Bu gün Xanım Məsumənin (s.ə) mövlud günüdür

23 Iyun 2020 - 15:51

212

O həzrətin adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cəfər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır. Beləliklə də həzrət Məsumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar. O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır. Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Məsumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.


Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Məsumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mömin və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi. Karvan "Savə" şəhərinə çatdıqda, hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Məsumə (ələyha salam) isə zəhərləndi. Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü

O həzrət soruşdu: Bu "Savə" şəhərindən "Qum" şəhərinədək nə qədər yol vardır?

Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: "Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: "Qum şəhəri bizim şiələrimimzin mərkəzidir".

Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər.

"Əşəri" qəbiləsinin ağsaqqalı "Musa ibn Xəzrəc" o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Məsumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.

Daha sonra "Mir meydanı" adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.

O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək "Sittiyyə mədrəsəsində" - "Beytun-nur" adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.

Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.

Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı "Babilan bağına" apardılar.

Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.

Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.

O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.

O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl möminin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir.

Həzrət Məsumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.

Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.

Beləliklə də həzrət Məsumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.

 


islamazeri.com

Xəbər lenti

Gürcüstanda koronavirusa yoluxanların sayı artib, 1 nəfər isə həyatını itirib
2020-09-29 10:52

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri (+18)
2020-09-29 10:24

Füzuli uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
2020-09-29 10:20

Britaniyalı təbiblər əzəmətli Kufə məscidini ziyarət etdi
2020-09-29 10:16

İsrail rejimi İbrahim (ə) məscidini müsəlmanların üzünə bağladı
2020-09-29 10:14

İrandan Qarabağ açıqlaması
2020-09-29 10:13

Düşmənin 1 tankı, 10 nəfərədək şəxsi heyəti məhv edilib (VİDEO)
2020-09-29 10:11

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
2020-09-29 10:07

Ağdərə istiqamətində düşmənə zərbələr endirilib - Video
2020-09-29 10:04

Azərbaycanda yoluxma sayı 38-ə düşdü
2020-09-29 09:58

Səhiyyə nazirinin müavini evdə müalicə alan xəstələrin sayını açıqladı
2020-09-29 09:57

Ərdoğan və Boris Conson Qarabağdakı gərginliyi müzakirə etdi
2020-09-29 09:54

Böyük Britaniyada vətəndaşların bir-birinin evinə qonaq getməsi qadağan edildi
2020-09-29 09:52

Koronavirusla bağlı SON STATİSTİKA
2020-09-29 09:48

Merkel Navalnını gizli ziyarət edib
2020-09-28 18:56

İordaniya Suriya ilə ticarət sərhədini yenidən açır
2020-09-28 18:51

Lazım gəlsə Putin İlham Əliyevə zəng edəcək
2020-09-28 18:46

"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir"
2020-09-28 18:44

Məktəblərlə bağlı yeni qanun
2020-09-28 18:39

Gürcüstanda bu gün koronavirusa yoluxan hansı bölgələrdən olduğu açıqlandı
2020-09-28 18:37

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 2 məktəbli dünyasını dəyişdi
2020-09-28 14:51

MN: Düşmənin daha iki tankı məhv edilib
2020-09-28 14:49

İranda indiyədək 10 min şagird koronavirusa yoluxub
2020-09-28 14:46

Gürcüstanda uşaq bağçaları bu tarixdən açılır
2020-09-28 12:15

“Lukaşenko könüllü getməlidir”
2020-09-28 12:12

ABŞ-da içməli suda beyin yeyən amöb tapılıb
2020-09-28 12:10

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu keçdi
2020-09-28 12:06

Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi
2020-09-28 12:04

Yaponiya Ayda zavod tikəcək
2020-09-28 12:02

Tramp on il vergi ödəməyib?
2020-09-28 11:59

ABŞ Bağdaddakı səfirliyini boşaldır
2020-09-28 11:29

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib (VİDEO)
2020-09-28 11:27

Daha 3 nəfər koronavirusdan öldü
2020-09-28 10:55

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
2020-09-28 10:23

Pakistan Azərbaycanın yanındadır – İmran Xan
2020-09-28 09:35

Düşmənin daha 2 tankı məhv edilib (VIDEO)
2020-09-28 09:33

Düşmən sonuncu dəfə xəbərdar edilir
2020-09-28 09:32

Ermənilərin hücumu nəticəsində bir ailənin 5 üzvü həlak olub
2020-09-28 09:29

Ermənistan ordusu 550 canlı itki verib, çox sayda texnikası məhv edilib
2020-09-28 09:26