Bu axşama diqqət: Hacətlərin rəva olması, duaların qəbulu və s. - ƏMƏLLƏR

08 Aprel 2020 - 13:34


Bu günün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. Həzrət İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, İmam Baqirdən (ə) Nimeyi Şəbanın fəzilətləri barədə soruşdular, İmam buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy və təlaş edin. Məhz Məhz bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir sayili öz dərgahından əliboş qaytarmayacaq. 

O cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib.


Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

1. Qüsl

2. Əhya saxlamaq (istiğfar, dua və s.)

3. Ziyarət İmam Hüseyn (ə) (Ziyarətlər müxtəlıf ola bilər. Ən azından üstü açıq bir yerə çıxaraq (dam, eyvan), saga, sola və daha sonra asimana nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: "Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu").

4. Şaban ayının salavatı :
«Əstəğfirullahə və əsəluhut-təubə»

5. Kumeyl duası

6. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hərəsi 100 dəfə)

7. İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: "Subhənallah" 33 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Allahu Əkbər" 34 dəfə.

8. Səcdədə bu duanı oxumaq: "Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, ixfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim". Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: "Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən". Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən: "Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək".

9. Cəfər-Təyyar namazını qılmaq

10. Yüz rəkətli namaz (hər rəkətdə "Həmd" + 10 "İxlas")

Şabanın 15-ci gecəsinin əməlləri "Məfatihul-Cinan" kitabından götürülüb. Əməllərin ardıcıllığına riayyət etmək vacib deyil. Allah ibadətlərinizi qəbul etsin! Bayramınız mübarək olsun!

 

Cəfəri Təyyar Namazının Qılınma Qaydası


Cəfəri Təyyar namazı ən fəzilətli müstəhəb namazlardandır.
Bu namazı Cəfəri Təyyar niyyəti ilə qılınır və müşəxxəs zamanı yoxdir ,hər hansı bir zamanda qılınmasına təkid olunub.
4 rəkətdir. 2 ədəd 2 rəkətli
1-ci iki rəkət

1-ci rəkətdə həmddən sonra (Zəlzələ)surəsi oxunur ,onun ardınca 15 dəfə təsbihati ərbəə (subhanəllahi vəlhəmdulillahı və la ilahə iləllahu vəllahu əkbər) oxunur. Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən sonra isə rükudan qalxıb qiyam halında dayanıb həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra səcdəyə gedirsən . Səcdədə səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən. Alnını səcdədən qaldırıb diz üstə oturarkən (yəni iki səcdə arasında) həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra ikinci səcdəyə gedib səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən .Sonra səcdədən qalxıb diz üstə oturduğun halda 10 dəfə həmin zikri (təsbihati ərbəə )ni dedikdən sonra ikinci rəkət üçün qiyam halına qalxırsan .
2- ci rəkətdə həmddən sonra (Vəl adiyat) surəsini oxuyursan .sonra isə birinci rəkətdə dediklərimiz kimi təkrar olaraq əməl edirsən , ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib birinci iki rəkəti sona çatdırırsan.
2- ci iki rəkət
1- ci rəkətdə Həmddən sonra ( Nəsr )surəsini oxuyursan və sonra isə yuxarıda dediklərimiz kimi təkrar olaraq əməl edirsən.
2-ci rəkətdə isə Həmddən sonra (İxlas) surəsini oxuyursan və sonra isə yuxarıda ddiklərimiz kimi təkrar olaraq əməl edirsən. Yenədə sonra ikinci səcdədən qalxdıqdan sonra ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib ikinci iki rəkəti sona çatdırırsan.

Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə "Həmd" surəsindən sonra "Zəlzələ" surəsi, ikinci rükətdə "Həmd"dən sonra "Adiyat" surəsi, üçüncü rükətdə "Həmd"dən sonra "Nəsr" surəsi və dördüncü rükətdə isə "Həmd"dən sonra "İxlas" surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, "Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır.

Şeyx Kuleyni (r.ə) Əbu Səid Mədainidən belə nəql edir: "Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: "Cəfərin namazında oxumaq üçün sənə bir şey öyrədimmi?" Dedim: "Bəli buyurun." Həzrət buyurdu: "Dörd rükətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:
- Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy’in ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə inni əsəlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl ə’zəm, və kəlimatikət təmmatilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmədin və Əhli Bəytih, vəf’əl bi kəza və kəza.
* (Kəza və kəza kəlmələrinin yerinə öz hacətini dilə)

Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı belə gördüm. O, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bir nəfəs çatana qədər "Ya Rəbbi Ya Rəbbi", bir nəfəs çatana qədər "Ya Rəbbahu Ya Rəbbahu", bir nəfəs çatana qədər "Rəbbi Rəbbi", bir nəfəs çatana qədər "Ya Allahu Ya Allahu", bir nəfəs çatana qədər "Ya Həyyu Ya Həyyu", bir nəfəs çatana qədər "Ya Rəhimu Ya Rəhimu", bir nəfəs çatana qədər "Ya Rəhmanu Ya Rəhmanu" və yeddi dəfə "Ya Ərhəmər Rahimin" zikirlərini oxuyub belə dedi:
- Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, və ənna lixəliqətikə kunhu mə’rifəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik, ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram.

