Bu gün İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfat günüdür

05 Oktyabr 2021 - 11:12

134477

Hicrətin 10-cu ilində Həzrət Peyğəmbər (s) həcc ziyarətinə yola düşür. Müsəlmanlar Həzrətin (s) bu niyyətindən xəbərdar olub, hər tərəfdən onun yanına tələsdilər. Sayları kifayət qədər olandan sonra Həzrət (s) hərəkət etməyə başladı. Bu həmin il idi ki, Peyğəmbər (s) müsəlmanlara İslami həccin yerinə yetirilmə qaydasını öyrətmişdi. Çünki o biri illərdə müşriklər onlara həcc mərasimini yerinə yetirməyə mane olmuşdular. Peyğəmbər (s) həcc mərasimini sona çatdırandan sonra müsəlmanlara xütbə oxuyur. Sonra da Mədinəyə qayıtmaq istədiyini elan edir. Bu müqəddəs səfərdə Həzrətin (s) çox sayda tərəfdaşı və səhabələri onunla bir yerdə idilər. Hər an müqəddəs simasındakı nigarançılığı görə bilirdilər. Sanki Həzrət hansısa sirri aşkar etmək istəyirdi ki, ondan qorxurdu. Onu bəyan etmək üçün yaxşı fürsət axtarırdı. Bu həcc - əziz Peyğəmbərin (s) yerinə yetirdiyi son həcc idi. Ona görə də onu “vida həcci” adlandırırlar. (Avini)

 

Aydın idi ki, Peyğəmbər (s) elə bir mövzu haqqında danışmaq istəyirdi ki, müsəlmanların siyasi və dini məsələləri baxımından həlledici təsirə malik idi. Bu dövrdə ən mühüm məsələ - ümmətin idarəedilməsi mövzusu idi. Həzrət Peyğəmbərin (s) vəfat etməsi ilə hələ ürəklərdə dərin kök salmamış İslam dini aradan gedə bilərdi. Münaqişələr başlaya bilər və din də bu münaqişələrə görə qurban olardı. Allah Təala Həzrət Rəsuli-Əkrəmə (ə) vəhy etmişdi ki, ondan sonra canişin İmam Əli ibn Əbutalib (ə) olacaqdır. O, Allaha və Rəsuluna (s) iman gətirən ilk insan idi. Allah yolunda çox çətinliklər çəkmişdi. Əxlaq və elm baxımından başqalarından üstün idi. Həzrət Peyğəmbər (s) dəfələrlə bu mövzunu müsəlmanlara xatırlatmışdı. Həzrət (s) ümmətin gələcəyinə görə çox nigaran idi. Çünki yaxşı bilirdi ki, hakimiyyət həvəsində olanların sayı az deyildir. Ancaq bu hədəfə görə onun yanında qərar tuturlar.

 

Həzrət Peyğəmbər (s) Əsfan adlı yerə çatan zaman ona mübarək ayə nazil olur: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67).

 

Bu ayənin nazil olması ilə Peyğəmbər (s) İmam Əli (ə) rəhbərlik missiyasına görə əminlik əldə edir və müsəlmanlara əmr edir ki, bir yerə toplaşsınlar. Müsəlmanlar bir yerə toplaşan zaman onlara dəyərli bir xütbə oxuyur və Əli ibni Əbutalibin (ə) canişin olduğunu elan edir. Sonra müsəlmanlara əmr edir ki, İmam Əliyə (ə) beyət etsinlər. Bütün müsəlmanlar o Həzrət Əliyə (ə) beyət edirlər. Beyət sona çatan zaman isə bu ayə nazil olur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3).

 

Qədir-Xum hadisəsindən sonra Həzrət Peyğəmbər (s) Mədinəyə qayıdır. Həzrət Peyğəmbər (s) böyük bir ordu təşkil edir ki, onun tərkibində çox sayda mühacir və ənsarlar vardır. Bu ordunun rəhbəri isə 20 yaşına çatmamış cavan Üsamə ibn Zeyid idi. Peyğəmbər (s) qısa zamanda bu ordunu təşkil edib, Mədinədən tez bir zamanda göndərmək istəyirdi. Çünki ölümünün yaxınlaşdığını hiss edirdi. İslam ümməti üçün təhlükə törədə biləcək insanları Mədinədən uzaqlaşdırmaq istəyirdi. Lakin bütün bu cəhdlərinə baxmayaraq, bəzi münafiqlər ordunun hərəkət etməsinə mane oldular. Lakin, Həzrət Üsaməyə yenə də hərəkət etməsi üçün əmr verirdi. Bu ordu Mədinənin bir neçə kilometrində çadır qurur. Elə bu zaman Həzrətin (s) halı pisləşir və ordunun bəzi üzvləri icazəsiz Mədinəyə qayıdırlar. Həzrət Peyğəmbər (s) geri qayıdan bu insanları lənətləyir.

