Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”

02 May 2024 - 10:20

114

Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidze rus qanunu əleyhinə aksiyanın dağıdılması zamanı DİN əməkdaşlarının rezin güllələrdən də istifadə etdiyi barədə məlumatı təkzib edib.

“Polis parlamentin daxili ərazisindədir, biz bayıra çıxmamışıq və ərazini içəridən icazəsiz müdaxilədən qorumağa çalışırıq. Qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən, yəni bibər qazından, gözyaşardıcı qazdan və su şırnağından istifadə etdik.

Rezin güllələrdən istifadə etmək üçün hər cür hüquqi əsasımız olsa da, istifadə edilmədi.

Aksiya iştirakçıları müxtəlif əşyalardan, o cümlədən heç bir açıq mağaza şəbəkəsində satılmayan yanar qazlardan və mənşəyi məlum olmayan qazlardan istifadə edirlər. Biz mütləq maraqlanacağıq və bu alətlərin bu insanların əlinə necə keçdiyini öyrənəcəyik. Biz qəti şəkildə təkzib edirik və təsdiq edirik ki, bu mərhələyə kimi DİN-in heç bir əməkdaşı rezin güllədən istifadə etməyib”, - Daraxvelidze Daxili İşlər Nazirliyində keçirilən fövqəladə brifinqdə bildirib.

Parlament binası qarşısında keçirilən aksiyanın bir sıra iştirakçılarına, o cümlədən “Qirçi – Daha Çox Azadlıq” partiyasının üzvü, Tbilisi Şəhər Şurasının deputatı Tsotne Koberidzeyə rezin güllə dəyib. Rezin güllədən yaralanan və gözününün yaxınlığında qanaxma olan 25 yaşlı gənc xəstəxanaya çatdırılıb.

“Mənə deyildiyi kimi, göz xilas olunub. Rezin güllə qaş nahiyəsinə dəyib. Qaz buraxılan zaman yıxılan uşaqlara kömək edirdim, sonra mənə atəş açdılar deyir”, - deyə xəsarət alan gəncin atası Kaxa Demurişvili bildirib.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, aksiyada digər xüsusi tədbirlərlə yanaşı, rezin güllələrdən istifadə də müşahidə olunub. Təşkilat bildirir ki, rezin güllələrin yaxın məsafədən, həyati orqanlar istiqamətində (üz, qarın) və/və ya təhlükə törətməyən şəxslərə qarşı tətbiqi xüsusilə təşviş doğurur.

İkinci gündür ki, hakimiyyət parlament qarşısında rus qanununa etiraz edən mülki vətəndaşları dağıdır. Daxili İşlər Nazirliyi onlara qarşı bibər qazı, su və gözyaşardıcı qazdan istifadə edir. Bu gün xüsusi təyinatlıların nümayişçilərə rezin güllələr də atdığı iddia edilir. Aksiya iştirakçılarının əksəriyyəti gənclər, o cümlədən məktəblilərdir.

Böyük etirazlara səbəb olan rus qanununu mayın 1-də parlament ikinci oxunuşda 23 əleyhinə 83 lehinə səslə qəbul edib. Səsvermədən əvvəl baş nazir İrakli Kobaxidze brifinq keçirərək deyib ki, “Gürcü Arzusu” güzəştə getməyə və rus qanunu geri götürməyə hazırlaşmır.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Qardabanidə qardaş bacısını bıçaqlayıb
2024-05-16 23:52

VMH sədri əhaliyə səsləndi: “Sülh yolu ilə mübarizə aparmalıyıq”
2024-05-16 23:50

“Əgər kollektiv “Milli Hərəkat” Salome Zurabişvilini lider kimi elan edərsə...”
2024-05-16 23:47

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb
2024-05-16 23:45

Tiflisdə yenidən etiraz aksiyası keçirilir
2024-05-16 23:40

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
2024-05-16 23:34

Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
2024-05-16 20:37

Şirin pampıq kimi yüngül planet kəşf edildi
2024-05-16 20:32

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlandı
2024-05-16 20:22

Tiflisdə 120 təşkilat tələb etdi: “Agentlər”i geri götür!
2024-05-16 20:17

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı
2024-05-16 20:14

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir
2024-05-16 20:08

Ərdoğanla Kobaxidze FETÖ və PKK ilə mübarizədən danışıb
2024-05-16 20:04

Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
2024-05-16 20:02

Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
2024-05-16 19:59

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib
2024-05-16 19:34

Motosiklet idarə edən gənc qəza törətdi
2024-05-16 19:29

17 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-16 19:16

Gürcüstan avropalı tərəfdaşlarla müzakirələrə və həmçinin avropalı tərəfdaşların bu qanunu Avropa direktivlərinə uyğunlaşdıracaq təkliflərə hazırdır
2024-05-16 19:07

Gürcüstan Milli Bankı 60 milyon dollar satıb
2024-05-16 16:10

Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında iki nəfəri əmlaka ziyan vurmaqda ittiham edərək saxlayıb
2024-05-16 15:30

Mtacmindada yanğın baş verib
2024-05-16 14:36

Mamuka Mdinaradze: Xahiş edirəm ki, sanksiya mexanizmi işə düşərsə, başqalarına deyil mənə sanksiya tətbiq edilsin
2024-05-16 14:28

Parlament “Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiq edib
2024-05-16 14:25

İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib
2024-05-16 14:09

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb
2024-05-16 13:55

Avropa parlamentariləri “Gürcü arzusu”na çağırış edir
2024-05-16 12:47

Bu tarixdə Gürcüstanda tətil elan edildi
2024-05-16 12:32

Avropalı nazirlərin etirazlara qoşulması Gürcüstanda çevrilişə yardımdır
2024-05-16 12:08

5 günlük axtarışdan sonra 27 yaşlı qızın meyiti tapılıb
2024-05-16 11:29

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı...
2024-05-16 11:18

Quranda qorxudan çəkinmək və emosional intizam
2024-05-16 11:11

Kaxa Kaladze nümayişlərdə iştirak edən avropalı nazirləri düşmən adlandırıb
2024-05-16 10:58

Putini Çində belə qarşıladılar -VİDEO
2024-05-16 10:07

Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib, həkimlərlə danışır
2024-05-15 22:06

Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
2024-05-15 22:04

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar
2024-05-15 21:57

Etiraz aksiyası keçirən tələbələr Qəhrəmanlar Meydanını bağladılar
2024-05-15 20:55

Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
2024-05-15 20:50

Slovakiyada atışma - Baş nazir yaralandı - Video
2024-05-15 20:42


Digər Gürcüstan xəbərləri: