Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında

09 Fevral 2023 - 10:15

134563

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dəstəmaz və təyəmmüm alaraq yatağına girən şəxsin savabı məsciddə namaz qılan mö'minlərin savabı ilə bərabər olar.Bu gözəl sünnəti tərk etməyin və Allah-təalanın razılığını qazanmağa çalışın. Allahı hər zaman yad edin ki, O da sizi yad etsin.

Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir:
Cünüb halında yatağınıza girməyin. Qüsl və ya dəstəmaz almağa su tapmasanız torpağa təyəmmüm edin. Cünki, mö'min bir şəxs yatdığı zaman ruhu bədənindən ayrılıb Allah-təalanın dərgahına ucalar. Allah onun ruhunu qəbul edib bərəkətləndirər. Əgər onun əcəli çatarsa Allah-təala onun mübarək ruhunu Öz rəhmət dərgahına daxil edər, yox əgər əcəli çatmasa ona yaxın olan mələklərdən bir neçəsi onun ruhunu bədəninə qaytarar.
Günlərin bir günü müsəlmanlar məclis qurup Peyğəmbər (s)-ı da oraya də'vət etdilər. Söhbət əsnasında Peyğəmbər (s) onlardan soruşur:
Sizlərdən hansınız bütün günlər oruc tutur, gecələri ibadət edir və səhər açıldıqda Qur'anı bir dəfə xətm edirsiniz? Salman Farsi ayağa qalxıb deyir: Mən ya Rəsulullah! Ömər onun bu sözünü eşidib qəzəblə deyir: Ey müsəlmanlar, yoxsa fars (İran) əhlindən olan bir kəs özünü biz Qürəyşdən üstünmü tutmaq istəyir? Onun sözlərinə qulaq asmayın, söylədiklərinin hamısı yalandır. O bütün günlər nə oruc tutur, nə gecələr oyaq qalır və nə də gündüzlər Qur'an xətm edir. Peyğəmbər (s) onun dediklərini təmkinlə dinləyib buyurur: Ey Ömər! Salman, Loğman kimidir. Səni maraqlandıran hər nə varsa ondan soruş. O səni cavabsız qoymaz. Ömər, dediklərinin açıqlanmasını istəyir. Salman deyir: Mənim nəzərdə tutduğum bütün ilin orucu hər aya tutduğum üç günlük orucdur. Allah-təala Özü Qur'ani-Kərimdə buyurur: Hər kim bir yaxşılıq etsə mən ona etdiyi yaxşılığın on bərabərini verərəm. Bu da (30 günə), yə'ni bir ildə tutulan oruca bərabərdir. Mən Şə'ban ayından sonra hamı ilə birlikdə vacib olan Ramazan ayının orucunu tuturam. Bütün gecələri oyaq qalıram dedikdə məqsədim budur ki, gecə yatağıma girməzdən əvvəl dəstəmaz alıram. Bunun da dəlili Peyğəmbər (s)-dan eşitdiyim bu hədisdir ki, orada buyurulur: Hər kim dəstəmazlı halda yatarsa ona bütün gecəni ibadət etmiş şəxsin savabı yazılar. O ki qaldı Qur'anı gün ərzində bir dəfə xətm etməyimə, "İxlas"surəsini üç dəfə oxumağımdır. Buna da dəlilim Peyğəmbər (s)-dan eşitdiyim hədisdir. Günlərin bir günü O, Əli (ə)-ı yanına çağırıb buyurdu: Ey Əli! Bil ki,"İxlas"surəsi Qur'ana nümunə olduğu kimi, sən də insanlar üçün bir nümunəsən. Bu surəni hər gün bir dəfə oxuyan, sanki Qur'anın üçdə birini, iki dəfə oxuyan sanki Qur'anın üçdə ikisini, üç dəfə oxuyan şəxs isə sanki Qur'anı bir dəfə xətm etmiş olur. Sənə dili ilə məhəbbət göstərən imanının üçdə birini, dili və qəlbi ilə məhəbbət göstərən imanın üçdə ikisini, dili, qəlbi və əməli ilə məhəbbət göstərən şəxs isə imanını tamamlanmış və onu kamala çatdırmış olar. Ey Əli! And olsun məni haqq olaraq göndərən Allaha! Əgər yer sakinləri səni səma əhli kimi (mələklər kimi) sevsəydi Allah cəhənnəmi yaratmazdı.
Bundan sonra Ömər heç bir söz demədi.


mənbə: oxu24.com

Xəbər lenti

Avtomobillərin texniki baxışı bahalaşa bilər
2024-05-09 23:53

Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
2024-05-09 20:24

Məşhur şirkət COVİD-19 peyvəndini satışdan çıxarır
2024-05-09 20:19

Saakaşvili Gürcüstanın Fransadakı səfirinin istefasına belə fikir bildirdi
2024-05-09 20:16

“İnanıram ki, Gürcüstan 2030-cu ilə qədər mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacaq”
2024-05-09 20:13

Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi təsdiq edilərsə, nələrin baş verəcəyini açıqlayıb
2024-05-09 20:11

Gürcüstanın Fransadakı səfiri istefa verib
2024-05-09 20:06

“Gürcüstanla üzvlük danışıqlarına başlamaq istəyirik, lakin bunun üçün xarici təsir qanun layihəsini həll etməliyik”
2024-05-09 20:04

Marneulidə siyasətçi maskalı şəxslər tərəfindən hücuma məruz qaldı
2024-05-09 20:01

Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
2024-05-09 17:39

DJ Qiorqi Şenqelia dünən gecə hücuma məruz qalıb
2024-05-09 16:57

Naməlum nömrədən zəng alsanız, təhdid edilsəniz və ya ofisinizin yaxınlığında posterlər asıldıqda nə etməlisiniz?
2024-05-09 16:40

“Qardaşımı girişdə qarşılayıb, fiziki təzyiq göstəriblər”
2024-05-09 16:20

“Milli Hərəkat”ın üzvü Dimitri Çikovaniyə hücum olunub
2024-05-09 15:13

Mənə zəng etdilər və dedilər ki, məni mənzilin yaxınlığında gözləyirlər, bu birbaşa hədə-qorxudur
2024-05-09 14:55

İvanişviliyə sanksiya tətbiq etmək üçün ən yaxşı vaxtdır
2024-05-09 14:41

Biz istəyirik ki, özünəməxsus mədəniyyəti və ənənələri olan Gürcüstan Aİ-nin bir hissəsi olsun
2024-05-09 14:29

Daha bir Gürcüstan vətəndaşı işğalçı qüvvələr tərəfindən saxlanılıb
2024-05-09 14:14

Tbilisidə mitinq zamanı polisə hücum etmək ittihamı ilə altı nəfər saxlanılıb
2024-05-09 14:02

Gürcüstan rusiyalı turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir
2024-05-09 13:46

İnsanın namaz qılmasına nə mane olur?
2024-05-09 13:14

Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
2024-05-09 13:01

İsrail Rəfaha daxil olarsa, silah tədarükü dayandırılacaq
2024-05-09 12:49

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
2024-05-09 12:40

Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
2024-05-09 12:28

Rus xanım şəhadət gətirərək müsəlman oldu
2024-05-09 12:08

Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq
2024-05-08 22:05

“Gürcü Arzusu” “təhdid və şantajla məşğul olan şəxslər”in bazasını yaradacaq
2024-05-08 20:33

Yuxarı Lars bağlandı: 600 yük maşını gözləyir
2024-05-08 19:41

Daxili İşlər Nazirliyində beynəlxalq polis tədbirləri ilə bağlı brifinq keçirilib
2024-05-08 19:35

9 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-08 19:25

İstanbul hava limanında təkəri açılmayan təyyarə gövdə üzərinə eniş edib - VİDEO
2024-05-08 16:51

Tbilisi meriyası Rustaveli prospektinin 1 aylıq bağlanması ilə bağlı məlumatı təsdiq etmir
2024-05-08 16:46

Prokurorluq iki nəfərə qarşı fiziki zorakılıq törədən şəxsə ittiham irəli sürüb
2024-05-08 16:40

“Avtoritarizm belə görünür - “Gürcü arzusu”na ayıb olsun”
2024-05-08 16:36

“Bəziləri özlərini Yupiter, Gürcüstan isə öküz hesab edirlər”
2024-05-08 15:14

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

110