“Laçın ən strateji əhəmiyyətli rayondur” - Tarixçi

01 Dekabr 2020 - 14:16

134369

“Əzəli türk yurdu olan Laçın işğalçı Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki. 1992-ci ildə Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması və işğalın bu qədər uzun sürməsi mümkünsüz olacaqdı”.

Xeber.ge saytı xəbər verir ki, Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirib: “Qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Eləcə də Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılmışdır. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir. Ümumilikdə, işğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi”.

O qeyd edib ki, 1828-ci il Rusiya-İran müharibəsindən sonra Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanılmışdır: “O zaman bu torpaqlara səfil, ac-yalavac gələn ermənilər 1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar törətmiş və nəticədə, təxminən, yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlar davam edir. Erməni komandanı Andranik nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andranik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləmişdir. Bu məsələdən əvvəlcədən xəbər tutan bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov öz dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə salmışdır. Burada bir gündən çox qanlı döyüşlər getmişdir. Bu döyüşlər zamanı Andranik, demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapmışdır”.

O bildirib ki, hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman ermənilərin Qarabağ ərazilərinə əsassız iddialarını bilən, bu əzəli Azərbaycan torpaqlarının inkişafına və tərəqqisinə çalışan ulu öndər Heydər Əliyev, Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul etmiş, qısa zaman kəsiyində Laçının sürətli inkişafına nail olunmuşdu. İstər iqtisadi cəhətdən, istərsə də abadlıq-quruculuq sahəsində dağ rayonları sırasında o zaman Laçın birinci yerdə dururdu”.


mənbə: xeberoxu.az

Xəbər lenti

Marneulidə azyaşlılar arasında dava ilə başlayan mübahisə bıçqalanma ilə sonlanıb
2023-09-22 23:15

Muxalifət lideri aksiyada saxlanılıb
2023-09-22 23:09

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
2023-09-22 21:09

“Rəsmi Tbilisi Gürcüstanın gələcəyini Rusiyada görür, xalq isə bunu istəmir”
2023-09-22 20:55

23 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-22 20:45

Prezidentin impiçmenti ilə bağlı konstitusiya təqdimatı Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib
2023-09-22 20:23

Azyaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb
2023-09-22 20:21

"Salome Zurabişvili adi müxalifətçidir"
2023-09-22 20:05

Qarşıdakı günlərin hava proqnozu açıqlandı
2023-09-22 14:36

Vətəndaşlıq almaq üçün ən çətin 10 ölkə
2023-09-22 13:54

Dubayda ticarət mərkəzində izdiham: Yüzlərlə insan sabah üçün növbə tutur - VİDEO
2023-09-22 13:52

"Oğru dünyası" ilə əlaqəsi olan şəxslər həbs cəzasına məhkum edilib
2023-09-22 13:17

Avtomobillərdən çıxan zərərli qazlara görə indiyədək neçə nəfərin cərimələndiyi açıqlandı
2023-09-22 13:07

Gürcüstanda xüsusi təhlükəsizlik rejimi: Parlament binasına giriş məhdudlaşdırıldı
2023-09-22 12:01

Taksi sürücüsü yolda infarkt keçirərək ölüb
2023-09-22 11:50

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb
2023-09-22 11:10

Namaz Allahı yad etməkdir
2023-09-22 10:45

Din düşmənlərinin sonu
2023-09-22 10:42

Qəsdən vergidən yayınma və əmlakı gizlətmə faktlarına görə bir nəfər saxlanılıb
2023-09-22 10:39

Bu gün İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək
2023-09-22 09:55

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb, digəri isə ölkəni tərk edib
2023-09-21 22:50

İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb
2023-09-21 20:27

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı əlavə təfərrüatlar məlum oldu
2023-09-21 20:24

22 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-21 20:12

“Rossiya” aviaşirkəti Tbilisi və Batumiyə uçuşlara başlayır
2023-09-21 20:06

Salome Zurabişvili Aİ, Böyük Britaniya və ABŞ səfirləri ilə görüşüb
2023-09-21 20:01

Gürcüstan Texniki Universitetinin professoru döyülərək öldürülüb
2023-09-21 19:22

"Saakaşvilinin çağırışları onların beynində təbii olaraq inqilabi planın formalaşdığının daha bir sübutudur"
2023-09-21 15:04

Saakaşvilinin bütün xərcləri tamamilə qanunsuz idi, o, büdcə pullarını öz rifahı üçün istifadə edirdi
2023-09-21 15:03

Parlamentdə səs-küy yaranıb
2023-09-21 15:01

Rəisi Nyu Yorkda ABŞ rəhbərlərini təhdid etdi
2023-09-21 14:25

Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır
2023-09-21 13:07

Yanacağın qiyməti qalxa bilər - AÇIQLAMA
2023-09-21 11:20

Baş nazir ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb
2023-09-21 11:18

İrəvanda gərginlik: Erməni deputat döyüldü
2023-09-21 11:15

Qlobal borc rekord həddə çatdı
2023-09-21 11:06

Gündəlik rasionumuzda xərçəng saçan təhlükə
2023-09-21 11:05

Çində güclü tornado oldu - VİDEO
2023-09-21 10:56

Parlament yaxınlığında etiraz aksiyası keçirilir-VİDEO
2023-09-20 21:20

21 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-20 20:09


Digər Tarixi faktlar xəbərləri: