
Əmanətdarlıq unudulmuş bir dəyərdir
102
İnsan heç vaxt əmanətə xəyanət etməməlidir. Bunu fikrindən belə, keçirməməlidir. Əmanət “həqqünnas”ın (insanlara olan borc) növlərindən biri sayılır. Buna görə də insan əmanətdar olaraq, kimsənin haqqını tapdamamalıdır.
Əmanətdarlıq əhəmiyyətli bir məsələdir. Təəssüf ki, o, cəmiyyətimizdə unudulmuş bir dəyərdir. İnsanların çoxu ona qarşı laqeyddir. İnsan əmanəti yaxşı qorumalı və sahibinə yaxşı qaytarılmalıdır. Heç vaxt əmanətə xəyanət etməməlidir. Bunu fikrindən belə, keçirməməlidir. Əmanət “həqqünnas”ın (insanlara olan borc) növlərindən biri sayılır.
Hədislərdə “həqqünnas”ın bu növü çox önəmlidir. Ümumiyyətlə, “həqqünnas” ağır məsələdir. Aləmlərin Rəbbinin Öz haqqından keçməsi mümkündür. İlahi haqqı tapdalayan şəxsin ləyaqəti olduğu təqdirdə, Allah Öz haqqından keçib onu bağışlaya bilər. Lakin O, “həqqünnas”dan keçməyəcəyinə and içmişdir.
Qurani-Kərim "Möminun" surəsinin əvvəlində möminlərin bəzi xüsusiyyətlərini qeyd edir. Bu surənin 8-ci ayəsində möminlərin sifətlərindən biri kimi əmanətdarlığı qeyd edir və buyurur: «وَ الَّذينَ هُمْ لِأَماناتِهِمْ وَ عَهْدِهِمْ راعُون»
"O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar" (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər).
Əmanət və əhd-peymanların müxtəlif növləri vardır. Özünü Əmirəlmöminin Əlinin (ə) şiəsi hesab edən şəxs bütün bu növlərdə əmanətdar olmalıdır.
Əmanətin birinci və ən əsas növü insanların malıdır. Xalqın malı bəzən əmanət formasında olur ki, təyin olunmuş vaxtda və mal sahibinin tələb etdiyi vaxtda salamat qaytarılmalıdır.
Bəzən bazarda və alqı-satqılarda gündəmə gətirilir, məsələn, borc alırsa, dərhal vaxtında borcunu verməlidir və ya ən azı borc sahibindən üzr istəməli və onun icazəsi ilə borcu gecikdirməlidir. Amma əgər camaatın borcunu verməsə və gecikdirsə və ya Allah göstərməsin ona heç əhəmiyyət verməsə, qiyamət günü onun yaxşı əməlləri alınaraq borc verənə, borc verənin pis əməlləri isə ona veriləcəkdir.
İmam Səccaddan (ə) soruşdular: Əgər bir şəxs başqasının haqqını pozarsa, o şəxs öz haqqını necə geri qaytara bilər? O həzrət buyurdu:
«یؤْخَذُ لِلْمَظْلُومِ مِنَ الظَّالِمِ مِنْ حَسَنَاتِهِ بِقَدْرِ حَقِّ الْمَظْلُومِ فَتُزَادُ عَلَى حَسَنَاتِ الْمَظْلُوم».
"Qiyamət günü zalımın yaxşılığından məzlumun haqqı qədər götürər və məzlumun əməlinə əlavə edərlər."
Sonra o həzrətdən soruşdular: "Zalımın yaxşılığı olmasa necə olar? Həzrət buyurdu: "Məzlumun günahılarını zalımın hesabına yazarlar."
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurdu: "Ey Əli! Məndən sonra müsəlmanlar şəriət hiylələrindən istifadə edərək Allahın haram etdiklərini halal hesab edərlər... hədiyyə adı ilə rüşvət alar və alış-veriş adı ilə riba yeyərlər."
Əmanətə xəyanət o qədər pis bir işdir ki, Həzrət Muhəmməd (s) buyurur: «لَا إِیمَانَ لِمَنْ لَا أَمَانَةَ لَهُ». "Əmanətdar olmayan şəxsin imanı olmaz."
Əmanətdarlığın ikinci növü insanların iş yerində və ofislərdə necə işləməsi ilə bağlıdır. Heç bir iş yerində lazım olan qədərdən az işləməməlidir. İnsanların işlərini həll etməyi gecikdirmək "həqqünnas"dır və bu, bir növ aldatma və əmanətə xəyanətdir.
Əmirəlmöminin Əli (ə) möminlərin işinə düyün salan və onların əleyhinə iş görən şəxsi İslamdan və müsəlmanlıqdan çıxmış sayır.
Əmanətin üçüncü növü Beytülmal haqqındadır. Beytülmal əmanət olaraq məsulların əlindədir və onlar bunun müqabilində əmanətdar olmalıdırlar. Əmirəl-möminin Əli (ə) dövlət məmurlarına yazdığı məktubda buyurur:
«أَدِقُّوا أَقْلَامَكُمْ وَ قَارِبُوا بَینَ سُطُورِكُمْ وَ احْذِفُوا عَنِّی فُضُولَكُمْ وَ اقْصِدُوا قَصْدَ الْمَعَانِی وَ إِیاكُمْ وَ الْإِكْثَارَ فَإِنَّ أَمْوَالَ الْمُسْلِمِینَ لَا تَحْتَمِلُ الْإِضْرَارَ».
"Məktub yazanda qələmin ucunu nazik yonun, sətirlər arasındakı məsafəni azaldın, həddən artıq yazmaqdan çəkinin, sözün canını yazın, çünki müsəlman xəzinəsi belə zərərlərə dözə bilməz."
Axı Beytül-mal insanların firavan yaşaması üçündür. Hər kəs, xüsusən də məmurlar Beytül-malın qayğısına qalmalı və Əmirəl-möminin Əlinin (ə) ifadəsini örnək götürməlidir. Beytül-malın qayğısına qalmaq təkcə Əmirəl-möminin (ə) vəzifəsi deyil, həqiqətdə, hər bir həqiqi şiənin və hər bir həqiqi müsəlmanın vəzifəsidir.
Tarixdə deyilir ki, Salman Farsi Mədain valisi olduğu vaxt bir yerdən keçərkən onun yanına bir qərib gəlib. Salmanın geyimi son dərəcə sadə idi və yad adam onu hambal zənn edirdi. Dedi: Mənim yükümü müəyyən yerə aparıb pulunu ala bilərsənmi? Salman dedi: Bəli. Çamadanı çiyninə qoyub getdi. Həmin qərib gördü ki, insanlar Salmanı görəndə mütəmadi olaraq ona salam verirlər. Dedi: Bu necə hambaldır ki, bu qədər hörməti var? Dedilər: O, vali Salmandır. Gedib yalvardı ki, səhv eləmişəm, yanılmışam. Salman dedi: Xeyr, mən fəxr etməliyəm və sizə təşəkkür edirəm. Çünki bu zəhmətimin haqqı mənim olacaq və bu məbləği Beytül-maldan almaq üçün ona ehtiyacım olmayacaq. Ona görə də öz zəhmətimlə yaşayıram.
mənbə: iqna
Xəbər lenti
Belarusda taktiki nüvə silahı yerləşdirəcəyik
2023-03-25 21:48
"Gürcüstanda media mühitinin daraldığını görürük"
2023-03-25 16:04
Xviça Kvaratsxeliya nişanlandı
2023-03-25 15:48
Mübarək Ramazan ayının 3-cü gününün duası
2023-03-25 12:36
Gürcüstanda zəlzələ oldu
2023-03-25 11:47
İvanişvili oliqarxdır, onun təsiri var
2023-03-25 11:02
Prezident Nika Qvaramianı əfv edə bilər
2023-03-25 10:59
“Saakaşvilinin əfvi mənim səlahiyyətimdədir, vəziyyətini diqqətlə izləyirik”
2023-03-25 10:29
Pilotun halı pisləşdi, sərnişin onu əvəz etdi
2023-03-24 22:41
"Hökumət seçicilərin istəklərini onlara çatdırmalıdır"
2023-03-24 22:31
Plenar iclas qarşıdurma ilə sona çatdı-VİDEO
2023-03-24 20:25
25 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-03-24 18:54
“Məni Rusiya agentləri zəhərləyib”
2023-03-24 18:48
Gürcü xalqı Aİ-dən ikinci rədd cavabını qəbul edə bilməyəcək
2023-03-24 18:40
AŞPA Gürcüstana faktaraşdırıcı missiya göndərir
2023-03-24 18:38
Azərbaycan ərazisində zəlzələ baş verdi, təkanlar Gürcüstanda da hiss olunurdu
2023-03-24 15:36
"Biz Gürcüstanı Avropa İttifaqında görmək istəyirik, bu yolda sizə dəstək olacağıq"
2023-03-24 13:26
"Əgər Avropa həqiqətən də qütbləşməyə son qoymaq istəyirsə, bizə status verməlidir"
2023-03-24 13:23
"Saakaşvilinin gəlməsində məqsəd müharibəyə zəmin hazırlamaq idi"
2023-03-24 13:19
Mixeil Saakaşvili klinikadan həbsxanaya köçürülə bilərmi?
2023-03-24 13:14
Bu gün parlament binasına girişlə bağlı məhdud rejim qüvvədə olacaq
2023-03-24 13:08
Tbilisidə bir nəfər öldürülüb
2023-03-24 12:38
Mübarək Ramazan ayının 2-ci gününün duası
2023-03-24 10:52
Orucun dəyər və savabini azaldan beş səbəb hansilardir?!
2023-03-24 10:41
Almaniyanın xarici işlər naziri Gürcüstana səfərə gəlib
2023-03-24 10:07
Ukrayna SQ Baş Qərargahı: Slovakiya dörd MiQ-29-u təhvil verib
2023-03-24 10:04
Fransanın Bordo şəhərində etirazçılar meriya binasını yandırıblar -VİDEO
2023-03-24 09:59
Mahmud Çorumlu Gürcüstana gəldi
2023-03-23 21:05
Vivamed klinikasının Saakaşvili ilə bağlı açıqlamasına münasibət bildirdi
2023-03-23 20:56
24 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-03-23 19:07
Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu qəbul edildi
2023-03-23 19:03
"Həbsxanaya qayıdacağı təqdirdə həyatı 2-3 günə ölümcül başa çatacaq"
2023-03-23 15:42
“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
2023-03-23 15:16
Klinika Saakaşvilini saxlamaq istəmir - Çünki...
2023-03-23 14:50
"Biz Rusiyaya birbaşa uçuşlar və vizasız gediş-gəlişi alqışlayırıq"
2023-03-23 14:02
"Məhbus Saakaşvili özünə xəsarət yetirdiyinə görə məsuliyyət daşıyır"
2023-03-23 13:24
Bunu edən şəxslər 300 lari məbləğində cərimə və ya inzibati həbslə cəzalandırılacaq
2023-03-23 13:14
Polis Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursatlar müsadirə edib
2023-03-23 11:30
DİN Tbilisidə baş verən qətllə bağlı bəyanat yayır
2023-03-23 11:27
Saxta 20 larilik əskinaslar satan şəxs saxlanıldı
2023-03-23 11:25
Digər İslam Dünyası xəbərləri: