Bu gün Dünyada "Beynəlxalq Qüds günü" kimi qeyd edilir

22 May 2020 - 11:03

Xeber.ge saytı İslamazeri.com-a istinadən xəbər verir ki, dünyada bu gün, Ramazanın son cüməsi "Beynəlxalq Qüds günü" kimi qeyd edilir.

Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. Mərhum İslam alimi və mütəfəkkiri Ayətullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.

Beynəlxalq Qüds günü. İmam Xomeyninin(ə) bəyanatı
1979-cu il İran İslam İnqilabının Lideri Ayətullah Ruhullah Musəvi Xomeyni(r.ə) ilk dəfə olaraq 1982-ci ildə məzlum Fələstin xalqına dəstək və müsəlman aləminin vəhdəti üçün bundan sonrakı illərdə Mübarək Ramazan ayının son Cümə gününün “Beynəlxalq Qüds günü” kimi qeyd ediləcəyinə dair bəyanat verdi. Bəyanatda Siyonizmin zülmünə etiraz, Fələstin xalqına dəstək, müsəlmanların vəhdəti, Fələstinin timsalında işğal olunmuş digər müsəlman torpaqlarını geri qaytarmaq həmçinin İsrailin timsalında digər düşmənlərə qarşı müqavimət məsələləri öz əksini tapmışdı. Belə strateji tarixi bir günün məhz Mübarək Ramazan ayında təyin olunması təsadüfi deyildi. Belə ki, əziz İslam Peyğəmbəri(s) məhz Mübarək Ramazan ayında Meraca gedərkən ilk öncə Qüds şəhərində yerləşən “Məscidül Əqsa”nı ziyarət etmiş ondan sonra isə Meraca getmişdir. Digər tərəfdən Mübarək Ramazan ayı bütün müsəlmanlar üçün vəhdət ayıdır və bu ay insanın özünəqayıdış aydır. Şübhəsiz bu ayda müsəlmanların həm nəfslərinə həm də zahiri düşmənlərinə qarşı qətiyyət göstərmələri olduqca məntiqli və tamamlayıcı bir məqamdır.

Qüds gününün əhəmiyyəti
Hər şeydən əvvəl Qüds günü mübarizə və müdafiə günüdür. Mübarizə və müdafiəsiz həyat yoxdur. Əfsus ki, tarix boyu düşmən hiyləgərcəsinə biz müsəlmanların müdafiə və mübarizə ruhumuzu müəyyən qədər zəiflədə biliblər. Torpaqlarımızı işğal ediblər. Fələstin,Qarabağ,Kəşmir,Myanma əlimizdən alınmış tarixi torpaqlarımızdır. Məhz Qüds günü bizə təlqin edir ki, bundan sonra daha da mübariz olaq və düşməni qarşı amansız və sərt olaq.

Qüds günü vəhdət günüdür. Düşmən hər zaman aramızda ayrı-seçkilik salaraq birliyimizi pozmuş və bizə qalib gəlmişdir. Məhz Qüds günü məzhəbindən və firqəsindən asılı olmayaraq bizi vəhdətə çağırır.
Qüds günü ictimai məsuliyyət günüdür. Bəzən başımız fərdi ibadətlərə qarışır və ictimai öhdəliklərimizi unuduruq. Bu qətiyyən yolverilməzdir. Qüds günü bizə tək olmadığımızı və mən sərhədindən çıxıb qardaş-bacılarımızın dərdinə şərik çımağı bizə aşılayır.
Qüds günü düşmənin ifşa olunma günüdür. Batil əksərən haqqın arxasında gizlənərək həmlə edir. Çünki riyakar və rəzildir. Haqqın izzətindən sui-istifadə edib öz çirkinliklərini gizlədə bilir. Məhz Qüds günü bizə düşməni unutmamağa çağırır. Düşmənə qarşı yumşaqlığa son qoymağa çağırır.
Qüds günü haqq və vicdan günüdür. Vicdanlı olmaq və haqqa sevgi insanın fitrətindədir. Bir insan vicanlıdırsa o haqqı avtomatik müdafiə edəcəkdir. Məhz Qüds günü insanı vicdanıyla baş-başa qoyur. Həqiqət ortadadır. Haqqı,həqiqəti vicdansızlar danar.


Xəbər lenti

ABŞ-da İsrail əleyhinə aksiya keçirildi
2020-07-03 20:40

Rusiya yenidən İranı dəstəklədi
2020-07-03 20:38

Hindistan Suriyaya tibbi yardım yolladı
2020-07-03 20:36

Rusiya Liviyadakı səfirliyinin fəaliyyətini bərpa edəcək
2020-07-03 20:33

Merkeldən etiraf: Çətin vəziyyətdəyik
2020-07-03 20:27

ABŞ Liviyanı 3 yerə bölmək istəyir
2020-07-03 20:25

Gürcüstan vətəndaşları iyulun 4-dən bu Avropa ölkəsinə səfər edə biləcəklər
2020-07-03 20:23

Gürcüstanda kimlərə hərbi xidmətdən möhlət hüququ veriləcək?
2020-07-03 20:21

Təhsil nazirinin müavini məktəblərdən danışdı
2020-07-03 20:19

"Gürcüstan dövlətini devirmək Putinin Rusiya maraqlarına uyğundur"
2020-07-03 20:18

Gürcüstan polisi vəzifəli şəxsi rüşvət ittihamı ilə saxladı
2020-07-03 20:14

Qaxariya xarici ölkələrlə uçuşların qarşılıqlı bərpasından danışdı
2020-07-03 20:12

Azərbaycandan təxliyə edilən Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb
2020-07-03 20:10

Suriya hərbçiləri ABŞ hərbi karvanının yolunu kəsdi - Video
2020-07-03 15:21

Yəməndə yenə uşaqları hədəfə alaraq öldürdülər
2020-07-03 15:19

İran: İsrail yalnız güc dili ilə anlayır
2020-07-03 15:18

Bakıda kriminal avtoritet öldürüldü
2020-07-03 15:16

BƏƏ-nin 42 şirkəti İsrail rejimi ilə müqavilə imzaladı
2020-07-03 15:12

İranda mədəndə qəza baş verib
2020-07-03 15:11

İranda koronavirusdan ölənlərin sayı 11 260 nəfərə çatıb
2020-07-03 15:10

ABŞ İŞİD-lə mübarizədə bizə kömək etməyib
2020-07-03 15:06

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı
2020-07-03 11:43

HƏMAS Qəzzada İsrailə cəsusluq edən qrupu ələ keçirib
2020-07-03 10:13

İraqda İŞİD üzvləri yaxalandı
2020-07-03 10:13

Azərbaycanda xüsusi karantin rejimi 20 iyula qədər uzadıldı
2020-07-03 10:07

Yəmənin Taiz şəhəri bu hala düşdü - Video
2020-07-03 10:05

İran Türkmənistanla təyyarə reysləri açmağı planlaşdırır
2020-07-03 10:03

Fərat çayı da Kür kimi qurumaq üzrədir
2020-07-03 10:02

İranın daxilində olan bir qrup Nətənzdəki yanğını öhdəsinə götürüb
2020-07-03 10:00

Azərbaycanda daha 572 nəfər koronaya yoluxdu
2020-07-03 09:50

AzTV-nin baş redaktoru koronadan vəfat etdi
2020-07-03 09:49

İsrail rejimi bir neçə saat ərzində 25 fələstinlini qaçırıb
2020-07-03 09:47

ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
2020-07-03 09:42

Rusiya koronavirusa qarşı dərmanın ixracına başladı
2020-07-03 09:40

CBC telekanalında 8 nəfər koronavirusa yoluxub
2020-07-03 09:35

Hərgünlük olaraq görürük ki, virus heç yerə yoxa çıxmayıb
2020-07-03 07:37

Daha bir ölkə Gürcüstan vətənaşlarına iyulun 4-dən sərhədlərini açır
2020-07-03 07:35

Aİ-nin rekomendasiyasına baxmayaraq bu ölkə Gürcüstan sərhədlərini açmır
2020-07-03 07:33

Türkiyə Fransa qarşısında tələb qoydu
2020-07-03 07:28