Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi

03 Dekabr 2020 - 21:21

114

Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib.

Xeber.ge saytı xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”, - deyə məlumatda bildirilir.


mənbə: axar.az

Xəbər lenti

İsraildə 78 yaşlı şəxsin görmə qabiliyyəti bərpa edilib- VİDEO
2021-01-21 23:23

10 dəqiqəlik şarjla 100 km məsafə qəti, həm də daha ucuz
2021-01-21 22:58

Feysbukdan koronavirusa süni intellekt zərbəsi
2021-01-21 22:28

“Simpsonlar”ın növbəti “kəhanəti” düz çıxdı
2021-01-21 21:39

Ukraynada 15 nəfər diri-diri yanaraq öldü - VİDEO
2021-01-21 21:08

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO
2021-01-21 20:48

Bayden Meksika ilə divarın inşasını dayandırdı
2021-01-21 20:06

Avtomobillərin köhnə nömrələri bu tarixə qədər dəyişdirilməlidir
2021-01-21 18:52

Prokurorluq David Qareci işi üzrə daha bir gizli yazını yayır
2021-01-21 18:34

Netanyahu Co Baydendən kömək istədi
2021-01-21 18:07

Gürcüstanda hər şey vaksinasiyaya hazırdır – baş nazir
2021-01-21 17:37

Gürcüstanın Azərbaycana borcu azalıb
2021-01-21 17:11

Bakı və Aşqabad razılaşdı: Transxəzər layihəsinə “yaşıl işıq”...
2021-01-21 16:52

Ağ Ev: ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək
2021-01-21 16:31

Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib
2021-01-21 16:14

Gürcüstan Strasburq məhkəməsində Rusiyanı udub
2021-01-21 16:03

Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb
2021-01-21 15:45

Bağdadda onlarla insanın öldüyü terrorun görüntüləri - ANBAAN VİDEO
2021-01-21 15:30

Gürcüstanın baş nazirinə müavinlər təyin olunub
2021-01-21 15:03

Mutant koronavirusun törətdiyi təhlükə - Yenidən yoluxdurur
2021-01-21 14:47

Yəhudi alimlərdən peyvəndlər haqqında ŞOK İDDİA
2021-01-21 14:39

"Baydenin dövründə bizi çətin dörd il gözləyir"
2021-01-21 14:22

Bin Salman keçmiş vəliəhdin əmlakını ələ keçirmək istəyir
2021-01-21 14:20

Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda hərəkət sərbəstdir
2021-01-21 14:10

"Tramp və Pompeo tarixin zibil qutusuna atıldı"
2021-01-21 12:58

Erməni həyasızlığı bitmir: Baydenə Qarabağ çağırışı...
2021-01-21 12:57

Adi qaşığın köməyi ilə sağlamlığınızın vəziyyətini yoxlayın
2021-01-21 12:52

Bağdadın mərkəzində şiddətli partlayış törədilib - Video
2021-01-21 12:49

Liviya sahillərində miqrantların olduğu qayıq batdı - Azı 43 ölü var
2021-01-21 12:20

Azərbaycanda 239 muzey və 29 teatr fəaliyyət göstərir
2021-01-21 12:17

Çin Pompeonun adını “qara siyahı”ya saldı
2021-01-21 12:15

Sərt karantin rejimini pozan təqaüdçünü küçədə sütuna bağladılar - VİDEO
2021-01-21 12:10

Türkiyədə dəhşətli hadisə: Ana körpəsini bıçaqlayıb öldürdü
2021-01-21 11:42

Ağ Ev: Bayden çalışacaq ki, İran...
2021-01-21 11:40

İranın Qum şəhərində 20 Yanvar münasibəti ilə matəm məclisi təşkil olundu
2021-01-21 11:10

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2021-01-21 11:08

Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb
2021-01-21 11:06

Ötən il Azərbaycanda 61 mindən çox ölüm qeydə alınıb
2021-01-21 11:01

ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
2021-01-21 10:58

İmam Əlinin (ə) hərəminin Fatimeyi Zəhra (s.ə.) səhni
2021-01-21 10:53


Digər Azərbaycan xəbərləri:

20 Yanvar faciəsindən 31 il ötür

105