Sonra Həzrət buyurdu: "Ey Müfəzzəl, hər zaman işin çətinə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah Təalanın dərgahından hacətini dilə ki, inşaAllah hacətin rəva qılınacaq."

“Zəlzələ” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza zulzilətil ərzu zilzaləha 1. Və əxrəcətil ərzu əsqaləha 2. Və qaləl insanu ma ləha 3. Yəvməizin tuhəddisu əxbarəha 4. Biənnə rəbbəkə əvha ləha 5. Yəvməizin yəsdurun nasu əştatən liyurəv ə”maləhum 6. Fəmən yə”məl misqalə zərrətin xəyrən yərəh 7. Və mən yə”məl misqalə zərrətin şərrən yərəh 8.

“Adiyat” surəsi
Bismillahir Rəhmanir Rəhim
Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl-muğirati subha 3. Fəəsərnə bihi nəq”a 4. Fəvəsətnə bihi cəm”a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə”ləmu iza bu”sirə ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11.

“Nəsr” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.

Məfatihul-Cinan (Külliyyat)

İslamazeri.com


Xəbər lenti

Füzuli uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
2020-09-29 10:20

Britaniyalı təbiblər əzəmətli Kufə məscidini ziyarət etdi
2020-09-29 10:16

İsrail rejimi İbrahim (ə) məscidini müsəlmanların üzünə bağladı
2020-09-29 10:14

İrandan Qarabağ açıqlaması
2020-09-29 10:13

Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)
2020-09-29 10:11

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
2020-09-29 10:07

Ağdərə istiqamətində düşmənə zərbələr endirilib - Video
2020-09-29 10:04

Azərbaycanda yoluxma sayı 38-ə düşdü
2020-09-29 09:58

Səhiyyə nazirinin müavini evdə müalicə alan xəstələrin sayını açıqladı
2020-09-29 09:57

Ərdoğan və Boris Conson Qarabağdakı gərginliyi müzakirə etdi
2020-09-29 09:54

Böyük Britaniyada vətəndaşların bir-birinin evinə qonaq getməsi qadağan edildi
2020-09-29 09:52

Koronavirusla bağlı SON STATİSTİKA
2020-09-29 09:48

Merkel Navalnını gizli ziyarət edib
2020-09-28 18:56

İordaniya Suriya ilə ticarət sərhədini yenidən açır
2020-09-28 18:51

Lazım gəlsə Putin İlham Əliyevə zəng edəcək
2020-09-28 18:46

"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir"
2020-09-28 18:44

Məktəblərlə bağlı yeni qanun
2020-09-28 18:39

Gürcüstanda bu gün koronavirusa yoluxan hansı bölgələrdən olduğu açıqlandı
2020-09-28 18:37

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 2 məktəbli dünyasını dəyişdi
2020-09-28 14:51

MN: Düşmənin daha iki tankı məhv edilib
2020-09-28 14:49

İranda indiyədək 10 min şagird koronavirusa yoluxub
2020-09-28 14:46

Gürcüstanda uşaq bağçaları bu tarixdən açılır
2020-09-28 12:15

“Lukaşenko könüllü getməlidir”
2020-09-28 12:12

ABŞ-da içməli suda beyin yeyən amöb tapılıb
2020-09-28 12:10

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu keçdi
2020-09-28 12:06

Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi
2020-09-28 12:04

Yaponiya Ayda zavod tikəcək
2020-09-28 12:02

Tramp on il vergi ödəməyib?
2020-09-28 11:59

ABŞ Bağdaddakı səfirliyini boşaldır
2020-09-28 11:29

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib (VİDEO)
2020-09-28 11:27

Daha 3 nəfər koronavirusdan öldü
2020-09-28 10:55

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
2020-09-28 10:23

Pakistan Azərbaycanın yanındadır – İmran Xan
2020-09-28 09:35

Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)
2020-09-28 09:33

Düşmən sonuncu dəfə xəbərdar edilir
2020-09-28 09:32

Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub
2020-09-28 09:29

Ermənistan ordusu 550 canlı itki verib, çox sayda texnikası məhv edilib
2020-09-28 09:26

İsrailin keçmiş Müdafiə nazirinin Misirin tarixi əsərlərini oğurlayarkən....
2020-09-28 09:23

Bolnisidə baş verən qarşıdurma ilə bağlı Qoqi Meşveliani açıqlam verdi
2020-09-28 09:02