Bu gün Qədir-Xum günüdür - Həzrət Əlinin (ə) imaməti

20 Avqust 2019 - 10:23

Hicri-qəməri tarixi ilə bu gün zil-hiccə ayının 18-i İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Məhz bu gündə (hicrətin 10-cu ili ,miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini və ümmətə imam olaraq təyin edib.

Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Hədislərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

 

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

 

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qılıb, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söyləyib. Peyğəmbər müsəlmanlara xatırladıb ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və Əhlibeytini tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.

 

Sonra Peyğəmbər (s) yanında durmuş Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırdı və buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

 

Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar edib və ardınca söyləyib: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».

 

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).

 

Sonra Peyğəmbər (s) Əli ibn Əbu Talib (ə) üçün çadır qurdurub, özü da başqa bir çadırda əyləşib. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik ediblər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi (ə) təbrik etmiş ilk şəxs gələcək xəlifələr Əbu-Bəkrlə Ömər ibn Xəttab olublar.

 

İmam Sadiq (ə) buyurub: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin».

 

Qədir-Xum hadisəsini onlarla mötəbər əhli-sünnə tarixçisi və mühəddisi nəql edib ki Əllamə Əmini adlı alim bu mənbələri öz əl-Ğədir əsərində qeyd etmişdir. O mənbələrdən bir neçəsinin adını qeyd edirik: 

Sünəni Tirmizi-cild-12. Səh-175,

Əl-musənnəf. Cild-7.səh-495
Möcəmul-kəbir Təbəri. Cild-4.səh-4
Durrul-Mənsur. Cəlaləddin Suyuti. Cild-3.səh-323
Təfsir İbn Kəsir. Cild-3. Səh-28
Ruhul-Məani.Cild-5. Səh-67-68
Fəthul-qədir.Alusi. Cild-6.səh-25

 

Yaşar Nuriyev


İslaminSesi.info

Xəbər lenti

Rusiyanın “General Həzi Aslanov” neft tankerində partlayış olub
2020-10-24 22:34

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb
2020-10-24 21:59

Hikmət Hacıyev: “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür”
2020-10-24 21:49

Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan istifadə edir
2020-10-24 21:33

Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
2020-10-24 21:24

Fransanın dövlət binalarında İslam Peyğəmbərini təhqir edən karikaturalar asıldı
2020-10-24 21:16

"Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir"
2020-10-24 20:27

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib
2020-10-24 20:16

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi
2020-10-24 20:04

Düşmənin hərbi texnikalasını məhv etməyə davam edirik
2020-10-24 19:44

Qubadlı istiqamətində Ermənistana məxsus döyüş təyyarəsi məhv edilib
2020-10-24 18:46

Düşmənin xeyli sayda hərbi texnikası məhv ediblib
2020-10-24 18:08

Azad etdiyi Talış kəndindən reportaj
2020-10-24 17:57

Azərbaycan ordusundan düşmənə sarsıdıcı zərbələr
2020-10-24 17:04

Düşmən PUA-sı məhv edilib
2020-10-24 16:50

Düşmən PUA-sı məhv edilib
2000-01-01 00:00

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
2020-10-24 14:33

Dinc sakinlər yenə düşmən hədəfində
2020-10-24 14:11

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur
2020-10-24 12:21

Gürcüstanda koronavirus statistikası (Yeni rekord)
2020-10-24 12:08

Gecə ərzində düşmənin məhv edilən döyüş texnikaları
2020-10-24 11:54

İşğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə
2020-10-24 11:19

Məkkədə 7 aydan sonra İLK
2020-10-24 09:10

Suriyada neft bazarına aviasiya zərbələri nəticəsində 15 nəfər ölüb
2020-10-24 08:59

Sudan da İsraillə münasibətlərin normallaşdırılmasına razılıq verib
2020-10-24 08:56

Səudiyyə Ərəbistanı Yəmənin 15 neft tankerini ələ keçirdi
2020-10-24 08:50

İşğaldan azad edilən ərazilərimizin - Tam siyahısı
2020-10-24 08:44

Düşmənin dayaq məntəqələri dağıdılıb, vacib yüksəkliklər azad edilib
2020-10-24 08:30

XİN Ceyhun Bayramovla Pompeonun görüşü ilə bağlı məlumat yaydı
2020-10-24 08:26

Kreml Trampın Dağlıq Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmir
2020-10-24 00:16

Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib
2020-10-24 00:01

Xocavənd və Füzuli istiqamətlərində düşmən məhv edilib
2020-10-23 23:43

Pakistanla Azərbaycanı nə bağlayır?
2020-10-23 21:50

Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
2020-10-23 21:24

İranda neft kimya zavodunda partlayış və yanğın baş verib
2020-10-23 20:55

İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir
2020-10-23 20:26

Laçını işğalda saxlamağı Tonoyan özü üzərinə götürdü
2020-10-23 20:10

Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndi
2020-10-23 18:26

Dişləri tökülmüş “qoca qvardiya”
2020-10-23 18:17