen arasında təkbətək görüş nəzərdə tutulan vaxtdan daha uzun sürüb
2024-05-14 20:04

Həbsdən yeni çıxan Lazare yenidən saxlanıldı
2024-05-14 20:01

Polis qüvvələri parlamentin ətrafını tərk edir
2024-05-14 19:58

Parlament müxalifətinin bir hissəsi boykot rejiminə keçir
2024-05-14 19:56

"Biz Gürcüstanın daxili işlərinə qarışmaq fikrində deyilik"
2024-05-14 19:52

Tbilisidə xüsusi təyinatlılar asayişi bərpa etmək üçün səfərbər olunub
2024-05-14 18:54

Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib
2024-05-14 18:49

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib
2024-05-14 18:47

Parlamentdə fiziki qarşıdurma davam edir
2024-05-14 15:04

Etiraz aksiyasında bir nəfər saxlanıldı
2024-05-14 14:57

Cim O`Brayenlə İrakli Kobaxidze arasında görüş başa çatıb
2024-05-14 14:54

Yaxın günlərdə Gürcüstanda hava necə olacaq?
2024-05-14 14:51

Parlamentin Büro iclasında səs-küy yaranıb - Video
2024-05-14 13:04

Cim O Brayen Gürcüstandadır
2024-05-14 12:02

Azadlıq meydanına xüsusi təyinatlılar və su reaktiv maşınları səfərbər olunub
2024-05-14 11:58

Fələstinli İsrail dronunu daşla zərərsizləşdirdi - Video
2024-05-14 11:44

Reyhan - min bir dərdin dərmanı
2024-05-14 10:24

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 %-ə yaxın azalıb
2024-05-14 10:20

Xarkovda meşə döyüşləri - Video
2024-05-14 10:14

Gürcüstanda "Maydan" baş verməyəcək
2024-05-14 10:08

Tiflisə 4 ölkənin nazirləri gəlir - Gürcü Arzusu narahatdır
2024-05-14 10:05

Tələbələrin “rus qanunu”na qarşı etiraz aksiyası bu gün də davam edəcək
2024-05-14 10:02

Gürcü arzusu “Xarici agentlər” qanununu qəbul edərsə, onlara və ailə üzvlərinə dərhal sanksiya tətbiq edilməlidir”
2024-05-14 09:52


Digər Gürcüstan xəbərləri: