“Qriqoryanın Tbilisiyə səfəri Qafqazda sülh prosesinin bir hissəsidir”

28 Noyabr 2023 - 15:19

207

"Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra Ermənistanın Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Tbilisiyə səfəri Qafqazda sülhün yaranması istiqamətində atılan addımların bir hissəsidir".

Bu fikri  Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Armen Qriqoryanın Tbilisiyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi öz təhlükəsizliyini gücləndirmək üçün Gürcüstanla sıx təmaslar qurur. Bu da onunla bağlıdır ki, artıq Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hazırdır.

Levan Mamaladze qeyd edib ki, Ermənistan Rusiya ilə hərbi sahədə təmasları azaltdığı üçün özünü təhlükə altında sayır. Ermənistan mümkün təhlükə anında Gürcüstan tərəfdən onlara dəstək gəlməsini istəyir.

"Həm sülh prosesi, həm də regionda təhlükəsizliyin qorunması üçün Gürcüstanla Azərbaycan çox mühüm işlərə imza atırlar. Təbii ki, bu prosesə Ermənistanın da qoşulması olduqca vacibdir. Belə olan zaman isə heç kimə regionda çaxnaşma yaratmaq imkanı verilməyəcək. Regionda üçüncü ölkələrin qızışdırdığı münaqişələr tarixin bir parçası olmalıdır", - politoloq bildirib.

L.Mamaladzenin sözlərinə görə, rəsmi Tbilisi həm də İrəvandan Gürcüstanın ərazi bütövlüyünün tanınmasını tələb edir: "Bu məsələni Ermənistanın baş naziri Nikol Paşinyan da dilə gətirib. Maraqlısı odur ki, Abxaziyada yaşayan ermənilər bu çıxışa etiraz edənlər sırasındadır. Orada kompakt şəkildə yaşayan radikal erməni qrupları konkret olaraq Gürcüstanın ərazi bütövlüyünün tanınmasına qarşı çıxırlar. Elə bu qruplar da Abxaziyanın Gürcüstanla əlaqəsinin kəsilməsində böyük rol oynayırlar".

"Azərbaycanın mövqeyi bəllidir. Ölkəniz hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb. Biz də bu səbəbdən dost və qardaş ölkə olan Azərbaycanın daim yanındayıq", - L.Mamaladze vurğulayıb.


mənbə: report

Xəbər lenti

Gürcüstanda ikinci cəbhənin açılması ilə bağlı deyilənlər hekayədir
2024-02-20 21:10

Borell Gürcüstan hökumətini Qərb əleyhinə ritorika ilə mübarizəyə çağırıb
2024-02-20 21:06

Yeni kəşf: Üzərində göbələk bitən qurbağa
2024-02-20 21:02

Aİ komissarı: Gürcüstan üçün 1,9 milyard avro səfərbər edilib
2024-02-20 21:00

“Barselona”nın Kvaratsxeliya üçün nə qədər ödəmək istədiyi məlum olub
2024-02-20 20:57

Gürcüstan Rusiyaya sanksiyalar tətbiq etməyəcək
2024-02-20 20:54

Navalnının anası Putinə müraciət etdi – Video
2024-02-20 20:41

AB Tiflisdən tələb etdi: İttifaqa üzv olmaq üçün...
2024-02-20 20:37

Gürcüstan prezidenti “Seçki Məcəlləsində dəyişikliklərə” veto qoyacaq
2024-02-20 20:29

A kateqoriyalı taksi lisenziyasının alqı-satqısı və kirayəsi xidmətinin qiymətləri enib
2024-02-20 20:23

Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib
2024-02-20 20:18

21 fevral üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-02-20 19:45

Almaniyada oğurluq edən Gürcüstan vətəndaşı həbs edilib
2024-02-20 15:02

Bütün Gürcüstanda taksi lisenziyası məcburi olacaq
2024-02-20 14:59

Avropa Parlamenti deputatları Saakaşvilinin əfv edilməsi üçün imza toplayır
2024-02-20 14:48

Günəşdən 500 trilyon dəfə daha parlaq cisim kəşf edilib
2024-02-20 14:38

Polşada 4 Gürcüstan vətəndaşını avtomobil vurub
2024-02-20 14:23

Müharibənin İsrailə vurduğu ziyan açıqlandı
2024-02-20 14:16

Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını görüşüb
2024-02-20 14:04

Dünyanın ən uzun asma körpüsü tikiləcək
2024-02-20 10:53

Rustavidə küçədə dava düşüb-VİDEO
2024-02-20 10:50

Qəzzədə Quranı əzbər bilən uşaqlar mükafatlandırılıb
2024-02-20 10:39

ABŞ ötən il 1 mlrd. dollar dəyərində Rusiya yanacağı alıb
2024-02-20 10:35

Münxen konfransının İvanişvili ilə bağlı hesabatı qərəzlidir
2024-02-19 19:37

20 fevral üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-02-19 18:54

"Prezident seçkilərdən əvvəl Mixeil Saakaşvilini əfv etməlidir"
2024-02-19 14:42

Fevralın 20-22-də Gürcüstanda hava belə olacaq
2024-02-19 13:57

Navalnı 14:17-də ölür, 2 dəqiqə sonra...
2024-02-19 12:34

24 yaşlı oğlanın güllələnməsi ilə bağlı iki nəfər saxlanıldı
2024-02-19 12:03

Rusiya dayandırılmasa, digər ölkələri işğal etməyə davam edəcək
2024-02-19 11:09

İrakli Kobaxidze baş nazir kimi Brüsselə ilk səfərinə yollanıb
2024-02-19 10:53

Beş saniyə ərzində xərçəng xəstəliyini aşkar edən test yaradılıb
2024-02-19 10:45

Quranda depressiya
2024-02-19 10:40

Salome Zurabişvilinin hansısa formada Saakaşvilinin Gürcüstana qarşı oynadığı oyunda əli var
2024-02-19 09:57

İsraildə Gürcüstan vətəndaşı bir nəfəri öldürüb
2024-02-19 09:53

Rusiya Navalnının ölümü ilə bu mesajı verdi - Zurabişvili
2024-02-19 00:18

Tbilisidə gənc oğlan öldürülüb
2024-02-18 19:53

Üç uşaq anası evində intihar edib
2024-02-18 12:36

Poladdan hazırlanan “Tesla Cybertruck” paslanmağa başladı
2024-02-18 12:22

Kosmik teleskop yeni kainat aşkarladı
2024-02-18 12:11


Digər Gürcüstan xəbərləri: