Behiştə daxil olmaq və cəhənnəmdən xilas üçün 6 nöqtə

01 Oktyabr 2021 - 08:02

134475

Bir çox din alimlərinin kəlamlarında bəyan olunur ki, dünya, ona vaxt ayrımaq üçün heç bir dəyərə malik deyildir. Belə ki, Quran buyurur: "Bu dünya həyatı - aldadıcı maldan başqa bir şey deyildir". ("Ali-İmran" 185). Cavidan axirət həyatına əqidə bəsləmək bu varlıq aləminə rəng qatır. Əgər axirət olmasaydı, bu dünya həyatının heç bir hədəfi olmazdı. Dünənin uşaqları bu günün cavanlarıdır. Bu günün cavanları sabahın yaşlılarıdır. Sonra torpağa dəfn edilər, sanki heç həyatda olmamış kimi olar. Bəzən alimlərin evlərinin önündən keçən zaman yadımıza salırıq ki, o, sağ olan zaman burada nə qədər insan toplaşar və nə qədər səs-küy olardı. Lakin indi, hər yer sükuta qərq olmuşdur. İmam Əlidən (ə) bu haqda nəql edirlər: "Sanki heç bir zaman bu dünyanın əhli olmayıblar, axirət evi həmişə onların evi olmuşdur". Elə dostlarımızı görürük ki, belləri bükülmüş və əsa ilə gəzirlər. Halbuki, cavanlığımızda necə də uzun boylu və qamətli insanlar idik. Nə qədər həyəcana və şövqə malik idik. Lakin bu gün üzümüzə qəm və qüssə pərdəsi çökmüşdür və sanki heç cavan olmamışıq kimi. Elə bu halda Allahın bu kəlamını xatırlayırıq: "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!". ("Ənkəbut" 64). İmam Əli (ə) bizlərə belə bir tövsiyə verir: "Dünya arzular evidir ki, tez məhv olar. Vətəndən köçmək qətidir. Dünya - şirin və xoş mənzərəlidir ki, sürətlə onu istəyənlərə tərəf gedər. Görənlərini aldadar. Çalışın ən yaxşı azuqə ilə ondan köçün. Ehtiyacınız olandan artığını ondan istəməyin". İmam (ə) başqa yerdə buyurur: "Agah olun! Dünya elə bir evdir ki, heç kim orada təhlükəsiz deyildir. Ancaq o kəsdən başqa ki, axirət azuqəsi toplayar. Dünya işlərindən heç kəs nicat tapmaz. İnsanlar dünyanın vasitəsilə imtahan olunarlar. Ona görə də dünyada onun üçün hər nə əldə etsələr, əllərindən çıxar və ona görə hesaba çəkilərlər. O şeyi ki, dünyada axirət üçün toplamışdır, ona çatacaqdır. Onunla qalacaqdır. Dünya - aqillərin nəzərində elə bir kölgədir ki, artmır, əksinə azalır. Hələ artmamış azalır". İmam Əli (ə) buyurur: "O kəsdə ki, altı sifət cəm olar, behiştə daxil olmaq və cəhənnəmdən qaçmaq üçün heç bir istəyi əldən verməz: 1. O kəs ki, Allahı tanıyar və itaət edər. 2. O kəs ki, şeytanı tanıyar, itaətsizlik edər. 3. Haqqı tanıyar və ardınca gedər. 4. Batili tanıyar və ondan çəkinər. 5. Dünyanı tanıyar və onu uzağa atar. 6. Axirəti tanıyar və onu istəyər". Bir nəfər İmam Əliyə (ə) deyir: "Ey Əmirəl-möminin! Dünyanı bizim üşün izah et". Həzrət (ə) buyurur: "Mən sənə o evi necə izah edim ki, hər kim orada salamatdır, amanda deyildir. Hər kim orada xəstədir - peşmandır. Hər kim orada yoxsuldur - qəmgindir. Hər kim orada ehtyacsızdır - giriftardır. Halalında hesab və haramında əzab vardır". Belə bir vəziyyətdə dünya malı üçün bu qədər səy etmək nə üçündür? Bu toplamaq kimin üçündür? Bu qəflət haradan qaynaqlanır? Əgər ətrafımıza diqqətlə baxsaq görərik ki, bəzi insanlar öz güclərinə görə o qədər qürurlanırlar ki, Allahı unudublar. İnsanın moizəyə ehtiyacı vardır. İnsan gərək din alimlərinin məclisinə getsin və moizələrə qulaq assın. Bu zaman ürəklərdəki pas aradan gedər və səfa, günahın yerini alar. Çünki minbər və moizə insanları Allaha yaxınlaşdırar və qəflətdən ayıldar.


Mənbə: milli.az

Xəbər lenti

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54

Ağır yol qəzasında iki nəfər həyatını itirdi, üç nəfər yaralandı
2024-03-27 13:48

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır
2024-03-27 11:32

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib
2024-03-27 10:37

Ramazan, insanın əsas cəhətlərinə diqqət ayıdır
2024-03-27 10:25

Putin miqrantlarla bağlı tapşırıq verdi
2024-03-27 10:10

Avropa çempionatının play- off mərhələsinin final oyununda Gürcüstan yığması Yunanıstanı qəbul edir
2024-03-26 23:51

Teraktı onlar hazırlayıb, bu ölkələr də yardım edib
2024-03-26 20:41

Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib
2024-03-26 20:29

Temkada bir nəfər bıçaqlanıb
2024-03-26 20:24


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89