Cəlil Məmmədquluzadənin Tiflisdəki ev-muzeyi bərpa olunur

24 Fevral 2024 - 17:12

222

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür.

Böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tiflisdə yaşayıb yaratdığı evin bərpasına başlanılıb.

Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov Report-a müsahibəsində deyib ki, böyük ədib uzun illər Tiflisdə yaşayıb yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tiflisdə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tiflis şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tiflis şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq.

Onun sözlərinə görə, ev-muzeyinə sadəcə olaraq birinci mərtəbə və zirzəmi hissə aiddir, bu da ümumi sahənin 180 kvadratmetrini təşkil edir. Qalan 180 kvadratmetri isə ikinci mərtəbədə yaşayan ailələrə məxsusdur. Binanın bərpasına ümumilikdə 350 min lari vəsait ayrılıb. Bunun da 3 faizi SOCAR-n Gürcüstan nümayəndəliyi tərəfindən ödəniləcək. Binada bərpa-bərkitmə işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bərpa-bərkitmə işləri başa çatdırıldıqdan sonra isə muzeyin təmirinə başlanılacaq. Muzeyin bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.

Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb.


mənbə: axar

Xəbər lenti

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20

Netanyahunun qaldığı otelə qurd tökdülər - Video
2024-07-25 11:58

Dünyada hər 11-ci insan aclıqla üzləşib
2024-07-25 11:44

İngiltərənin ilk müsəlman ədliyyə naziri Qurani-Kərimə and içib
2024-07-25 11:29

2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
2024-07-25 11:16

Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
2024-07-25 10:58


Digər Gürcüstan xəbərləri:

Kutaisi yolunda qəza olub

87