Finlandiya və İsveç NATO-ya üzvlük ərizələrini təqdim etdi

18 May 2022 - 08:06

9407

Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korxonen və Aksel Vernxoff NATO-nun Baş katibi Yens Stoltenberqə ölkələrinin NATO-ya üzv olması üçün ərizələri rəsmi olaraq təqdim ediblər. 

Xeber.ge xəbər verir ki, mərasim Alyansın mətbuat xidməti tərəfindən onlayn yayımlanıb.

“İsveç və Finlandiyanın NATO-ya üzv olmaq xahişini ürəkdən alqışlayıram. Bu gün verdiyiniz təkliflər tarixi addımdır. Alyans indi NATO yolunda növbəti addımları müzakirə edəcək. Bütün ölkələrin təhlükəsizlik maraqları nəzərə alınmalıdır və biz bütün sualları həll etmək və qəbul prosesinin tez bir zamanda tamamlanmasına nail olmaq əzmindəyik”, - Stoltenberq bildirib.

NATO baş katibi əlavə edib ki, Alyans hazırda Baltik dənizində təhlükəsizlik sistemini uyğunlaşdırır. “NATO Baltikyanı regionda artıq çox sayıqdır, Təşkilat qüvvələri və Alyans ölkələri lazım gəldikdə uyğunlaşmağa davam edəcəklər. Bütün üzv ölkələr NATO-nun genişlənməsinin vacibliyində həmfikirdirlər, onlar razılaşır ki, biz bir yerdə olmalıyıq və bu, tarixi məqamdır, qaçırılmamalıdır”, - baş katib qeyd edib.

Qeyd edək ki, dünən Finlandiya parlamenti NATO-ya üzvlük təklifini dəstəkləyib, 188 deputat lehinə, 8-i təşkilata üzvlük müraciətinə qarşı çıxıb. İsveç hökuməti isə mayın 16-da Alyansa üzvlüyü dəstəkləyib. NATO-nun baş katibi bundan əvvəl hər iki ölkənin “Alyansın ən yaxın tərəfdaşları” və “nümunəvi demokratik ölkələr” olduğunu və onların silahlı qüvvələrinin NATO qüvvələri ilə uyğunluğunun onilliklər ərzində keçirilən çoxsaylı birgə təlimlərdə işlənib hazırlandığını bildirib. NATO üzvü olan ölkələrdən yalnız Türkiyə İsveç və Finlandiyanın qəbuluna etiraz edir, xüsusilə də Stokholm və Helsinkidən Ankaranın terrorçu hesab etdiyi Türkiyə, İraq və Suriyadakı kürd strukturlarını dəstəkləməkdən imtina etməyi və ölkəyə tədarük edilən silahlara qoyulan birtərəfli embarqonu ləğv etməyi tələb edir. Bu etirazlar aradan qaldırılarsa, Alyans 28-30 iyunda Madriddə keçiriləcək sammitdə İsveç və Finlandiyanın NATO-ya qəbulunu elan etmək niyyətindədir.


mənbə: publika.az

Xəbər lenti

Britaniya Gürcüstana 5 milyon ayırır
2022-06-29 19:28

Gürcüstan və Fransa regional təhlükəsizliyi müzakirə edib
2022-06-29 19:24

NATO Finlandiya və İsveçi rəsmi olaraq Alyansa dəvət edib
2022-06-29 19:23

Tesla Media haqqında açıqlama verildi
2022-06-29 19:05

Madriddə NATO-nun sammiti başlayıb
2022-06-29 13:31

Azərbaycanın Gürcüstana investisiya qoyuluşu açıqlanıb
2022-06-29 12:14

Rusiyaya məxsus təyyarə Qazaxıstanda saxlanılıb
2022-06-29 12:10

Azərbaycan vətəndaşı Batumidə bina uçqununa görə iş icraçısını günahlandırıb
2022-06-29 12:09

Üç mindən çox insanın qətlində iştirak edən qocaya hökm oxundu
2022-06-29 11:23

Azərbaycan və Gürcüstanın azad iqtisadi zonaları əməkdaşlıq edəcək
2022-06-29 11:14

Bakıda yanğın olub, iki körpə ölüb
2022-06-29 11:10

Ukraynada ticarət mərkəzinin vurulma anı - Video
2022-06-29 10:30

Zelenski Ukraynaya atılan raketlərin sayını açıqlayıb
2022-06-29 09:53

Türkiyə “hə” dedi: Sabah İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə qərar veriləcək
2022-06-28 23:15

Bolqarıstan 70 rus diplomatını ÖLKƏDƏN QOVDU
2022-06-28 22:53

Ruslar "Bastion"la Ukrayna şəhərini atəşə tutdu
2022-06-28 22:51

Rusiya Odessanı qanadlı raketlərlə vurur
2022-06-28 22:50

Litva Seymi Rusiyadan qaz idxalına qadağa qoyub
2022-06-28 22:46

Gürcüstanın hakim partiyasında istefalar baş verib
2022-06-28 22:45

Gürcüstanda turistlərin olduğu iki mikroavtobus toqquşub, ölən və yaralılar var
2022-06-28 22:38

Daha bir məşhur brend Rusiya bazarını tərk edir
2022-06-28 18:54

“WhatsApp”dan “ev yıxan” funksiya
2022-06-28 18:50

29 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2022-06-28 18:36

Gürcüstan buğda ixracına qadağa qoyur
2022-06-28 18:33

ABŞ-la İranın nüvə danışıqları bu gündən Qətərdə başlayır
2022-06-28 13:16

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib
2022-06-28 13:10

Son həftədə Gürcüstanda koronavirus statistikası
2022-06-28 12:12

İrakli Ğaribaşvili NATO Sammitində iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Madridə yola düşüb
2022-06-28 12:06

Vahid Milli İmtahanlarla əlaqədar olaraq imtahan mərkəzləri istiqamətində avtobusların əlavə marşrutları təyin olunacaq
2022-06-28 12:02

ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır
2022-06-28 10:04

Gədəbəyə yumurtadan böyük DOLU YAĞDI
2022-06-28 09:59

“Baykar” Ukraynaya 3 ədəd “Bayraktar” bağışlayacaq
2022-06-28 09:56

Gürcüstanın Lars gömrük-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib
2022-06-28 09:44

ABŞ-da 46 miqrantın cəsədi aşkar edilib- VİDEO
2022-06-28 09:41

Yəmənli dizayner uçan hotel hazırlayıb – VİDEO
2022-06-28 09:13

Rusiya təyyarələri təmir edə bilmir
2022-06-27 22:57

"Quru sərhədlərin açılması məsələsinə tezliklə baxılacaq”
2022-06-27 22:55

Xilasedicilər Pşavidə təbii fəlakət zonasında kişi meyiti tapıblar
2022-06-27 22:50

28 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2022-06-27 22:33

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib
2022-06-27 22:28


Digər Dünya xəbərləri: