
Azərbaycan Baş Prokurorluq Davit Babayan və Lyova Mnatsakanyanın həbsi barədə məlumat yayıb
323
Xeber.ge xəbər verir ki, Erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi faktlarları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumata görə, istintaqla müəyyən edilib ki, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş Babayan Davit Klimoviç həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinini təhlükəsizliyini təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də, Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılarq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.
Bundan başqa, istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr vermiş və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.
Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Cari il sentyabrın 29-da L.Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunmuş və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilib.
Hər iki şəxs barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunub.
Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
mənbə: apa
Xəbər lenti
İslam təlimləri gözəl əxlaqa təşviq edir
2023-11-28 14:04
Penitensiar Xidmətin zabiti həyat yoldaşına zorakılıq göstərib
2023-11-28 13:40
Gürcüstanda gözlənilən iqtisadi artım açıqlandı
2023-11-28 09:27
Çinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr
2023-11-28 09:23
Bu ölkədə həbsxanaya hücum: 2 min məhbus qaçdı
2023-11-28 09:20
Senakidə avtomobil piyadanı vurub
2023-11-27 23:14
Potidə, Anakliyada və ümumilikdə sahil zolağında ciddi fırtına baş verib
2023-11-27 23:10
Qadına qarşı zorakılıq və narkotik vasitəsinin qanunsuz alınıb-saxlanması ittihamı ilə saxlanılan şəxs girov cəzasına məhkum edilib
2023-11-27 23:06
Qəzzada atəşkəs iki gün uzadıldı
2023-11-27 20:50
Nika Melia partiyanı təmsil etmir, məsələ bağlanıb - VMH
2023-11-27 20:33
Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlim keçirəcək
2023-11-27 20:20
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib
2023-11-27 20:08
“Regionda daimi sülh üçün Cənubi Qafqaz ölkələri birgə çalışmalıdır”
2023-11-27 20:04
Azərbaycanla Gürcüstan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirəcək
2023-11-27 20:01
"2024-cü il üçün çoxlu layihələrimiz var"
2023-11-27 19:58
Saakaşvili müxalifəti və cəmiyyəti hökuməti tələbələrin mənzil kirayəsini subsidiyalamağa məcbur etməyə çağırı
2023-11-27 19:55
Qaribaşvili Aİ-yə namizəd statusunun konsertlə qeyd olunacağını elan edib
2023-11-27 19:49
Saqarecoda qətlə yetirilən Aytac Şahmarovanın qatilinin cəzası ağırlaşdırıldı
2023-11-27 19:43
28 noyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-11-27 19:14
Marneulidə mağaza qarət edildi
2023-11-27 14:42
Batumi sahilində səkkiz bal gücündə fırtına qeydə alındı- VİDEO
2023-11-27 14:40
Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda qoşquların və yarımqoşquların hərəkəti məhdudlaşdırılıb
2023-11-27 14:36
İtaliyada 28 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb
2023-11-27 14:31
“ Ukraynanın qələbəsi olmadan nə tərəqqimiz, nə də azadlığımız olacaq“
2023-11-27 14:26
Səhiyyə məsələləri üzrə ekspert: "Ölkədə keyfiyyətli dərman çatışmazlığı var”
2023-11-27 14:22
Vətəndaşların razılığı olmadan onlara reklam xarakterli mesajların göndərilməsi qadağan olunur
2023-11-27 14:20
Gürcüstanda əcnəbi şəxs üç nəfəri öldürməyə cəhddə ittiham olunur
2023-11-27 14:12
Böyük və kiçik günahları tanımağın meyarları
2023-11-27 14:07
Qəlbin paklığı və sağlamlığı
2023-11-27 14:04
Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb
2023-11-27 14:02
İranın xarici ticarət dövriyyəsi 75,5 milyard dollara çatıb
2023-11-27 13:59
Çində ucsuz-bucaqsız “velosiped qəbiristanlığı” yaranıb - VİDEO
2023-11-27 13:51
İranın ən yeni esminesi
2023-11-27 13:45
Gürcü müxalifəti xaos yaradacaqdı
2023-11-26 20:27
Corc Floydun qatili olan keçmiş polis həbsxanada öldürüldü
2023-11-26 16:39
Moskvaya böyük pilotsuz təyyarə hücumunun qarşısı alınıb
2023-11-26 15:36
Gürcüstanda hava şəraiti pisləşəcək
2023-11-26 15:14
İrəvanda gürcüstanlı qanuni oğru tutuldu
2023-11-26 14:18
Qanun qüvvəyə mindi: Bunu etsəniz cərimələnəcəksiniz
2023-11-26 12:40
Redinqdə dəhşətli yanğından möhtəşəm xilas anı: Sürücünün fəndi həyat qurtardı - VİDEO
2023-11-26 11:05
Digər Azərbaycan xəbərləri: