Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

16 Mart 2023 - 06:18

134569

Artıq bir müddətdir ki, ardıcıl olaraq ürəktutmadan qəfil ölüm hadisələrinin şahidi oluruq. Hətta 30, 40, 50 yaşlı şəxslər arasında bu səbəbdən ölümlər adi hal alıb.

Bu ayın əvvəli 48 yaşlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı cəmiyyətdə böyük narahatlıq yaratmışdı. TƏBİB din xadiminin qəfil ürəktutmadan vəfat etdiyini açıqlamışdı. Elə ötən gün “Space” TV-nin orta yaşlı mühafizə rəisi Nahid İsmayılovun yaşadığı evdə ürəktutmadan öldüyü müəyyən edildi. Ondan bir neçə gün qabaq isə Penitensiar Xidmətin mətbuat katibi, 59 yaşlı Mehman Sadıqov ürəktutmadan vəfat etmişdi. Ümumiyyətlə, ötən həftə ərzində bir neçə belə sarsıdıcı hadisənin şahidi olduq. Babək prospektində sürücü Elçin Qazıbəyovun idarəetməni itirməsi nəticəsində maşını piyadaların üzərinə sürdüyü məlumatı yayılsa da, əslində onun sükan arxasında halının pisləşdiyi məlum oldu. Belə ki, sürücü ürəktutmadan həyatını itirdi. Həmçinin metro və marşrut avtobuslarından istifadə edən sərnişinlər arasında da bu səbəbdən ölüm halları əvvəlki dövrlərlə müqayisədə daha tez-tez təkrarlanır.

Qəfil ürəktutmalardan ölüm hallarının çoxalması sosial şəbəkələrdə də müzakirə edilən mövzulardandır. Belə ehtimallar var ki, bu xəstəlikdən ölüm halları COVID-19 pandemiyasının yayılmasından sonra aktuallaşıb. İddia olunur ki, koronavirusa yoluxan şəxslərdə gizli ürək problemləri başlayır.

Ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, ürək-damar xəstəliklərinə bağlı ölümlər həm ölkəmizdə, həm də dünyada həmişə ilk sırada olub: “Koronavirus xəstəliyinin ağciyər başda olmaqla, qan dövranı sisteminə zərərləri var. Lakin bunların heç biri qalıcı deyil. Bu gün ortalıqda istər ağciyərdə, istərsə də başqa orqanlarda qalıcı yan təsirinin olduğunu sübuta yetirən heç bir tədqiqat yoxdur. İddialar var idi, onlar da zaman içində çürüdü. Dünya statistikasına baxdığımız zaman görmək olar ki, istər ölkəmiz üçün, istərsə də dünyada ürək-damar sistemi xəstəliklərinə bağlı ölüm və infarktlar həmişə bir nömrəli xəstəlik olub və bu gün də davam edir. Gözləmədiyimiz, gənc insanlar həyatını itirdiyi zaman biz COVID xəstəliyi və ya digər baiskar axtarırıq. Halbuki günahkar ürək-damar xəstəliklərinin özüdür, onu yaradan risk faktorlarıdır, həyat tərzimizdir, vaxtında doğru müayinələrdən keçməmək və s. məsələlərdir”.

R. Mahmudovun sözlərinə görə, bu gün koronar ürək-damar xəstəliyi - yəni ürəyin işemik xəstəliyi və infarkta bağlı ölümlərin koronavirus xəstəliyindən sonra getdikcə artması ilə əlaqədar sübuta yetirilmiş, elmi dərc edilmiş elə bir tədqiqat ortalıqda yoxdur: “Var olan tədqiqatlar isə kiçik tədqiqatlardır və sonuna qədər sübuta yetirilməyib”.

Problemlə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev sorğumuza cavab olaraq pandemiyadan sonra ürək-damar xəstəliklərində artım olduğunu təsdiqlədi: “Bütün ölkələrdə koronovirus pandemiyasından sonrakı dövrdə ürək-damar xəstəliklərində bir artım olduğunun şahidi oluruq. Onun üçün ürək-damar xəstəliklərinə yol açan klassik risk faktorlarına əlavə bir risk faktoru həyatımıza daxil olub. Bu da COVID-19 infeksiyasına yoluxmuş olmaqdır”.

Məsələ ilə əlaqədar bir neçə gün əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin yaydığı rəqəmlər də diqqətçəkəndir. Belə ki, Mərkəz ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəliklərinin üstünlük təşkil etdiyini açıqlayıb. Qurumun yayımladığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.

Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıb: “Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir".

Mərkəzin açıqlamasında bildirilir ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir. Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.//qafqazinfo

 


mənbə:BAKU.WS

Xəbər lenti

Aİ-yə kim, gürcü xalqı yoxsa “Gürcü Arzusu” hazır deyil?
2024-04-23 10:25

Qardabanidə mağaza qarət edilib
2024-04-23 09:56

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir
2024-04-22 22:26

Bir gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib
2024-04-22 22:24

Gürcüstan XİN Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır
2024-04-22 19:33

Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvanların idxalına məhdudiyyət qoyulub
2024-04-22 19:29

Gürcüstan elektrik enerjisi ixracını 14 dəfə artırıb
2024-04-22 19:26

3 ay ərzində aksizsiz tütün məmulatlarının saxlanması-daşınması faktları aşkarlanıb
2024-04-22 19:23

"Rus qanunu bizim Avropa statusumuzun ləğvinə səbəb ola bilər"
2024-04-22 19:21

23 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-22 19:12

Tbilisidə 70 min tamaşaçı üçün nəzərdə tutulan stadion tikiləcək
2024-04-22 15:02

Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət edəcək
2024-04-22 14:59

Bu tarixdə havanın temperaturu 38 dərəcəyə yüksələcək
2024-04-22 13:49

“Gürcü arzusu” Tbilisidə aksiya keçirməyi planlaşdırır
2024-04-22 12:49

Bu cərimələr artırılıb
2024-04-22 12:38

7 partiya: Biz söz veririk ki, dinc nümayiş zamanı maskalı xüsusi təyinatlılarla bir daha heç vaxt qarşı-qarşıya gəlməyəcəksiniz
2024-04-22 10:35

Məktəblərdə terror olacağına dair yayılan yalan xəbərlərə DTX açıqlama verdi
2024-04-22 10:16

Parlament qarşısında “Rus qanununa yox” aksiyası davam edir
2024-04-21 22:27

Almaniyada ətir oğurlayan Gürcüstan vətəndaşı tutulub
2024-04-21 22:24

4 kənd qayıtdı, İrəvan-Tiflis marşrutu dəyişdirildi
2024-04-21 18:20

Tbilisidə minik avtomobili ilə motosiklet toqquşub
2024-04-21 18:03

Parlament “Ofşorlar haqqında” qanun layihəsi sürətləndirilmiş qaydada qəbul edilib
2024-04-21 12:55

“Hökuməti tənqid edənləri susdurmaq üçün hazırlanıb”
2024-04-21 12:41

Aksiyalarda 40 nəfəri həbs etdik, polis məmurunun ləyaqətini alçaldan hər kəs ciddi şəkildə cəzalandırılacaq
2024-04-21 12:36

Avtomobil çaya düşüb, bir nəfər ölüb
2024-04-21 11:36

ABŞ Ukraynaya 61 milyard dollar yardım edəcək - VİDEO
2024-04-21 11:21

Qaraciyərimiz bu 5 qidanı sevir
2024-04-21 11:10

”İşğalçı ölkə öz işğal etdiyi ölkədə şəffaflığı necə təşkil edə bilər? “
2024-04-20 21:08

Tiflisdə etirazlar davam edir: Rustavelli bağlandı - Video
2024-04-20 20:51

İrakli Qaribaşvili:”Bu gün biz Avropa İttifaqına üzv olmağa hazır deyilik"
2024-04-20 19:35

Qadınlar Rus qanunlarına qarşı- aksiya ilə bağlı Rustaveli prospekti bağlanıb
2024-04-20 19:19

Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərdən yalnız 27%-i işləyir - 60,9 min şirkətin fəaliyyəti məlum deyil
2024-04-20 15:55

Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər
2024-04-20 15:33

"Rus qanunu"na qarşı keçirilən aksiya bu gün də davam edəcək
2024-04-20 12:29

Gürcüstanda buğda istehsalı azalıb
2024-04-20 12:19

Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
2024-04-20 12:04

Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin!
2024-04-20 11:30

ABŞ-dən İsrailə qarşı sanksiyalar
2024-04-19 22:05

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı
2024-04-19 22:00

Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb
2024-04-19 20:35


Digər Təbabət xəbərləri:

Qaraciyərimiz bu 5 qidanı sevir

66

İnsan ömrünü uzadan ərzaqlar

122