Bu gün "Mübahilə" günüdür

14 Avqust 2020 - 11:22

161

Mübahilə hadisəsi Məhəmməd peyğəmbərin (s) zamanında o həzrətlə xristian alimləri və keşişləri arasında baş verən bir olaydır. Bu hadisə dünyada ən ülvi həqiqətin islam və Əhli-beyt olduğunu ortaya qoyub.

Hicri-qəməri tarixi ilə bu gün zilhiccə ayının 24-ə yəni Mübahilə gününə təsadüf edir.

Bu hadisə o zaman baş verdi ki, Məhəmməd peyğəmbərlə (s) xristian alimləri və keşişlərinin elmi mübahisəsi ikinci tərəfin təəssübkeşliyi üzündən nəticəsiz qaldı. Bu zaman mütəal Allah tərəfindən peyğəmbərə belə bir əmr gəlir:

“(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: Allahın lənəti yalancılara olsun.” (Ali-Imran 61)

Allahın əmri gəldi. Səhəri gün Məhəmməd peyğəmbər (s) həmin ayədə deyilən uşaqları, qadınları və "özü"nü götürüb mübahilə etmək üçün Mədinədən kənarda yerləşən səhraya yollandı.

Bütün əhli-sünnə müfəssirləri yazır ki, səhəri gün Məhəmməd (s) nəvələri Həsənlə Hüseyni (ə), qızı Fatiməni (s.ə) və kürəkəni Əlini (ə) özü ilə gətirdi.

Beləcə peyğəmbər göstərdi ki Allahın "uşaqlarınız", "qadınlarınız" və "özünüz" buyurduğu kəslər kimlərdən ibarətdir.

Mübahiləyə əsasən hər iki tərəf yalançıya və həqiqəti qəbul etməyən təəssübkeşlərə lənət oxumalı və Allahdan həmən yalançıya əzab istəməli idilər.

Xristian keşişlər və alimləri Məhəmməd peyğəmbəri (s) qoşunu və ilə deyil, təkcə ailəsi ilə gəldiyini gördükdə təşvişə və heyrətə düşdülər.

Zəməxşəri Kəşşaf təfsirində hadisənin davamını belə yazmışdır: "Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.

Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.

Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz. Buna görə də onlar Peyğəmbərə (s) dedilər: Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə"


Mənbə:SalamNews

Xəbər lenti

NATO-nun Baş katibi: “Dağlıq Qarabağdakı döyüşlərin tərəfi deyilik”
2020-10-21 21:50

Dmanisidə "Gürcü Arzusu"nun ofisi qarşısında insident - Yaralılar var
2020-10-21 21:37

Ermənistan rəhbərliyinin Rusiyaya xəyanət kursu
2020-10-21 21:14

Zəngilanın 1 qəsəbə və 13 kəndi işğaldan azad edilib
2020-10-21 21:00

Füzulinin daha üç kəndi işğaldan azad edildi
2020-10-21 20:48

Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi
2020-10-21 20:34

“Gürcüstan Bankı”nda saxlanılan girovlardan 3 nəfər azad olundu
2020-10-21 20:12

Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi
2020-10-21 19:46

Çin çoxtərəfli dialoq təklif etdi
2020-10-21 18:06

ABŞ-ın Almaniyadan çıxaracağı əsgərlərin hara yerləşdiriləcəyi məlum oldu
2020-10-21 18:04

Lavrov nüvə razılaşmasının qorunmasını istəyir
2020-10-21 18:01

“Okriaşvili Ermənistanı dəstəklədiyini dilə gətirdi”
2020-10-21 17:58

Soyğunçu helikopter və ya təhlükəsizlik dəhlizi tələb edir
2020-10-21 17:54

DİN Zuqdididə Gücüstan Bankına olan hücm haqqında açıqlama verir
2020-10-21 17:50

Qiorqi Qaxaria seçkilərin necə keçiriləcəyindən danışdı
2020-10-21 17:47

Gürcüstanda dollar bahalaşdı
2020-10-21 17:41

“Gürcüstan Bank”ı qarət olunur, polis isə bankı mühasirədə saxlayır
2020-10-21 16:13

Azərbaycanda koronavirus statistikası
2020-10-21 15:35

Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti hərbi texnikalar - VİDEO
2020-10-21 15:33

Ayətullah Xamenei İsraillə əlaqələri rəsmiləşdirən ərəb dövlətlərini tənqid edib
2020-10-21 15:21

Valideynləri Suriyada ölən daha 16 uşaq Rusiyaya gətirilib
2020-10-21 15:17

İranlı həkimlər Qarabağa gəlmək istəyir
2020-10-21 15:14

Əfqanıstanda konsulluq qarşısında basabasda 12 nəfər öldü
2020-10-21 15:11

Ceyhun Bayramov Rusiyaya getdi
2020-10-21 15:10

Şeyx Zəkzaki ilə bağlı xəbərdarlıq edildi
2020-10-21 14:12

BMT Baş katibi: Nüvə sazişi Fars körfəzinin təhlükəsizliyi üçün vacibdir
2020-10-21 14:09

Makronun rəhbərlik etdiyi anti-İslam mövqeyinin məqsədi müsəlmanları zəiflətməkdir
2020-10-21 14:07

Rusiya ABŞ-la sazişinin müddətini uzatmağa hazırdır
2020-10-21 14:04

ABŞ rəsmisi Türkiyənin NATO-dan çıxarılmasını istədi
2020-10-21 13:57

Çinli nazir qərbə qarşı İranı müdafiə etdi
2020-10-21 13:55

Nigeriyada iki min məhbus fərari oldu
2020-10-21 13:53

İranla Ukrayna arasında təyyarə hadisəsi ilə bağlı 2-ci tur görüşü baş tutdu
2020-10-21 13:51

Xaricdə olan və seçkilərdə iştirak etmək istəyən vətəndaşlarımızın nəzərinə...
2020-10-21 13:48

"Gürcü Arzusu mənə majoritar namizədliyi təklif etsəydi, bu təklifi qəbul edərdim"
2020-10-21 13:45

“Seçkilərə günlər qaldı və müxaliflərin təxribatlarının güclənəcəyini istisna etmirəm”
2020-10-21 13:40

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2020-10-21 13:37

"səhv məlumatlar yayılır"
2020-10-21 13:28

"Gürcüstanda epidemiya vəziyyəti pisləşir"
2020-10-21 13:25

Gürcüstanda zəlzələ baş verdi
2020-10-21 13:21