 

İslam Peyğəmbəri (s) 11-ci hicri ilinin Səfər ayının 28-də Mədinədə vəfat edir. O, mübarək başını İmam Əlinin (ə) sinəsinə qoyduğu halda, İlahi rəhmətə qovuşur. İmam Əli (ə) bu hadqa buyurur: “Allahın Rəsulunun (s) ruhu o halda qəbz oldu ki, başını mənim sinəmə qoymuşdu. Canı əllərimin arasında alındı. Mən əlimi onun üzünə çəkdim. Və mən Həzrətə qüsl verdim. Mələklər mənə kömək edirdi. Mən onu torpaqda dəfn edənə qədər onların necə yavaş namaz qıldıqlarını eşidirdim”.

 

Bəli, İmam Əli (ə) Həzrət Peyğəmbərə (s) qüsl verib kəfənləyir və belə buyurur: “Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun! Həqiqətən, sənin ölümünlə o nemətdən məhrum olduq ki, başqalarının ölümü ilə ondan məhrum olmamışıq. Bu nemət nübuvvət və səma xəbəri idi”.

 

İmam Əli (ə) Həzrətə (s) qüsl verib onu kəfənlədi və yaşadığı evdə onu dəfn etdi.

 

İslam Peyğəmbərinin (s) vəfatı müsəlmanlar üçün böyük müsibət idi. Və bu müsibət bu gün də davam edir...


mənbə: salamnews

Xəbər lenti

Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-18 22:58

Ukrayna XİN: Gürcüstan üçün real təhdid
2024-04-18 22:45

Viola fon Kramon: İvanişvili ehtiyat tədbirləri görür, sanksiyalar tətbiq olunarsa, pulu Gürcüstana qaytarmalıdır
2024-04-18 21:19

“Polis mənə fiziki təzyiq etdi, qabırğam sınıb”- Aleko Elisaşvili
2024-04-18 21:12

” Gürcüstan parlamentinin qərarından dərin məyus olduq”
2024-04-18 21:09

Sameqreloda ölümlə nəticələnən avtomobil qəzası baş verib
2024-04-18 21:01

Lui Bono Gürcüstanda səfərdədir
2024-04-18 20:45

Gürcüstanda torpaq sürüşməsi baş verdi
2024-04-18 20:31

19 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-18 19:42

Aksiyalar bizə xalqın qanun layihəsinə dəstəyini göstərdi
2024-04-18 15:36

Prezident qadınlar üçün kvotanın ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub
2024-04-18 15:31

“Gürcüstan Corciya deyil” - Tbilisidə davam edən etirazla bağlı Moskvada nə deyirlər
2024-04-18 14:50

Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək
2024-04-18 12:44

“İvanişviliyə offşorlarda gizlədilən əmlakını ölkəyə gətirməyə icazə verilir”, - qanunda nə dəyişir
2024-04-18 12:28

Bu, bizi ukraynalaşmadan qoruyacaq
2024-04-18 11:22

Bu xidmətlər hökumət tərəfindən maliyyələşdiriləcək
2024-04-18 11:14

İnsultdan qaçmağın ən asan və sadə yolu
2024-04-18 11:06

Qurana görə emosional nizam-intizam
2024-04-18 10:48

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
2024-04-18 10:39

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
2024-04-18 10:29

Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
2024-04-18 10:18

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
2024-04-18 10:08

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
2024-04-18 09:57

Çindən İsrailə: Dərhal hücumları dayandır!
2024-04-18 09:50

Aksiya iştirakçıları hökumət administrasiyasına doğru yürüş ediblər
2024-04-17 23:33

Azadlıq Meydanına xüsusi təyinatlılar və su reaktiv maşını cəlb olunub
2024-04-17 23:05

“Qanun layihəsini “Rus”adlandırmağa ehtiyac yox idi “
2024-04-17 21:58

Saakaşvili bütün ölkəni etirazlara çağırdı
2024-04-17 21:22

Baş nazir: “Salome Zurabişvili xarici təsir agentidir“
2024-04-17 21:17

Parlamentin yaxınlığında “Rus qanununa yox” şüarları ilə aksiya davam edir
2024-04-17 21:15

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq
2024-04-17 20:15

Tbilisidə atışma olub, üç nəfər yaralanıb
2024-04-17 19:37

Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
2024-04-17 19:34

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb
2024-04-17 19:31

Tbilisidə vəziyyət yenidən gərginləşdi - İki nəfər saxlanıldı
2024-04-17 18:42

Müxalifət vətəndaşları saat 19:00-da keçiriləcək aksiyaya qoşulmağa çağırıb
2024-04-17 18:39

"Sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”
2024-04-17 18:35

18 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-17 18:06

“Gürcü arzusu” Rusiya qanununu birinci oxunuşda dəstəkləyib
2024-04-17 15:01

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı keçirilən aksiya bu gün də davam edəcək
2024-04-17 10:50


Digər İslam Dünyası xəbərləri:

Qurana əsasən orucun faydaları

74

Qədr gecəsinin fəzilətləri

102

Orucun faydalı təsirləri

112