Azərbaycanda COVID-ə yoluxma son bir ayda 18 dəfə artıb

19 Sentyabr 2023 - 10:08

325

COVID-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.

Xeber.ge xəbər verir ki, son vaxtlar koronavirusa yoluxmada ciddi artım qeyd alınır.

COVID-19-un yeni ştamları Eg.5 (“Eris”), BA.2.86 və digərləri daha sürətlə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son ayda dünya üzrə yoluxma sayı 38% artıb. Avropada yoluxmada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edib.

Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.

Hazırda ABŞ-də COVID-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Gündə 650 mindən artıq amerikalıda COVID aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları da avqustla müqayisədə 5% artıb.

Son həftə ərzində ABŞ-də COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Qonşu Rusiyada da koronavirusa yoluxmada artım qeydə alınıb. Rusiyada son bir həftədə koronavirusa yoluxmada 48% artım qeydə alınıb.

Hətta Altay vilayətində COVID-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, altı məktəb isə ümumiyyətlə bağlanıb.

ÜST risk zonasında olanları, əsasən də, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Azərbaycanda əksəriyyət COVID pandemiyasının arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVID-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib.

Son bir ayın statistikasına nəzər saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVID-ə səkkiz yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17,75 dəfə artım deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki, vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVID əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər. Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVID-ə yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.

Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVID-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVID-in yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.

 


mənbə: oxu

Xəbər lenti

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20

Netanyahunun qaldığı otelə qurd tökdülər - Video
2024-07-25 11:58

Dünyada hər 11-ci insan aclıqla üzləşib
2024-07-25 11:44

İngiltərənin ilk müsəlman ədliyyə naziri Qurani-Kərimə and içib
2024-07-25 11:29

2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
2024-07-25 11:16

Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
2024-07-25 10:58


Digər Azərbaycan xəbərləri:

Kamil Zeynallı azadlığa buraxıldı

391