
Bakı və Aşqabad razılaşdı: Transxəzər layihəsinə “yaşıl işıq”...
274
Xeber.ge saytı xəbər verir ki, Azərbaycan və Türkmənistan arasında “Kəpəz” və “Sərdar” yatağının birgə işlədilməsi razılığı əldə olundu: bu, Rusiyanın qarşı olduğu, Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırıldığı hesab oluna bilər.
- İki ölkənin dəniz sərhədində yerləşən (Kəpəz – Azərbaycan), (Sərdar-Türkmənistan) yataqlarla bağlı mübahisələr var idi;
- Xəzərin statusunun həll edilməməsi Transxəzər layihəsinə ciddi əngəl idi;
Moskva Avropa bazarında rus qazının hakim mövqeyinə risklərin yaranmaması üçün bu iki amili illərdir körükləyirdi.
Burada Azəraycanın strateji önəmi və manevrləri önə çıxır:
1. Cənub Qaz Dəhlizi layihəsi irəli sürüldü (2014-cü il, enerji müharibəsinin Kiyev küçələrində partlamasından sonra);
2. Xəzərin hüquqi statusu Bakınya sərf edən konvensiya əsasında həll olundu (2019-cu il: Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, “tərəflər dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilər”, buna qarşı yalnız “ekoloji problem” maneədir);
3. Cənub Qaz Dəhlizi layihəsi tamamlandı və Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxdı (2020-ci il, Qarabağ müharibəsindən sonra);
4. Bakı və Aşqabad mübahisəli yataqların “Dostluq” adı altında birgə işlədilməsinə qərar verdi;
Xəzərin statusunun həllindən sonra Transxəzər layihəsinin önündəki digər amil də aradan qalxdı deyə bilərik və Rusiyanın proseslərə müdaxiləsinin azaldığı da müşahidə olunur. Bu layihədə iki faktor önə çıxır.
Enerji faktoru:
- Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdə gəlir: ümumdünya ehtiyatlarının 9 faizi. Əsas bazarı Rusiya olub, lakin Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad buna qarşı Çin və İran bazarına çıxdı, lakin mövcud bazarları şaxələndirmək üçün əsas istəyi Avropa bazarıdır;
- Azərbaycan qazı Avropanın rus qazından asılılığının aradan qalxmasına bəs etmədiyi üçün Mərkəzi Asiyanın enerji resurslarının CQD-nə çatdırılması vacibdir. Türkmənistan 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər qazı Bakıya çatdıra bilər: bu, ilkin dövrdə sıxlaşdırılmış qazın tankerlərlə, sonrakı dövrdə dənizin dibindən çəkiləcək boru kəməri ilə mümkündür.
Siyasi faktor:
- Aşqabad Avropa bazarına çıxmaqla enerji daşıyıcılarını, həm də siyasi oriyentasiyasını şaxələndirə bilər;
- Azərbaycan Avropa bazarı ilə yanaşı, yeni dünyada inkişaf edən Çin bazarına da çıxış əldə edir: Mərkəzi-Asiya-Çin magistral kəməri;
- Türk dünyasının siyasi-iqtisadi istiqamətdə daha da yaxınlaşmasına imkanlar artır: Naxçıvan dəhlizindən sonra bu razılaşma təsadüfi deyil;
- Çindən başlayan, dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişdirəcək “bir kəmər bir yol” layihəsində Azərbaycanın da yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır;
Rusiya prosesə necə yanaşacaq? Layihə əvvəldən Moskvaya qarşı idi, lakin ABŞ-ın zəifləməsi fonunda Çinin yüksəlməsi, rusların da yer aldığı qlobal dəyişiklik Rusiyanın prosesə müdaxiləsini zəiflədir. Moskva baş verənlərdən daha çox qazanclı çıxmaq niyyətindədir: bükə bilmədiyi əli sıxmaq kimi...
mənbə: publika.az
Xəbər lenti
İnstaqramda yeni funksiya yaradılır
2021-03-01 23:26
Gürcüstan iqtidarı müxalifətlə dialoq aparır
2021-03-01 23:12
İran Netanyahunun ittihamına cavab verdi
2021-03-01 23:02
“Buta” Tbilisiyə uçuşlara başlayır
2021-03-01 22:52
Bill Qeyts açıqladı: Bu tarixə qədər pandemiya bitəcək
2021-03-01 22:19
Sarkozi 3 il müddətinə azadlıqdan məhrum edilib
2021-03-01 21:59
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilir
2021-03-01 21:46
Ermənistan erkən parlament seçkilərinə gedir - Paşinyan BƏYAN ETDİ
2021-03-01 21:17
Paşinyan referendum ELAN ETDİ
2021-03-01 20:55
Ən qədim titanozavr qalıqları aşkarlandı
2021-03-01 20:26
Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcək
2021-03-01 20:12
Gürcüstanın baş naziri müxalifətlə dialoqda iştiraka hazırlıq ifadə edib
2021-03-01 19:39
Yerevanda etirazçılar hökumət binasına girdi - VİDEO
2021-03-01 17:59
Gürcüstanda məktəb yaxınlığında partlayış - azərbaycanlı yeniyetmə öldü
2021-03-01 17:40
Almalı su: şəfa sirri
2021-03-01 15:14
Avropa İttifaqı Gürcüstana vaksin əldə etməyə dəstək olacaq
2021-03-01 15:03
Gürcüstan Rusiya buğdasından imtina edir
2021-03-01 14:55
Gürcüstan məktəblərində yaz tətili nə vaxt başlayacaq?
2021-03-01 14:38
Bu günə qədər neçə nəfər Almaniyada işələmək üçün qeydiyyatdan keçib?
2021-03-01 14:32
İran imtina etdi, Ağ Ev məyus oldu
2021-03-01 13:53
Bu il Yəməndə 16 milyon insan ac qalacaq
2021-03-01 13:51
Ərəbistandan inanılmaz: S-400 və Su-35 alır
2021-03-01 13:50
Netanyahu: Gəmimizi İran vurub, Baydenə dedim...
2021-03-01 13:49
İsrail Dəməşqin ətrafını hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)
2021-03-01 13:46
İranın Qum şəhərində Qarabağla bağlı beynəlxalq konfrans keçirilir
2021-03-01 13:44
Yəmən Səudiyyəyə aid mühüm hədəfləri vurdu
2021-03-01 13:41
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
2021-03-01 13:32
Gürcüstanda koronavirus statistikası - 10 nəfər ölüb
2021-03-01 13:17
Quldurların oğurladığı 317 məktəbli qız azad edildi
2021-02-28 22:17
Bu ölkə vətəndaşları İrana gələ bilməz
2021-02-28 22:13
BƏƏ 5,7 milyardlıq müqavilə bağladı
2021-02-28 22:09
İran Qərbin təklifindən imtina etdi
2021-02-28 22:07
Avropa İttifaqının rəhbəri Gürcüstana səfər edib
2021-02-28 22:03
Myanmada 17 nümayişçi öldürülüb - VİDEO
2021-02-28 21:56
Qocalmanı gecikdirməyin ÇARƏSİ TAPILDI
2021-02-28 21:51
İnfeksiyalarla mübarizədə D vitamininin əhəmiyyəti böyükdür
2021-02-28 21:38
Martın 1-dən etibarən hansı məhdudiyyətlər götürüləcək
2021-02-28 21:09
Kutaisidə izdihamlı mitinq keçirildi-VİDEO
2021-02-28 20:35
Azərbaycanlı jurnalistlər buna görə işdən çıxarılır
2021-02-28 20:01
İran ikinci vaksini sınaqdan keçirdi
2021-02-28 19:56
Digər Azərbaycan xəbərləri: