Fransa Prezidenti uğrunda seçkilərin ikinci turu başlayıb

23 Aprel 2022 - 12:38

134548

Fransada prezident seçkilərinin ikinci turu üçün səsvermə ölkənin dənizaşırı departamentlərində və Amerika qitəsindəki diplomatik nümayəndəliklərində ölkənin materik hissəsindən bir gün əvvəl başlayıb.

Xeber.ge xəbər verir ki,  hökumətin yanvar dekretinə uyğun olaraq, ilk məntəqələr Paris vaxtı ilə saat 12:00-da Kanadada Nyufaundlend yaxınlığındakı Sen Pyer və Mikelon icmasında açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasının sakinləri, həmçinin Fransanın Şimali və Cənubi Amerika ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşları da səs verəcək.

Ölkənin Avropa hissəsinə nisbətən daha erkən səsvermə saat qurşaqlarındakı fərqə görə baş verir. Seçkilərin yekun nəticələri ölkənin əsas materik hissəsində və Qərb yarımkürəsindəki Fransa ərazilərində eyni vaxtda elan ediləcək. Fransanın dənizaşırı departamentlərində, təxminən, 2 milyon seçici, yəni ümumi seçicilərin, təqribən, 4%-i yaşayır.

Bu arada, ölkənin Avropa hissəsində şənbə günü ciddi şəkildə sükut günü qeyd olunur. Namizədlər seçkiöncəsi “vuruşmalardan” sonra dincəlir. Fransanın materik hissəsində, o cümlədən Korsika adasında seçki məntəqələri aprelin 24-ü səhər saatlarında açılacaq və yerli vaxtla saat 20:00-dan gec olmayaraq bağlanacaq. Məntəqələr bağlanana qədər namizədlərə və onların nümayəndələrinə təşviqat xarakterli bəyanatlar yaymaq, ictimaiyyətlə görüşlər keçirmək, o cümlədən öz internet saytlarında məlumatları yeniləmək və sosial şəbəkələrdə mesajlar yerləşdirmək qadağandır.

Qeyd edək ki, Fransada 2022-ci il prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bütün bülletenlərin hesablanmasından sonra ikinci tura iki namizəd - ikinci müddətə namizədliyini irəli sürən Fransanın hazırkı Prezidenti Emmanuel Makron (27,84% səs) və Milli Birlik Partiyasının namizədi Marin Le Pen (23,15% səs) keçib.

Xatırladaq ki, 2017-ci ildə də bu rəqiblər ikinci tura yüksəlmişdi və o zaman Makron ikinci turda səslərin 66,1%-ni toplayaraq prezident seçilmişdi.


mənbə: report.az

Xəbər lenti

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05


Digər Dünya xəbərləri: