Qəzzada 12 min qəzzalı uşaq qətlə yetirilib

04 Fevral 2024 - 07:59

233

İsrailin Qəzza sektorunu bombardmanı 120 gündür ki, davam etməkdədir.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi mülki əhali arasındakı itkilər barədə məlumat yayıb.

Qeyd edilib ki, İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri qətlə yetirdiyi günahsız fələstinlilərin sayı 27 238 nəfərə çatıb ki, onların da 12 min nəfərini uşaqlar, 8 190 nəfərini isə qadınlar təşkil edir.

Bundan başqa, İsrail hücumları nəticəsində 7 min qəzzalı da itkin düşüb ki, onların da 70 faizi uşaqlar və qadınlardan ibarətdir.

Yaralı və xəstə sayı da qorxulu həddədir

İsrail ordusunun hücumları nəticəsində indiyədək 66 542 Qəzza sakini yaralanıb ki, onların da mütləq əksəriyyəti uşaqlar və qadınlardır. Həmçinin 700 min fələstinli də yoluxucu xəstəliklərə yoluxub.

10 min xərçəng xəstəsi İsrail hücumları səbəbilə lazımi müalicəni ala bilmir, 60 min hamilə də qadın da tibbi xidmətlərdən faydalana bilmir.

350 min xroniki xəstə də dərman çatışmazlığı səbəbilə risk altındadır.

İsrailin zərər vurduğu ictimai və mülki obyektlər

Hücumlar nəticəsində təxminən 2 milyon qəzzalı qaçqın vəziyyətinə düşüb. 140 hökumət binası, 100 məktəb və universitet İsrail ordusu tərəfindən yerlə bir edilib, 295 məktəb və universitet isə zərər görüb.

İsrail 183 məscidi tam şəkildə dağıdıb, 264 məscidi isə qismən dağıdıb, həmçinin 3 kilsə də ciddi zərər görüb.

İsrail ordusunun havadan, qurudan və dənizdən olan hücumları nəticəsində Qəzzada 70 min ev tam dağıdılıb, 290 min ev isə qismən zərər görüb və ya istifadə üçün yararsız hala gəlib.

30 xəstəxana və 53 sağlamlıq mərkəzi sıradan çıxarılıb. 150 sağlamlıq təsisatı qismən zərər görüb.


mənbə: az.shafaqna.com

Xəbər lenti

Gürcüstan düzgün yoldadır, biz bu yolu keçmişik və müsbət effekt ortadaır
2024-04-16 19:32

“Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək!”
2024-04-16 19:24

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini baxılmaq üçün seçib, alternativ qanun layihələrini isə rədd edib
2024-04-16 18:59

17 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-16 18:32

Ərini qətlə yetirmək ittihamı ilə saxlanılan qadın azadlığa buraxıldı
2024-04-16 14:20

Tbilisidə etiraz aksiyası başladı
2024-04-16 12:57

Bismillah və salavatın təsirləri
2024-04-16 12:47

Hesab edirəm ki, Zurabişvilinin prezident vəzifəsində olmasının istənilən legitimliyi bitib
2024-04-16 12:36

Oxanaşvili müxalifətdən olan bəzi deputatları komitədən qovub
2024-04-16 12:21

İran XİN: İsrail hücuma cəhd edərsə, dərhal cavab verəcəyik
2024-04-16 11:55

Mamuka Mdinaradzeyə hücum əvvəlcədən planlaşdırılmış bir hərəkət idi
2024-04-16 11:31

Yeni qanunun Gürcüstanın Avropaya yolundan sapdıracağından narahatıq"
2024-04-16 10:48

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib
2024-04-16 10:07

Bu gün parlament qarşısında aksiya yenidən başlayacaq
2024-04-16 10:03

Gürcüstan DİN: Etiraz aksiyasında 14 nəfər saxlanılıb
2024-04-16 00:09

Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
2024-04-15 23:34

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
2024-04-15 22:48

Milli Məclisin Hüquq məsələləri komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini dəstəkləyib
2024-04-15 22:43

Aksiya iştirakçıları parlament binasını mühasirəyə almağa çalışırlar
2024-04-15 22:30

Parlament yaxınlığında su reaktiv maşını və xüsusi təyinatlılar yerləşdirilib
2024-04-15 22:16

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir
2024-04-15 19:58

Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
2024-04-15 19:53

Gürcü ekspert: Qeyri-hökumət təşkilatları şəffaflıq nümunəsi olmalıdır
2024-04-15 19:47

Hüquq Məsələləri Komitəsində yenidən səs-küy yaranıb-VİDEO
2024-04-15 19:44

Saakaşvili: Hücum vaxtıdır!
2024-04-15 19:35

İşğalçı qüvvələr üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb
2024-04-15 19:32

Gürcüstanın Baş naziri ABŞ, Böyük Britaniya və Aİ səfirləri ilə görüşüb
2024-04-15 19:29

16 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-15 19:07

Bu tarixdən havanın temperaturu 33 dərəcəyədək yüksələcək
2024-04-15 15:03

Parlamentdə fiziki qarşıdurma yarandı-VİDEO
2024-04-15 14:43

Xaricdə 2 gürcü saxlanılıb
2024-04-15 12:31

Saakaşvili İSSA araşdırması haqqında: bu, əsrin lətifəsi idi
2024-04-15 12:28

ISSA sorğusu: sabah seçki olsaydı
2024-04-15 12:25

Cəmiyyət hər şeyi öz arqumentləri ilə görəcək və ona uyğun nəticə çıxaracaq
2024-04-15 12:16

Gürcüstanda rus qanunu qəbul edilməyəcək!
2024-04-15 12:12

Gürcüstan parlamentinin arxa girişində aksiya başladı
2024-04-15 11:28

300 min lari dəyərində qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb
2024-04-15 11:26

Bu gün parlament “rus qanunu”nun müzakirəsinə başlayır
2024-04-15 11:24

Sərxoş gənclər arasında dava düşüb - Saxlanılanlar var
2024-04-15 10:45

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb
2024-04-15 10:29


Digər Yaxın şərq xəbərləri:

İraq İranı müdafiə etdi

66

İran ABŞ-a xəbərdarlıq edib

86