Azərbaycanda hazırlanmış ilk yüksək texnologiyalı protezlər təqdim edildi

04 Dekabr 2020 - 00:15

237

Xeber.ge saytı xəbər verir ki,​3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində innovativ addım atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin istehsalı sexində hazırlanmış ilk iki protez nümunəsi təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aşağı ətraf protezləri Qarabağ müharibəsi əlilləri Malik Orucova və Ayaz Məmmədova verilib.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə müəssisədə yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması dövlət başçısının əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti göstəricisidir.

 

C.Əbdul-Qədirov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əliliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin reabilitasiyasına qayğısından bəhs edib. Bildirib ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Fond tərəfindən müvafiq layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı protez məhsulları ilə təmin ediliblər.

Agentlik sədri ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı işinin davamı kimi bu ilin 11 ayında 10424 əlilliyi olan şəxsə 26 700-dək reabilitasiya vasitəsi, o cümlədən  900-ə yaxın əlil arabası verildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə reabilitasiya sistemi müasirləşdirildiyi kimi, reabilitasiya vasitələrinin istehsalı praktikası da daim təkmilləşdirilir, qabaqcıl dünya standartlarına uyğunlaşdırılır.

Yüksək texnologiyalı protezlərin hazırlanması sexi dünyanın məhşur protez istehsalçılarından olan "OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində qurulub. Burada həmin şirkətin "Genium” sisteminin, yəni yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında protez istehsalı nəzərdə tutulub. Bu sistem üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. Rahatlığı xeyli artırır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, yüksək texnologiyalı protezlər verilmiş müharibə əlilləri M. Orucov və A.Məmmədov protez istehsalı sahəsində müasir yeniliklərin tətbiqinin təqdirəlayiq olduğunu bildiriblər. Onlar əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılmasına göstərdiyi böyük qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yüksək texnologiyalı protezlərin üstünlükləri nümayiş edilib, protezlərin istehsalı sexi ilə tanışlıq olub.

Tədbirdə həmçinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” nominasiyası üzrə respublika müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 236 müəssisə və təşkilatdan Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin qalib olduğu bildirilib. Komitənin "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəsissəsi” diplomu təqdim edilib.


mənbə: 7news.az

Xəbər lenti

ABŞ-da COVID-19-a yoluxanların sayı 25 milyonu ötdü
2021-01-24 23:34

Limonlu çayın faydaları
2021-01-24 23:19

Nigeriyada partlayış nəticəsində 30 nəfər həlak olub - VİDEO
2021-01-24 23:07

İran xarici işlәr naziri Bakıya gəlib
2021-01-24 22:59

Ronaldo ərəblərin təklifini rədd etdi
2021-01-24 22:52

ABŞ-la məhbus mübadiləsinə hazırıq
2021-01-24 22:44

Dəhşətli təyyarə qəzası: prezident və futbolçular öldü
2021-01-24 22:27

Dünyanın ən təhlükəli narkobaronu tutuldu
2021-01-24 22:22

Türkiyədən YENİ İXTİRA: Sualtı gəmiləri belə MƏHV EDƏCƏK
2021-01-24 22:12

ABŞ İsraildən aldığı bu silahı Fars körfəzinə YERLƏŞDİRİR
2021-01-24 22:06

Gənc qadının özünü 18-ci mərtəbədən atdı - VİDEO
2021-01-24 21:38

Lilo Mall -un Baş direktorunun bəyanatı
2021-01-24 21:14

Misirlilər papirusdan hazırlanmış gəmilərdə Atlantik okeanını keçirdilər
2021-01-24 20:51

3D printer vasitəsilə poladdan avar valı çap edilib
2021-01-24 20:42

Bitcoin mayninqi üzrə gəlir 4.5 dəfə artıb
2021-01-24 20:28

Orta məktəblərdə tədris sinif otaqlarında davam etdiriləcək
2021-01-24 19:39

Sübut edildi: Zeytun yarpağı COVİD-i parçalayır
2021-01-24 19:05

Rusiyada şok qarşıdurmalar: polislər bu cür döyüldü... – Video
2021-01-24 18:46

Minlərlə insan Emmanuel Makron hökumətinə etiraz etdi - VİDEO
2021-01-24 18:01

Şamaxının Quşçu kəndində vulkan püskürdü - VİDEO
2021-01-24 17:56

Dünyada koronavirusa yoluxanların sayı 100 milyona çatır
2021-01-24 16:45

Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?
2021-01-24 16:32

Alimlər insan orqanizminin koronavirusu “yadında saxladığını” aşkarlayıb
2021-01-24 15:33

ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü
2021-01-24 15:26

İraqda 340 nəfər edam olunacaq
2021-01-24 15:19

Barmaqlarınız tez-tez keyiyir?
2021-01-24 15:13

İŞİD İraqda Haşd-Şabi təhlükəsizlik qüvvələrinə hücum edib, 11 hərbçi həlak olub
2021-01-24 14:53

Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir - VİDEO
2021-01-24 14:21

Lilo bazarında etirazın ikinci günü
2021-01-24 13:55

Ruhanidən korona açıqlaması: 6 ay buna məcburuq
2021-01-24 13:19

Nigeriyalı dəniz quldurları Türkiyə gəmisinə basqın edib, 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb
2021-01-24 13:11

Gürcüstan Azərbaycanla sərhədi açır?
2021-01-24 12:58

Rusiyada 600-dən çox aksiyaçı saxlanılıb
2021-01-24 12:38

Demə, soyuq havada maşını qızdırmaq OLMAZMIŞ - VİDEO
2021-01-24 12:23

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2021-01-24 11:58

Gürcüstanda koronavirus statistikası - 17 nəfər ölüb
2021-01-24 11:42

“Bayden gəldisə, Putin gedə bilər” - VİDEO
2021-01-23 22:50

İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
2021-01-23 22:33

Nigeriyada güclü partlayış olub, 30 nəfər ölüb
2021-01-23 22:23

Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb -VİDEO
2021-01-23 22:17


Digər Azərbaycan xəbərləri: