Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri - VİDEO

14 May 2022 - 06:38

134246

Xeber.ge xəbər ki, 1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərində sirli bir kəşf edib. İllər keçsə də, sirri açılmayan yüzlərlə sümüyün arxasındakı ehtimallar isə eşidənləri heyrətə gətirir.

İkinci Dünya müharibəsi zamanı Himalay dağlarının dərinliklərində ucqar bir vadidə Hari Kişan Madhval adlı hindli tədqiqatçı dəhşətli bir kəşf edib. Madhval Himalay dağlarında 4800 metr yüksəklikdə yerləşən Roopkund gölündə insan skeletlərinə rast gəlib. Gölün içində yüzlərlə sümük parçasının aşkar olunmasından sonra tədqiqatçılar oradakı sümüklər haqqında fərziyyələr irəli sürüblər.

Səlahiyyətlilər əvvəlcə Roopkund gölündə tapılan sümüklərin bir vaxtlar Britaniyanın nəzarətində olan Hindistan ərazisinə sızmağa çalışan bir qrup yapon əsgərinə aid ola biləcəyini düşünüblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sümüklərin yaşı yapon işğalçılarına aid ola bilməyəcək qədər çoxdur.

O vaxtdan bəri tapılan sümüklərlə bağlı bir çox fərziyyələr irəli sürülüb. Lakin burada ən maraqlı məqamlardan biri də odur ki, tədqiqatçılar bütün fərziyyələrlə yanaşı, tapılan sümükləri yerli xalqa məlum olan bir əfsanəyə də bağlayıblar. Əfsanəyə görə, buradakı sümüklər Himalay dağlarında hindu məbədinə səyahət edən və “hörmətsiz” kimi səciyyələndirilən bir qrup insana aid ola bilər. Yerli sakinlərin fikrincə, buraya gələn bidətçilər Nanda Devi dağının ilahəsi tərəfindən cəzalandırıla bilərdilər.

Tədqiqatçılar buradakı sümükləri araşdırarkən bir qrup sağlam kişi, qadın və uşaq sümükləri aşkar ediblər. Yəni bu halda sümüklərin illər əvvəl bu bölgədə baş vermiş epidemiya ilə bağlı olması variantı da məqbul deyildi.

İllər boyu davam edən tədqiqatlar nəticəsində buradakı sümüklərin 9-cu əsrdə vəfat etmiş Cənubi Asiya mənşəli zəvvarlara məxsus olduğu qənaətinə gəlinib. Lakin DNT analizi nəticəsində sümüklərin üç fərqli bölgədən olan insanlara aid olduğu müəyyən edilib. Bunlardan 23-ü Hindistan, biri Asiya və 14-ü isə təəccüblü şəkildə Şərqi Aralıq dənizi mənşəli olub.

Bütün araşdırmalara görə, 38 nəfərin eyni anda burada olması üçün heç bir səbəb yoxdur. Ehtimal ki, buradakı skeletlərin çoxu müxtəlif vaxtlarda Himalay dağına gedən insanlara aiddir.

Xülasə, Roopkund gölünü birdən çox millətdən olan insanların məzar yerinə çevrilmiş ərazi də adlandırmaq olar. Onların Roopkund gölündəki skeletlərinin necə ortaya çıxması ilə bağlı isə heç bir məlumat yoxdur. Təxminlərdən biri kimi, yaz fəslinin gəlməsi ilə donmuş gölün əridiyi və nəticədə sümüklərin üzə çıxdığı güman edilir.

 


mənbə: oxu.az

Xəbər lenti

"Avropalı həmkarlarımızdan status məsələmiz müzakirə olunanda bizə dəstək olacaqları vədini aldım"
2023-06-02 00:09

2 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-06-01 19:41

"Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir"
2023-06-01 19:29

Daha bir Rusiya aviaşirkəti Gürcüstana uçuşlara başlayır
2023-06-01 19:23

A kateqoriyalı taksilər bu gündən etibarən avtobus zolağında hərəkət edə biləcək
2023-06-01 13:03

Zelenski də Moldovadadır - Video
2023-06-01 12:21

Qərb İsveçin NATO-ya daxil olmasını sürətləndirmək üçün Türkiyəyə təzyiqi artırır
2023-06-01 12:16

Yer üzündə qiyamətin əlamətləri
2023-06-01 12:13

Müxalifət birləşə, böyük hərəkat başlaya bilər
2023-06-01 12:09

Qızıl-zinət əşyalarını bədəninə yapışdıraraq ölkəyə keçirməyə çalışan şəxs saxlanıldı
2023-06-01 12:04

Qaribaşvilinin Ukrayna bəyanatına ABŞ-dan cavab
2023-06-01 10:43

Kiyevdə magistral yola raket düşüb
2023-06-01 09:32

İmam Rza (ə) adina məsciddə İmam Rzanin (ə) mövludu münasibəti ilə tədbir keçirilib
2023-05-31 23:37

ალანია - მნიშვნელოვანი ტურისტული ცენტრი თურქეთში
2023-05-29 20:31

Ukrayna müharibəsindən sonra 80 min rusiyalı Gürcüstana köçüb
2023-05-31 23:28

Daha bir gürcü döyüşçüsü Rusiya-Ukrayna müharibəsində həlak oldu
2023-05-31 22:56

"Namizəd statusu regionda Gürcüstanın rolunu möhkəmlədəcək"
2023-05-31 21:44

1 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-05-31 20:25

Ermənistanın Baş prokuroru Gürcüstana gəlib
2023-05-31 14:12

Quran baxımından ailənin funksiyası
2023-05-31 12:32

Aİ Gürcüstana yenidən namizəd statusu verməsə, bu, böyük səhv olar
2023-05-31 09:51

Rusiyada neft emalı zavoduna PUA HÜCUMU: güclü yanğın baş verdi
2023-05-31 09:33

31 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-05-30 19:23

Özü etmədiyini bizdən tələb edir
2023-05-30 19:19

Çində minarəyə görə müsəlmanlar ayağa qalxdılar - VİDEO
2023-05-30 19:11

Avropa Şurasının prezidenti ilə Gürcüstan prezidenti arasında baş tutan görüşdə nələr müzakirə olunub
2023-05-30 19:01

Şəxsi həyatın toxunulmazlığını pozduğuna görə 7 nəfər ifşa olunub
2023-05-30 18:58

Marneulidə orta yaşlı kişi azyaşlı qıza qarşı təcavüzə cəhd edib
2023-05-30 15:37

Avqust müharibəsi ciddi qəbul edilmədi, lakin Rusiya 6 il sonra Krımı ilhaq etdi
2023-05-30 13:58

Gürcüstandan Azərbaycana avtomobillər daşıyan maşın aşdı - VİDEO
2023-05-30 12:52

Gürcüstanda çörək məhsullarının və qənnadı məmulatlarının qiyməti arta bilər
2023-05-30 12:43

İstintaq Xidməti özgənin əmlakını dələduzluq yolu ilə mənimsəmək faktı üzrə bir nəfəri saxlayıb
2023-05-30 12:41

NATO-nun genişlənməsi Ukraynada müharibəyə səbəb olub
2023-05-30 12:09

Bu gün səhər Moskvaya 25-ə yaxın PUA hücumu olub-VİDEO
2023-05-30 10:07

Gürcüstan prezidenti Brüsselə işgüzar səfərə gedib
2023-05-30 09:48

Tövbənin mənası
2023-05-30 09:37

“Əl-Hilal”dan Messiyə fantastik təklif
2023-05-30 09:32

Rusiya Kiyevə hücum edib, ölən və xəsarət alanlar var
2023-05-30 09:25

İyunun 1-dən bu qanun qüvvəyə minəcək
2023-05-29 22:40

AB-dən Gürcüstana demarş: 27 səfir...
2023-05-29 20:47


Digər Dünya xəbərləri:

"WhatsApp"da növbəti YENİLİK

83