Ayətullah Xameneinin Həcc bəyanatı

30 Iyul 2020 - 11:25

116

Ayətullah Xamenei Həcc münasibəti ilə bir mesajda, İslam ümmətinin təcavüzkar Amerika və sionist rejimə qarşı birliyini istəyib

Ayətullah Xamenei Həcc münasibəti ilə bir mesajda, İslam ümmətinin təcavüzkar Amerika və sionist rejimə qarşı birliyini və "məzlum fələstinlilərə kömək etmək; Yəmənin yaralı bədəninə şəfqət və hər yerdə məzlum müsəlmanların qayğısını çəkməyi" vurğulayaq, Şəxsi mənfəət üçün bir neçə gün qəsbkar sionist rejimi ilə dost olan bəzi İslam ölkələrinin liderlərinə bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə edib.

Xeber.ge saytı  az.rasthaber.com-a istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri həmin müraciətdə ABŞ-ın bölgədəki mövcudluğu və ABŞ-dakı mövcud hadisələrə gəlincə, qeyd ediblər: ABŞ-ın Qərbi Asiyada olmasını bu bölgə xalqlarının zərərinə hesab edirik və ölkələrin təhlükəsizliyinə, məhvinə və geriləməsinə səbəb hesab edirik.

Ali Rəhbər Ayətullah Xameneinin həcc münasibəti ilə müraciətinin tam mətni: 

"بسم‌الله‌الرحمن‌الرحیم
والحمدلله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین و صحبه المنتجبین
و من تَبِعَهُم باِحسانٍ الی یوم الدین

Hər zaman İslam Dünyasında qürur hissi yaradan, çiçəklənmə və izzət mövsümü sayılan Həcc mövsümündən bu il  möminlər məhrum oldular, həsrət, kədər və nakamlıq hissinə qapıldılar. Könüllər Kəbə Evinin qürbətindən qürbət hissi edir və ziyarətə qatıla bilməyənlərin həsrəti göz yaşları ilə birləşib.
Bu məhrumiyyət əlbəttə ki, qısa müddətlidir və Allahın köməyi ilə müvəqqəti olacaqdır, lakin böyük Həcc nemətinin qədrini bilmək dərsi qalarğıdır və bizi qəflətdən xilas etməlidir. İslam Ümmətinin əzəmət və qüdrət rəmzi biraraya gəlməkdə, Kəbə Evinin çevrəsində, Peyğəmbər (S.Ə.S)-in hərəmində və Bəqi Qəbiristanlığının kənarında olmaqdadır, Bu il həmin məsələni daha artıq hiss etməli və üzərində düşünməliyik. 
  Həcc misilsiz bir fərizədir, İslamdakı vacib əmməllərin arasında ən möhtəşəmidir. Sankı dinin bütün fərdi, ictimai, bəşəri, səmavi, tarixi və beynəlxalq cəhətləri burada diqqət mərkəzinə alınmalıdır.
Onda mənəviyyat var, lakin təcriddən və xəlvətə qapılmaqdan uzaq. Bu mərasim ictimaidir, lakin hər cür qarşıdurmadan, söyüşdən və bədxahlıqdan uzaq. Digər tərəfdən münacat, ibtihal və İlahi zikrdən ruhların zövq alması, möminlərin ünsiyyətdə olması və xalqların sıx əlaqədə olmasının şahidi olursan. 
Hacı uğurla Məscidül-Hərama daxil olarkən, bir gözlə tarixlə, İbrahim, İsmail və Hacərlə, İslam Peyğəmbəri ilə bağlılığını görür, İslamın ilk dövrünün dahilərini düşünür, o biri gözü ilə Allahın ipindən yapışan, həmrəyliyə hazır olan möminlər kütləsinin hüzurunu görür. 
Həcc fenomeninə fikirləşmək zəvvarlarda belə qəti inam yaradır ki, dinin bəşəriyyət üçün amalları və arzularının bir-çoxu yalnız dindarların yekdilliyi, həmkarlığı və bir-birinə dayaq olması ilə reallaşa bilər. Bu həmkarlıq və yekdillik ruhu düşmənlərin məkrini boşa çıxarar və problemlər ortadan qalxar. 
Həcc bu gün pozğunluq, zülm və zəifi əzmək və talançılıqla məşğul olan istikbarçı qüvvələrin bərabərində güc nümayişidir. Hazırda İslam Ümmətinin cismi və canı onların şərindən, sitəmlərindən inildəyir və qan içindədir. Həcc Ümmətin fiziki və yumşaq qüdrətinin təcəssümüdür. 
Bu, Həccin təbiəti və ruhudur, Həccin əsas hədəflərindən bir hissəsidir. Bu özəlliklərə malik olan Həcci mərhum İmam Xomeyni həzrətləri İbrahim Həcci adlandırdı. Bu həmin Həccdir ki, əgər Həcc mərasiminin təşkilatçısı olaraq özlərini iki Hərəmin xadimi adlandıranlar tam sədaqətlə bu prinsipə əməl etsələr, və ABŞ-ın razılığını cəlb etmək yerinə, Allahın razılığını düşünsələr, İslam Dünyasının böyük problemləri öz həllini tapar.
Bu gün həmişəki kimi, və həmişəkindən artıq İslam Ümmətinin məsləhəti vəhdətdədir. Bu vəhdət təhdidlər və düşmənçiliklər bərabərində yədi-vahidədir, qatı şeytan, təcavüzkar və qəddar Amerikanın, onun zəncirli iti sionist rejimin başına ildırımsayağı fəryad çəkər, zorakı hərəkətləri qarşısında möhkəm dayanar.    
Bu İlahi dəsturun mənasıdır ki, buyurdu:

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا..  

Hikmətli Quran İslam Ümmətini 

أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ  

Çərçivəsində təqdim edir. Və ondan istəyir ki,  

 وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا،  وَلَن يَجْعَلَ اللَّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا،  فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ  و  لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ 

Və düşməni müəyyən etmək üçün hökm edir ki, 

لا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَارِكُمْ .. 

Bu mühüm və əlamətdar fərmanlar heç zaman biz müsəlmanların fikir və dəyərlər məcmuəsindən kənara getməməli, və unudulmamalıdır. 
Hazırda bu əsasi dəyişiklik hər zamandan artıq Ümmətin, sadiq     ziyalıların və dahi şəxsiyyətlərin ixtiyarındadır. Bu gün islami oyanış böyük şəxsiyyətlərin, elitanın və gənc müsəlmanların mənəvi və mərifət xəzinələrinə diqqət yetirdiklərini göstərir və bu inkarolunmaz bir həqiqətdir. 
100 il, 150 il bundan öncə Qərb sivilizasiyasının qabarıq ərmağanları olan liberalizm və kommunizm bütövlükdə sıradan çıxıb, onların əlacsız iradları hər kəsə aşkar olub. Onun üzərində qurulmuş sistem çökdü, bu birisi də dərin böhranların içində qalaraq dağılmaq astanasındadır. 
Bu gün əvvəldən rüsvayçılıqla meydana qədəm qoymuş Qərb mədəni dəyərlər sistemi, onun siyasi-iqtisadi modeli yəni pula, kapitalist təbəqələşməyə əsaslanan sistem səriştəsizliyi və pozğunluğu ilə ortadadır.   
Bu gün İslam Dünyasında Qərbin mədəni dəyərlərini və sivilizasiyasını küncə sıxışdıran, İslam alternativini açıq söyləyən  başıuca və fəxarətli şəxsiyyətlərin sayı az deyil. Bu gün liberalizmi tam məğrurluqla tarixin sonu kimi qələmə verən bəzi Qərb mütəfəkkirləri məcbur olub öz iddialarını geri götürür, teoriyalarının yarıtmaz olduğunu etiraf edirlər.  
Amerika küçələrinə , Amerika rəhbərlərinin öz xalqları ilə rəftarına baxanda sosial bərabərsizliyi, insanların təhqir olunmasını, idarəçilərin səriştəsizliyini, dəhşətli irqçiliklərini görürsən. Polis qüvvələrinin tam qəddarlıqla küçədə camaatın gözü qarşısında günahsız bir vətəndaşı işgəncə etməsi Qərb sivilizasiyasında dərin əxlaqi və ictimai böhrandan xəbər verir, onların siyasi-iqtisadi fəlsəfələrinin üzərindən xətt çəkir. 
Amerikanın zəif xalqlarla davranışı, müdafiəsiz bir qaradərilinin boğazını sıxaraq öldürmək əməlinin daha böyük versiyasıdır. 
Digər Qərb ölkələrində də buna bənzər faciəli vəziyyətin şahidiyik.

