İmam Zaman ağanın (ə.f.) dünyaya gəlişi və qeybə çəkilməsi

23 Fevral 2024 - 07:22

143

Məşhur hədislərə əsasən, İmam Zaman ağa (ə.f.) 255 Hicri ilinin Şəban ayının 15-də cümə gecəsi anadan olmuşdur. Şeyx Mufidin dediyinə görə, atası İmam Həsən Əsgərinin (ə) ondan başqa övladı olmamışdır.

Məşhur hədislərə əsasən, İmam Zaman ağa (ə.f.) 255 Hicri ilinin Şəban ayının 15-də cümə gecəsi anadan olmuşdur.

Şeyx Mufidin dediyinə görə, atası İmam Həsən Əsgərinin (ə) ondan başqa övladı olmamışdır.

Həzrətin anasının adı Nərcis (s.ə.) idi və o, çox iffətli və layiqli bir xanım idi. Onu Süsən, Siqəl, Siqil, Məleykə də adlandırırdılar. O, Roma imperatorunun oğlu Yuşanın qızı idi, Həzrət İsanın (ə) tərəfdaşlarından olan Şəmunun nəvəsi idi və İlahi bir möcüzə nəticəsində on birinci İmamın (ə) həyat yoldaşı olur.

Nərcis xanım (s.ə.) Romada olarkən qəribə yuxular görərdi. Bir dəfə yuxuda əziz İslam Peyğəmbəri (s) ilə Həzrət İsanı (ə) görür ki, onun nikahını İmam Həsən Əsgəriyə (ə) bağlayırlar. O, yuxuda başqa qeyri-adi şeylər də görürdü və Həzrət Fatimeyi-Zəhraınn (s.ə.) dəvəti ilə müsəlman olur. Ancaq müsəlman olduğunu ailəsindən və ətrafındakılardan gizlədir.

Müsəlmanlar ilə romalılar arasında müharibə başlayır, Roma imperatoru ordusu ilə bir yerdə müharibəyə yollanır. Nərcis xanıma (s.ə.) yuxuda əmr edilir ki, gizlin şəkildə kənizləri ilə bir yerdə sərhədə gedən ordunun ardınca getsin. O, bu cür edir və sərhəddə müsəlmanlar onları əsir tuturlar. Onu başqa əsirlərlə bir yerdə Bağdada aparırlar.
Bu hadisə onuncu İmamın (ə) İmamət dövrünün sonlarında baş vermişdir. İmamın roma dilində yazdığı məktubu Bağdadda Nərcis xanıma (s.ə.) verirlər.

Məktubu aparan elçi onu qul kimi satın alır və İmam Hadinin (ə) yanına gətirir. İmam onun gördüyü yuxuları Nərcisin (s.ə.) yadına salır və ona müjdə verir ki, o, on birinci İmamın (ə) həyat yoldaşı olacaq və dünyaya elə bir övlad gətirəcəkdir ki, bütün aləmi ədalətə və nura boyayacaqdır. İmam Hadi (ə) Nərcis xanımı (s.ə.) bacısı Həkiməyə (s.ə.) tapşırır ki, ona İslam adət-ənənələrini başa salsın. Bir müddət sonra Nərcis xanım (s.ə.) İmam Həsən Əsgəri ilə (ə) ailə qurur.

Təvəllüdün necəliyi
Əməvi və Abbasi xəlifələri Peyğəmbərdən (s) onlara çatan hədislərə əsasən bilirdilər ki, gec-tez İmamın (ə) nəslindən elə bir oğlan dünyaya gələcəkdir ki, zülmə qarşı çıxacaq və ədaləti bərqərar edəcəkdir. Ona görə də onlar gözləyirdilər ki, bu körpə dünyaya gələn kimi onu məhv etsinlər.
İmam Həsən Müctəbanın (ə) zamanından başlayaraq, Peyğəmbər (s) nəslinə edilən təzyiqlərin sayı artır. İmam Həsən Əsgərinin (ə) zamanında ən son həddinə çatır.

O Həzrətin (ə) bütün həyatı xəlifələrin nəzarəti altında idi. O, evə gedənlərə və gələnlərə nəzarət edilərdi. Belə ki, bu cür şəraitdə İmamın (ə) dünyaya gəlməsi aşkar şəkildə ola bilməzdi. Ona görə də onun anasında hamiləliyin heç bir əlaməti görünmürdü və hətta İmamın (ə) ən yaxın adamları belə körpənin dünyaya gəlməsindən xəbərsiz idilər.

İmam Həsən Əsgərinin (ə) bibisi Həkimənin dediyinə görə: “Həsən ibni Əli (ə) mənim dalımca gəlmişdi və buyurur ki, iftarı onlarla bir yerdə edim. Çünki bu gecə Şəban ayının on beşidir. Allah bu gecə yer üzərində olan hüccətini aşkar edəcəkdir. Soruşdum: “Anası kimdir?”. Buyurdu: “Nərcis”. Ərz etdim: “Allah məni sizə fəda etsin, ancaq onda hamiləliyin heç bir əlaməti yoxdur”. Buyurdu: “Mövzu, necə demişəmsə, elədir”.

Həkimə xanım nəql edir ki, mən İmam Həsənin (ə) evinə getdim və salam verəndən sonra oturdum. Nərcis xanım (s.ə.) mənim yanıma gəldi və ayaqlarımdakı ayaqqabını çıxararaq dedi: “Ey mənim banum! Gecəni necə keçirtmisən?”. Dedim: “Sən mənim və mənim nəslimin xanımısan”. Sözümü inkar etdi və dedi: “Bibi nə olub ki?”. Ona dedim: “Qızım! Allah Təala bu gecə sənə bir oğlan əta edəcəkdir ki, dünya və axirətin səadəti olacaqdır”. Nərcis həya edib, yerində oturdu. İşa namazını qıldım və iftar etdim. Yatağa gedib yatdım, gecənin yarısı namaza qalxdım və namazımı tamamladım. Halbuki, Nərcis yatmışdı və doğumdan heç bir xəbər yox idi. Namazımı qurtarıb, yatdım, ancaq bir az keçməmiş heyrətlənmiş halda yerimdən qalxdım. Bu zaman Nərcis də durub, namaz qılırdı. Həmin vaxt şəkk sorağıma gəlməyə başladı. Ancaq bu zaman Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) oturduğu yerdən dilləndi: “Ey bibi! Tələsmə ki, həmin an yaxınlaşır””.
Həkimə davam edir: “Səcdə” və “Yasin” surələrini oxuyurdum ki, Nərcis ağrıyaraq, yuxudan ayılır. Mən tələsik onun yanına getdim və dedim: “Allahın adına and içirəm, nə isə hiss etdin?”. Dedi: “Bəli, bibican”. Dedim: “Özünə hakim ol və sakitliyini qoru ki, bu mənim sənə dediyim şeydir”. Az bir müddət ərzində yuxuladım, elə bu zaman doğum baş verdi və mən körpənin hərəkəti ilə yuxudan ayıldım. Gördüm ki, o, səcdə əzalarını yerə qoyub, səcdə edir. Onu qucağıma götürdüm və gördüm ki, o, tamamilə pak və təmizdir. Bu zaman Əbu Muhəməd (ə) dedi: “Ey bibi! Övladımı yanıma gətir”. Körpənin onun yanına apardım. İmam (ə) əllərini onun belinin altına qoyur və ayaqlarını sinəsinə dirəyir. Dilini körpənin ağzına salır və əllərini onun gözlərinə və qulaqlarına çəkir. Sonra deyir: “Oğlum! Danış”. Körpə dil açır və deyir: “Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur, heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın göndərdiyi Rəsuldur”. Sonra Əmirəl-mömininə (ə) və qalan İmamlara salam göndərib, atasına çatır”.
Həzrət Məhdinin (ə) dünyaya gəlişini çox az adam bilirdi. Onunla görüşə də çox insan nail olmuşdur.

Adı, kunyəsi və ləqəbi
Həzrətin (ə.f.) adı və kunyəsi - Peyğəmbərin (s) adı və kunyəsidir. Bəzi hədislərdə deyilir: “O zamana qədər ki, Allah yer üzərində zühuruna və dövlətinin möhkəmlənməsinə zinət bağışlamamışdır, heç kimə rəva deyildir ki, onun adı və kunyəsini dilinə gətirsin”. Buna görə də bəzi fəqihlər onun adını çəkməyi məkruh bilmiş, bəziləri isə bu qadağanın kiçik qeyb dövrünə aid olduğunu söyləmişdilər. Çünki o zaman həyati təhlükə var idi.
Ona görə də fəqihlər onu müxtəlif ləqəblərlə çağırmağa başlamışdılar: Hüccət, Qaim, Məhdi, Xələfəl-Salih, Sahibi Zaman, Sahibi-Dar kimi. Kiçik qeyb zamanı Həzrətin tərəfdaşları onu “Nahiyi-Müqəddəsi” çağırırdılar.

Kiçik (suğra) qeyb
260-cı Hicri ilində Rəbiül-əvvəl ayının 8-də, yəni o zaman ki, İmam Zaman ağnın (ə.f.) beş yaşı var idi, Abbasi Xəlifəsi Mötəmid İmam Həsən Əsgərini (ə) zəhərləyib, şəhid edir. İmam Əsr (ə.f.) atasının (ə) qəbri üzərində namaz qılır.
İmam Həsən Əsgərinin (ə) şəhadəti ilə İmam Zaman ağanın (ə.f.) İmamət zamanı başlayır. Kiçik qeyb zamanı da elə o dövrə təsadüf edir. Yəni 260-ci Hicri ilində başlayır, 329-cu ilə qədər davam edir. Bəziləri bu vaxtın 69 il olduğunu, bəziləri isə 74 il olduğunu söyləyirlər.

Böyük (kubra) qeyb
329-cu Hicri ilində İmamın (ə) həyatında başqa bir dövr başlayır. Onu böyük qeyb adlandırırlar. Bu qeyb hələ də davam etməkdədir. Kiçik qeyb dövründə insanlar İmamın (ə.f.) köməkçiləri vasitəsilə onunla əlaqə saxlayır və suallarına cavab tapırdılar. Ancaq böyük qeyb dövründə sualı olan müsəlmanlar fəqihlərə müraciət edirlər.

İmam Əsrin (ə.f.) xüsusi köməkçiləri
İmamın (ə.f) kiçik qeyb dövründə 4 xas naibi olmuşdur ki, bəzən həmin naiblər vasitəsiylə digər tərəfdarları ilə də Həzrət (ə.f) əlaqə saxlayır, ünsiyyət qururdu. Həmin 4 xas naib bunlardır;
1. Osman ibn Səid. Hicrətin 260-267-ci illərində Həzrətin (ə.f) naibi olmuşdur.
2. Muhəmməd ibn Osman. Birinci naibin oğludur və hicri 267-305-ci illərdə Həzrətə (ə.f) naiblik etmişdir.
3. Huseyn ibn Ruh. Hicri 305-326-cı illərdə İmamın (ə.f) naibi vəzifəsində çalışmışdır.
4. Əli ibn Muhəmməd. 326-329-cu illərdə İmamın (ə.f) naibi olmuşdur.Bu şəxslər- yüksək məqam sahibi, fəzilətli, adil, təqvalı, alim və etibarlı insanlar idi. Əbəs deyil ki, Həzrət (ə.f), onları özünün xas naibləri təyin etmişdir.
Allahım! Bizləri İmamın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar ver!


mənbə: iqna

Xəbər lenti

Parlament qarşısında “Rus qanununa yox” aksiyası davam edir
2024-04-21 22:27

Almaniyada ətir oğurlayan Gürcüstan vətəndaşı tutulub
2024-04-21 22:24

4 kənd qayıtdı, İrəvan-Tiflis marşrutu dəyişdirildi
2024-04-21 18:20

Tbilisidə minik avtomobili ilə motosiklet toqquşub
2024-04-21 18:03

Parlament “Ofşorlar haqqında” qanun layihəsi sürətləndirilmiş qaydada qəbul edilib
2024-04-21 12:55

“Hökuməti tənqid edənləri susdurmaq üçün hazırlanıb”
2024-04-21 12:41

Aksiyalarda 40 nəfəri həbs etdik, polis məmurunun ləyaqətini alçaldan hər kəs ciddi şəkildə cəzalandırılacaq
2024-04-21 12:36

Avtomobil çaya düşüb, bir nəfər ölüb
2024-04-21 11:36

ABŞ Ukraynaya 61 milyard dollar yardım edəcək - VİDEO
2024-04-21 11:21

Qaraciyərimiz bu 5 qidanı sevir
2024-04-21 11:10

”İşğalçı ölkə öz işğal etdiyi ölkədə şəffaflığı necə təşkil edə bilər? “
2024-04-20 21:08

Tiflisdə etirazlar davam edir: Rustavelli bağlandı - Video
2024-04-20 20:51

İrakli Qaribaşvili:”Bu gün biz Avropa İttifaqına üzv olmağa hazır deyilik"
2024-04-20 19:35

Qadınlar Rus qanunlarına qarşı- aksiya ilə bağlı Rustaveli prospekti bağlanıb
2024-04-20 19:19

Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərdən yalnız 27%-i işləyir - 60,9 min şirkətin fəaliyyəti məlum deyil
2024-04-20 15:55

Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər
2024-04-20 15:33

"Rus qanunu"na qarşı keçirilən aksiya bu gün də davam edəcək
2024-04-20 12:29

Gürcüstanda buğda istehsalı azalıb
2024-04-20 12:19

Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
2024-04-20 12:04

Mişa siyasi mübarizəyə başlayır: Məni sədr seçin!
2024-04-20 11:30

ABŞ-dən İsrailə qarşı sanksiyalar
2024-04-19 22:05

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı
2024-04-19 22:00

Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb
2024-04-19 20:35

Liluaşvili: Zuqdidi və Rustavi Sakrebulolarında Milli Hərəkat və Gürcü arzusu arasında razılaşma əldə olunub
2024-04-19 20:32

Saraçlı kəndində amansızlıqla qətlə yetirilən İsə Hüseynovun atası danışdı -VİDEO
2024-04-19 20:27

Nazir Aleko Elisaşvilinin işi ilə bağlı suala belə cavab verib
2024-04-19 20:23

20 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-19 19:35

Gürcüstan DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib
2024-04-19 15:15

NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
2024-04-19 15:12

Cənab Bidzinaya aidiyyatı yoxdur, amma olsa belə, nə olsun ki?
2024-04-19 12:35

6 partiya: rus qanununun ikinci oxunuş günü üçün tam səfərbərlik elan edirik
2024-04-19 12:26

Qarşıdan gələn seçkilər gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq
2024-04-19 12:23

İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib
2024-04-19 12:05

Gənclər bu gün Parlament qarşısında aksiya keçirəcəklər
2024-04-19 11:54

“Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-19 11:16

İran səmasında İsaril PUA-ları VURULDU
2024-04-19 10:54

“İrana raket hücumu olmayıb”
2024-04-19 10:45

Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-18 22:58

Ukrayna XİN: Gürcüstan üçün real təhdid
2024-04-18 22:45

Viola fon Kramon: İvanişvili ehtiyat tədbirləri görür, sanksiyalar tətbiq olunarsa, pulu Gürcüstana qaytarmalıdır
2024-04-18 21:19


Digər İslam Dünyası xəbərləri:

Qurana əsasən orucun faydaları

77

Qədr gecəsinin fəzilətləri

106

Orucun faydalı təsirləri

120