Azərbaycanlı jurnalistlər buna görə işdən çıxarılır

28 Fevral 2021 - 16:01

134497

Xocalı soyqırımını unutmamalı, səbəblərini anlamalı və qiymətləndirməliyik. Axı bunun səbəbləri ermənistanlılar və azərbaycanlılar arasındakı münaqişə deyil. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan erməni xalqını da azad edib.

Xeber.ge saytı xəbər verir ki, bunu tanınmış rus jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsində çıxışında bildirib.

O qeyd edib ki, ermənilər bunu nə vaxtsa dərk edəcək:

“Düşünürəm ki, onlar artıq bunu dərk etməyə başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar döyüşməməli, Strabon və Herodotun dövründə burada kimin yaşadığını düşünməməlidirlər. Əksinə, onlar yolların necə qurulacağını, turistlərin necə cəlb olunacağını, ortaq müəssisələrin necə açılacağını düşünməlidirlər. Sərhədlər açılmalı, insanlar millətçilikdən imtina etməlidirlər".

Rus jurnalist II Qarabağ müharibəsi zamanı Gəncəyə edilən raket hücumunun Xocalının davamı olduğunu qeyd edib:

“Mən Gəncədə, dəhşətli "Skad" raketlərinin düşdüyü yerdə oldum. Ətrafda heç bir hərbi obyekt yox idi. Mülki insanları terrorla məhv edən bir silah idi. Bu payız Gəncədə baş verənlər Xocalının davamıdır. Bu, beynəlxalq səviyyədə Rusiya, Ermənistan və Avropada layiqincə qiymətləndirilənə qədər davam edəcək.

Hörmətli azərbaycanlılar, biz, rus xalqının nümayəndələri və dünyanın ağlı başında olan insanları nasizm və irqçiliyə qarşı mübarizədə sizinləyik. Xocalı soyqırımının ildönümü sadəcə matəm günü deyil, eyni zamanda mübarizəmizin davamıdır. II Qarabağ müharibəsi təkcə torpaqları işğaldan azad etmək deyil, eyni zamanda vaxtilə babalarımızın da uğrunda vuruşduğu nasistlərə qarşı müharibə idi. Təəssüf ki, bu gün Rusiyada ikili standartlar mövcuddur. Bəzi azərbaycanlı jurnalistlər bu məsələdəki prinsipial mövqeyi səbəbindən iş yerlərini itirirlər. Millət vəkili Vitali Milonov açıq şəkildə Azərbaycan xalqını təhqir edir, nasizm açıqlamaları verir. Lakin Rusiyanın özündə heç bir qınama görmürük".

M.Şevçenko Xocalı faciəsinin nasistlər tərəfindən törədilmiş bir hərbi cinayət olduğunu da vurğulayıb:

“Bunu etnik təmizləmə məqsədi ilə ediblər. Bu cür cinayətlərə Nürnberq tribunalında baxılır. Xocalı soyqırımını qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bunu beynəlxalq səviyyədə etmək lazımdır. Bu, Ermənistan-Azərbaycan məsələsi deyil. Əminəm ki, gələcəkdə bir çox erməni təfərrüatı öyrəndikdən sonra Xocalı faciəsini nifrət hissi ilə xatırlayacaq. Düşünürəm ki, erməni xalqı nasistlərin Xocalıda etdiklərini öyrəndikdən sonra bu qüvvələrdən imtina edəcəklər. Buna görə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olana qədər bu faciəni hər gün xatırlamalıyıq. Bu, ermənilərə qarşı deyil, azərbaycanlıların lehinə də deyil, nasistliyə, insanlığa və ədalətə qarşıdır


mənbə: publika.az

Xəbər lenti

“Bəziləri özlərini Yupiter, Gürcüstan isə öküz hesab edirlər”
2024-05-08 15:14

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39


Digər Dünya xəbərləri:

Dollarla bağlı mühüm qərar

130