Əxlaqı dəyişdirmək qeyri-mümkündür?

21 Noyabr 2022 - 16:51

134619

İnsanların bir çoxu elə bilir ki, əxlaqı dəyişdirmək qeyri-mümkündür. Deyirlər ki, bizdən artıq keçmişdir, biz bu cür yaranmışıq. Əslində bu düşüncə yanlışdır. Əks halda insanın özünü tərbiyə etməsinin mənası olmazdı. Özünü islah etmək o zaman məna kəsb edər ki, əxlaqı dəyişdirmək mümkün olsun.
“Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər. Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir”. (“Cümə” 2-3). Bu ayələrdən də göründüyü kimi Həzrət Peyğəmbərin (s) hədəfi bütün müsəlmanları hidayət etmək, tərbiyə etmək və islah etmək idi.
Quran başdan-başa bizlərə təlim verir və nəfslərimizi tərbiyə etməyə çalışır. Bizlərə əxlaq fəzilətlərini tanıdır və rəzil sifətlərdən uzaq olmağımızı əmr edir. Rəzil əxlaqdan xilas olmağın yolu isə nalayiq sifətləri islah etməkdir. Əxlaqla əməlin sıx rabitəsi vardır. Gözəl əxlaq odur ki, əməldə özünü göstərsin. Necə ki, rəzil əxlaq da özünü əməldə göstərər.
Quran ayələri bizə söyləyir ki, əxlaqı dəyişdirmək mümkündür.“Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 9-10). Bu ayələr buyurur ki, insan nəfsi təbiət baxımından pakdır. Bütün çirkin sifətlər xaricdən ona nüfuz edər. Hər ikisini də dəyişdirmək mümkündür.
“Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).
Bu ayə bildirir ki, insan nəfsində kök salmış düşmənçiliyi sevgi və məhəbbətlə aradan qaldırmaq olar. Onu dostluğa çevirmək mümkündür. Əgər əxlaqı dəyişdirmək mümkün olmasaydı, bu da mümkün olmazdı.
Halbuki, hədislərimizin bir çoxu bizi gözəl əxlaqa sahib olmağa dəvət edir və nəfsimizi islah etməyi tövsiyə edir. Belə ki, hədisdə oxuyuruq: “Əgər bəndələr bilsəydilər ki, gözəl əxlaqın nə qədər faydası vardır, yəqin edərdilər ki, gözəl əxlaqa möhtacdırlar”. Digər yerdə buyurulur: “Gözəl əxlaq dinin yarısıdır”.
İmam Əli (ə) buyurur: “Gözəl əxlaq ağlın meyvəsidir və pis əxlaq cəhalətin səmərəsidir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah bəndəsi gözəl əxlaq vasitəsilə axirətin ali dərəcəsinə və ən yaxşı məqamlara çatar. Halbuki, ola bilsin ki, ibadət cəhətdən zəif olsun”.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, əxlaqı dəyişdirmək mümkün olan bir işdir. Əgər belə olmasaydı, nə Quran və nə də Məsumlar (ə) bizi gözəl əxlaq sahibi olmağa dəvət etməzdilər. Qəbul edərdilər ki, onu dəyişdirmək mümkün deyildir. Lakin əksinə, onlar bizi həmişə nəfsimizi islah etməyə və tərbiyə etməyə dəvət ediblər. Belə ki, İmam Əli (ə) buyurur: “İnsanın dəyəri və keyfiyyəti bəyənilmiş əxlaqında və alçaq əxlaqdan çəkinməyindədir”.


mənbə: az.shafaqna.com

Xəbər lenti

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

48

Qurana əsasən orucun faydaları

79

Qədr gecəsinin fəzilətləri

108