Bu gün Həzrət Zeynəbin (s.ə) vəfatı günüdür

10 Mart 2020 - 11:53

Hicri-qəməri tarixi ilə rəcəb ayının 15-i həzrəti Zeynəbin (s.ə) vəfat günüdür.

İslaminSesi.info - Xanım Zeynəb (s.ə.) hicrətin 5-cı ilində dünyaya gəlib və həyatının ilk beş ilini babası Peyğəmbərlə (s) eyni zamanda yaşamış və hicrətin 62-ci ilində Kərbəla faciəsindən 1 il sonra dünyadan köçmüşdür.

 

Həzrəti Zeynəbin atasi İmam Əli (ə), anası Xanım Zəhradır (s.ə). İmam Həsən və İmam Hüseynin (ə) bacısıdır.

 

Tarixi mənbələrdə qeyd olunur ki, həzrəti Zeynəb (s.ə.) dünyaya gələrkən babası Məhəmməd (s) peyğəmbər döyüşdə imiş və məhz buna görə həzrəti Əli (s.ə.) onun adını qoymur və Peyğəmbəri (s) gözləyir. Peyğəmbər (s) döyüşdən qayıtdıqdan sonra Zeynəbi öpüb qucaqlayır, onu atasına bənzədir və onu “Zeynəb”, yəni "atasının bəzəyi və zinəti" adlandırır.

 

Xanım Zeynəb (s.ə) əmisi oğlu Abdullah ibn Cəfər ibn Əbu Talib ilə ailə qurmuş və onun icazəsi ilə Kərbəlada İmam Hüseynin (ə) yanında olmuşdur. Xanımın (s.ə) 4 övladı olmuşdur. Xanımın (s.ə) iki oğlu Oun və Muhəmməd Kərbəlada şəhid edilmişdir, diğər iki oğlunun da İslam yolunda şəhid edildiyi qeyd olunur.

 

Həzrəti Zeynəb (s.ə) qardaşı imam Hüseynlə (ə) birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (ə) şəhid edilməyindən sonra Şama əsir aparılan xanım Zeynəb (s.ə) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca xalqa çatdırıb. Məhz buna görədir ki, həzrəti Zeynəb (s.ə) İmam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir. O həzrət (s.ə) Kərbəla əsirləri ilə birlikdə Mədinəyə qayıdır və bütün həqiqətləri camaata çatdırır.

 

Xanım (s.ə) Aşuradan sonra cəmi bir il ömür sürür. Şeyx Abbas Qummi “Hədiyyətuz-Zairin” əsərində bir sıra tarixi faktlara və hədislərə istinad edərək yazır ki, Kərbəla faciəsindən sonra İmam Hüseyn övladları Mədinəyə gəldilər, daha sonra Abdullah bin Cəfər Mədinədə yaranan qıtlığa görə ailəsi və həzrəti Zeynəbi də götürüb, Şama getdi. Çünki onların orada kiçik bir tarlası var idi. Həzrət Zeynəbin (s.ə) Aşuradan sonrakı həyatı və vəfat yeri barədə olan bu fikiri tarixçilərin çoxu dəstəkləyir.

 

Xanım Zeynəbin (s.ə) Mədinəni tərketməsinin səbəblərindən biri də, Yezidin göstərişi ilə olduğu qeyd edilir. Beləki, Mədinəyə geri dönən Əhli-Beyt (ə) övladları, xüsusən də Xanım Zeynəb (s.ə) daim insanlara Kərbəlanın dəhşətlərini çatdırır, Yezid və ərtafının peyğəmbər (s) ailəsinə etdiyi zülmü bütün insanlara öz həqiqəti ilə anladırdılar. “Zeynəbi Kubra minəl-məhdi iləl-ləhədi” kitabının müəllifi Əllamə Qəzvinin yazdığına görə Məkkənin o zamankı valisi Ömər bin Səid Əşdəq, Yezidə məktub yazır və Xanımın (s.ə) şəhərdən çıxarılmasını tələb edir. Bu istəyin üzərindən Yezid, həzrət Zeynəbin (s.ə) Mədinədən uzaqlaşdırılmasına göstəriş verir. Həmin mənbənin yazdığına görə Xanım Zeynəbin (s.ə) həyat yoldaşı Abdullah bin Cəfər, xanımı (s.ə) və o xanımla birgə olan bir neçə Haşimi qadını özü ilə götürüb Şamda olan evinə gəlir.

 

Həmçinin Seyyid Muhəmməd Kazim Qəzvinin yazdığına əsasən Dəşəqdə məskunlaşan həzrət Zeynəb (s.ə), Yezid casusları tərəfindən zəhərlənir və hicrətin 62-ci ili rəcəb ayının 14-də şəhadətə qovuşur. Xanımın (s.ə) zəhərlədilməsi Yezidin göstərişi ilə insanlardan gizli saxlanılır.

 

Xanımın mübarək məzarı hazırda Dəməşqin 7 km şərqində yerləşən Raviyə kəndindədir (Seyyidə-Zeynəb rayonu). Təkfirçi düşüncənin dəfələrlə cəhdlərinə baxmayaraq Xanımın (s.ə) pak məzarı dağılmaqdan mühafizə edilmişdir.

 


Xəbər lenti

Gürcüstanda koronavirusa yoluxanların sayı artib, 1 nəfər isə həyatını itirib
2020-09-29 10:52

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri (+18)
2020-09-29 10:24

Füzuli uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
2020-09-29 10:20

Britaniyalı təbiblər əzəmətli Kufə məscidini ziyarət etdi
2020-09-29 10:16

İsrail rejimi İbrahim (ə) məscidini müsəlmanların üzünə bağladı
2020-09-29 10:14

İrandan Qarabağ açıqlaması
2020-09-29 10:13

Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)
2020-09-29 10:11

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
2020-09-29 10:07

Ağdərə istiqamətində düşmənə zərbələr endirilib - Video
2020-09-29 10:04

Azərbaycanda yoluxma sayı 38-ə düşdü
2020-09-29 09:58

Səhiyyə nazirinin müavini evdə müalicə alan xəstələrin sayını açıqladı
2020-09-29 09:57

Ərdoğan və Boris Conson Qarabağdakı gərginliyi müzakirə etdi
2020-09-29 09:54

Böyük Britaniyada vətəndaşların bir-birinin evinə qonaq getməsi qadağan edildi
2020-09-29 09:52

Koronavirusla bağlı SON STATİSTİKA
2020-09-29 09:48

Merkel Navalnını gizli ziyarət edib
2020-09-28 18:56

İordaniya Suriya ilə ticarət sərhədini yenidən açır
2020-09-28 18:51

Lazım gəlsə Putin İlham Əliyevə zəng edəcək
2020-09-28 18:46

"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir"
2020-09-28 18:44

Məktəblərlə bağlı yeni qanun
2020-09-28 18:39

Gürcüstanda bu gün koronavirusa yoluxan hansı bölgələrdən olduğu açıqlandı
2020-09-28 18:37

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 2 məktəbli dünyasını dəyişdi
2020-09-28 14:51

MN: Düşmənin daha iki tankı məhv edilib
2020-09-28 14:49

İranda indiyədək 10 min şagird koronavirusa yoluxub
2020-09-28 14:46

Gürcüstanda uşaq bağçaları bu tarixdən açılır
2020-09-28 12:15

“Lukaşenko könüllü getməlidir”
2020-09-28 12:12

ABŞ-da içməli suda beyin yeyən amöb tapılıb
2020-09-28 12:10

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu keçdi
2020-09-28 12:06

Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi
2020-09-28 12:04

Yaponiya Ayda zavod tikəcək
2020-09-28 12:02

Tramp on il vergi ödəməyib?
2020-09-28 11:59

ABŞ Bağdaddakı səfirliyini boşaldır
2020-09-28 11:29

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib (VİDEO)
2020-09-28 11:27

Daha 3 nəfər koronavirusdan öldü
2020-09-28 10:55

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
2020-09-28 10:23

Pakistan Azərbaycanın yanındadır – İmran Xan
2020-09-28 09:35

Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)
2020-09-28 09:33

Düşmən sonuncu dəfə xəbərdar edilir
2020-09-28 09:32

Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub
2020-09-28 09:29

Ermənistan ordusu 550 canlı itki verib, çox sayda texnikası məhv edilib
2020-09-28 09:26