Saakyan, Qukasyan və İşxanyan belə saxlanıldı - Video

05 Oktyabr 2023 - 16:27

433

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi davam etdirilir.

Xeber.ge xəbər verir ki,  araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Saakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb edilmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


mənbə: axar

Xəbər lenti

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12


Digər Azərbaycan xəbərləri:

Kamil Zeynallı azadlığa buraxıldı

231