Bu gün İran İslam İnqilabının 42-ci ildönümüdür

10 Fevral 2021 - 05:47

134414

İranda islam inqilabının qələbə çalmasından 42 il ötür.

Xeber.ge saytı xəbər verir ki, ötən əsrin 70 və 80-cı illərində İranda şah rejiminə qarşı etirazların baş qaldırması və Ruhullah Musəvi Xomeyninin Fransaya sürgün edilməsi, sonradan isə İrana qayıdışı islam inqilabının 1979-da zəfər çalması ilə nəticələndi.

İnqilabın banisi Ayətullah Musəvi Xomeyni sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, İrandakı şahlıq rejiminin korrupsioner mahiyyətini, diktatorluğu və Amerikanın İrandakı istismarçı siyasətini ifşa etdi və çağırışlar edərək, islam inqilabının zəfər çalmasına şərait yaratdı.

Ayətullah Ruhullah Musəvi Xomeyninin başçılığı ilə 1979-cu ilin fevralında baş tutan İslam İnqilabı əsrlərlə İrana hakim kəsilmiş şahlıq rejiminə son qoydu və dünyada iki güc qütbünün yəni kommunizmlə kapitalizmin ciddi rəqibi olaraq meydana gəldi. Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi dünyanı ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq mümkün olardı. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “Nə şərqi nə qərbi yalnız islam cümhuriyyəti” devizi altında bir iqtidar meydana gəldi. Bu iqtidarın irfan elmi mütəxəssisi olan bir fəqih və müctəhid tərəfindən həyata keçirilməsi islam inqilabının əsas özəlliklərindən biri idi.

1979-cu ilin 1 fevral (12 bəhmən - h.ş) günü 15 il sürgündə qalmış Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehrana enməsi gününə təsadüf edib. Tehrana gələn Ayətullah Musəvi Xomeyni onu qarşılayan saysız-hesabsız iranlılar qarşısında və yüzlərlə xarici jurnalsitin qarşısında ilk çıxışını edərək, xalqın dəstəyi ilə dövlət təyin etdiyini bildirdi.

Həmin ayın 5-də İranın Hava Qüvvələrinin bir qərargahı Ayətullah Musəvi Xomeynini dəstəklədiklərini bəyan etdilər. Həmçinin bu gündə müctəhidlər Ayətullah Mərəşi Nəcəfi və Seyyid Məhəmməd Baqir Sədr ona təbrik teleqramması göndərdilər. Həmin gündə Tehranın meri Ayətullah Musəvi Xomeyni qarşısında istefa verdi. Lakin Ayətullah Musəvi Xomeyni yenidən onu bu vəzifəyə təyin etdi.

Ayətullah Musəvi Xomeyni 5 fevralda Mehdi Bazərqanı yeni dövlətin baş naziri vəzifəsinə seçdi. Bu gündə rejimin dəyişməsi üçün ümumxalq referendumun keçiriləcəyi elan edildi.

Növbəti gündə İranın o zamankı Şura Məclisi tərəfindən rejimin kəşfiyyat xidməti yəni Savak ləğv edildi.

1979-cu ilin fevralın 8-də Tehranın və İranın tarixində ən böyük aksiya baş tutdu. Kütləvi aksiyanın son bəyanatında Ayətullah Musəvi Xomeyninin təyin etdiyi baş nazirin səlahiyyəti təsdiqləndi və şah Pəhləvinin baş nazirinin kənarlaşdırılması tələb olundu.

Növbəti iki gündə yəni 20-21 "bəhmən" günləri isə Ayətullah Musəvi Xomeynini dəstəkləyən 100 minlərlə aksiyaçı ilə Şah rejiminin Milli Qvardıyası arasında qanlı qarşıdurmanın şahidi oldu. Ayətullah Ruhullah Musəvi Xomeyni cihad fətvası verəcəyi ilə rejimi təhdid etdi. Bəzi polis məntəqələri xalq qüvvələrinin əlinə keçdi.

11 fevral (22 bəhmən) günündə həbsxanalar, parlament, polis mərkəzləri, Teleradio binası və digər dövlət dairələri  xalq qüvvələrinin nəzarətinə keçdi. Bu gündə İran Silahlı Qüvvələrinin Baş Qərargahı inqilabla bağlı bitərəf olduğunu elan etdi. Məhz bundan sonra İranda şah rejiminin devrilməsi  və inqilabın qələbə çalması rəsmən elan edildi.

Artıq 42 ildir ki bu günlər hər il İranda qeyd edilir. Bu inqilab dünyada müsəlman xalqların və azlıqların ürəyində yeni ümid ocağı yaratdı. Eyni zamanda dünyanın iki güc qütbü üçün ciddi rəqib kimi meydana atıldı.


Mənbə:SalamNews

Xəbər lenti

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56


Digər Yaxın şərq xəbərləri:

“İrana raket hücumu olmayıb”

96

İraq İranı müdafiə etdi

111

İran ABŞ-a xəbərdarlıq edib

123