İbrahimi həcc bu modern cahiliyyət qarşısında islamın əzəmətli fenomeni, islama çağırış və islami cəmiyyətin həyatının simvolik obrazıdır. Bu elə bir cəmiyyətdir ki, onda möminlərin dincyanaşı yaşaması, tövhid oxu ətrafında davamlı bir hərəkətdə ən üstün nişanədir, qarşıdurmadan , ayrı-seçkilikdən və elita imtiyazlarından, pozqunluq və bulaşıqlardan uzaq qalmaq onun üçün lazımı şərtdir. Şeytana daş atma və müşriklərdən bəraət, kütləyə qarışmaq, yoxsullara yardım etmək və iman əhlinin ainlərini yüksək tutmaq əsas vəzifələr sırasındadır və allahı yad etmək ona şükr etmək və bəndəlik etmək ilə yanaşı ümumi mənafe və məsləhətlərin təmin olunması orta və son məqsədlərdir. 
Bu İbrahimi həcc güzgüsündə islami cəmiyyətdən ümumi təsvirdir və onun iddialı qərb cəmiyyətlərinin reallıqları ilə müqayisəsi hər bir əzmkar müsəlmanın ürəyini belə bir cəmiyyətə nail olmaq uğrunda mübarizə və fəaliyyət şövqü ilə doldurur.
Biz İran xalqı olaraq ulu İmam Xomeyninin rəhbərliyi və hidayətinə belə bir şövqlə daxil olduq və uğur qazandıq. Tanıdıqlarımız və sevdiklərimizi birbaşa reallaşdıra bildiyimizi iddia etmirəm ancaq iddia edirəm ki, bu yolda çox irəliləmişik və bir çox maneələri qarşıdan götürmüşük. Quran vədlərinə inam bərəkətindən addımlarımız möhkəm olaraq qalır. Dövrümüzün ən böyük qəddar və yolkəsən şeytanı olan Amerika rejimi bizi qorxuda yaxud öz hiyləsinə məğlub edə ya da bizim maddi və mənəvi irəliləyişimizin qarşısını ala bilməyib. 
Biz bütün müsəlman xalqları öz qardaşlarımız bilirik, bizə qarşı düşmən cəbhəsində olmayan qeyri-müsəlmanlarla yaxşı və ədalətli davranırıq. Müsəlman cəmiyyətlərin kədər və problemlərini öz problemlərimiz hesab edirik və onun aradan qaldırılmasına səy göstəririk. Məzlum Fələstinə yardım, Yəmənin yaralı canına acımaq və dünyanın hər bir yerində zülmə məruz qalan müsəlmanları düşünməyi gündəmimizdə saxlayırıq.
Bəzi bəzi müsəlman ölkələrin başçılarına nəsihət etməyi öz borcumuz bilirik, öz müsəlman qardaşına arxalanmaqdansa, düşmənin qucağına sığınan və bir neçə günlük şəxsi mənfəəti üçün düşmənin təhqirləri və zorakılıqlarına dözən, öz xalqının izzət və müstəqilliyini dəyər-dəyməzinə satışa buraxan dövlət başçılarına. Hansı ki, zalım qəsbkar sionist rejimin yaşaması ilə razılaşır, gizli yaxud aşkar şəkildə onlara dostluq əli uzadırlar. Bunları nəsihət edir və bu rəftarın acı nəticələri barədə xəbərdarlıq edirik.
Amerikanın Asiyanın qərbində fəaliyyətinin region xalqlarının zərərinə olduğunu, ölkələrin sabitliyinin pozulması, dağıntılara məruz qalması və geridə qalmasına gətirib çıxardığını düşünürük.  Amerikada gedən hazırkı hadisələr və oradakı irqçiliyə qarşı hərəkətdə də bizim qətiyyətli mövqeyimiz xalqa dəstək vermək və bu ölkənin irqçi dövlətinin rəhmsiz rəftarını pisləməkdən ibarətdir. 
Sonda Həzrət Bəqiyyətullah Ərvahona Fedaya salam və salavatla rəhmətlik imamın xatirəsini anır və şəhidlərin pak ruhlarına salamlar göndəririk və Allah taaladan yaxın gələcəkdə islam ümməti üçün təhlükəsiz, məqbul və mübarək həccin reallaşacağını diləyirik. 
Vəssəlamu əla ibadillahissalehin


Xəbər lenti

İranda COVID-19-dan ölənlərin sayı 18 mini ötüb
2020-08-07 15:36

Gürcüstanda koronavirus statistikası
2020-08-07 11:38

Beyrutdakı partlayışda ölənlərin sayı 154 nəfərə çatıb
2020-08-07 11:36

ABŞ Suriyada ən böyük bazasını tikir
2020-08-07 11:31

İsrail Qəzzaya hava zərbələri endirib
2020-08-07 11:25

Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib
2020-08-07 11:23

Beyrut limanının 16 işçisi həbs olundu
2020-08-07 11:15

İranın ikinci yardımı da Beyruta çatdı
2020-08-07 11:12

Azərbaycanda koronavirus statistikası
2020-08-07 11:08

Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi
2020-08-07 08:49

Rusiyada terrorçu zərərsizləşdirildi
2020-08-07 08:47

ÜST: Koronavirusa daha 260 min insan yoluxub
2020-08-07 08:45

ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir
2020-08-06 20:30

BMT-nin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir
2020-08-06 20:19

Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi
2020-08-06 20:17

Koronavirusun zəif nöqtəsi aşkar edilib
2020-08-06 20:15

Vətəndaşalara ŞAD XƏBƏR! Komunal xərcləri yenə 4 ay ərzində hökumət ödəyəcək
2020-08-06 20:08

Baş nazir növbəti sosial yardımdan danışdı
2020-08-06 19:51

"Bizim fikrimizcə qış fəsli asan olmayacaq"
2020-08-06 19:47

Gürcüstanla bu ölkə arasında uçuşlar başlayır
2020-08-06 19:44

Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb
2020-08-06 14:54

Çin İrana sanksiyaların əleyhinə çıxdı
2020-08-06 14:53

Livan beynəlxalq ictimaiyyətdən yardım istəyib
2020-08-06 14:52

İraq Livana yanacaq yardımı reallaşdıracaq
2020-08-06 14:51

İranda son sutkada koronavirusdan 174 nəfər vəfat edib
2020-08-06 14:49

17 yaşına qədər Gürcüstan vətəndaşları 200 larilik yardım alacaqlar
2020-08-06 12:56

Gürcüstanda koronavirus statistikası
2020-08-06 11:40

Beyrut limanının rəhbərliyi ev dustağı edilib
2020-08-06 11:38

Suriyada ABŞ bazasına hücum edildi
2020-08-06 11:37

Azərbaycanda koronavirus statistikası
2020-08-06 11:35

Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb
2020-08-06 11:27

Ayətullah Xamenei Livan hökuməti və xalqına başsağlığı verib
2020-08-06 11:26

Beyrutda ölənlərin sayı 135-ə çatdı
2020-08-06 11:22

BƏƏ-də böyük yanğın - Video
2020-08-06 11:18

İraqın cənubunda ABŞ hərbi karvanı hücuma məruz qalıb
2020-08-06 11:17

Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib
2020-08-06 11:15

Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
2020-08-06 11:14

Azərbaycan Livana 1 milyon dollar yardım edəcək
2020-08-06 11:13

Parlamentin Səhiyyə Komitəsi "Əmək Məcəlləsini" ikinci dinləmə ilə müzakirə etdi və dəstəklədi
2020-08-06 07:21