Biz ona təşəkkür etdik, o müşavir vəzifəsinə simvolik olaraq təyin olunmuşdu - Ğaribaşvili Xidaşeli haqqında

25 Mart 2024 - 06:42

205

“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili bildirib ki, sanksiya tətbiq olunan rusiyalı oliqarxın şəriki Davit Xidaşeli Gürcüstanın müdafiə nazirinin müşaviri vəzifəsini 4 il müddətinə simvolik olaraq tutub.

Jurnalistlər Ğaribaşvilidən “Kremlə yaxın adamı” niyə nazirin müşaviri təyin etdiyini soruşublar və o, belə cavab verib:

“Kremlə kim yaxın idi? Bu mövzunun niyə bu qədər aktual olduğunu bilmirəm. Davit Xidaşeliyə gürcü dövlətini gücləndirəcək çox vacib xəritələr gətizdirdik. Bu xəritələri gətizdirdik və o çox əhəmiiyətli iş gördü. Biz ona təşəkkür etdik, çünki o, bizə, dövlətə çox vacib material gətirdi. Səhv etmirəmsə, simvolik olaraq 4 il müşavir vəzifəsini tutub. Ümumiyyətlə, bilmənizi istərdim ki, o, sərhəd, demilitarizasiya məsələlərini, xəritələri və s. çox yaxşı bilir”.

Hakim partiyanın hazırkı sədrindən Davit Xidaşelinin məxfi məlumatlara çıxışının olub-olmaması da soruşulub.

“Hansı məlumatdan danışırsınız? Heç bir şey haqqında heç bir məlumatınız yoxdur və insanlara yalan danışırsınız. Bu absurddur, mənasızdır. Onlar [müqaviləni] ictimailəşdirəcəklər.

4 il elə işləyib ki, ümumiyyətlə sual verilməyib. İndi, ümumiyyətlə, bilmirəm niyə bu mövzunu qaldırdınız”, – Ğaribaşvili bildirib.

Davit Xidaşeli 2020-ci ildən 2024-cü il fevralın 9-dək müdafiə nazirinin müşaviri vəzifəsində çalışıb. Bu dövrdə müdafiə nazirləri İrakli Ğaribaşvili və Cuanşer Burçuladze olub. İrakli Ğaribaşvili 2019-cu ilin sentyabrından müdafiə naziri olub və 2021-ci ilin fevralında baş nazir təyin edildikdən sonra bu vəzifəni Xuanşer Burçuladze tutub.

İrakli Ğaribaşvili 2024-cü il yanvarın 29-da baş nazirlikdən istefa verib. Az sonra Cuanşer Burculadze də vəzifəsini tərk edib. Davit Xidaşelinin Müdafiə Nazirliyində işləməsi məhz bu kadr dəyişikliklərindən sonra məlum olub.

Davit Xidaşeli “Mtavari Arxi” teleşirkətinə bildirib ki, Davit Qarecinin sərhədlərinin müəyyən edilməsi məsələsində Gürcüstan hakimiyyəti ilə məsləhətləşib, lakin, o, heç vaxt bunun üçün maaş almayıb.

David Xidaşeli kimdir?

Davit Xidaşeli 2007-2014-cü illərdə Rusiyanın “Sistem” korporasiyasının vitse-prezidenti olub. “Sistem” Krımın ilhaqını dəstəkləyən böyük bir konqlomeratdır. Buraya 2021-ci ildən hərbi pilotsuz təyyarələr istehsal edən və Rusiya Müdafiə Nazirliyinə xidmət edən “Krondşadt” şirkəti daxildir.

“Sistem”in sahibi Ukraynada müharibə başladıqdan sonra Böyük Britaniya, Avstraliya, Ukrayna, Yeni Zelandiya tərəfindən sanksiya tətbiq edilən Vladimir Yevtuşenkovdur . Yevtuşenkov Putinin ən yaxın ətrafının nümayəndəsidir. 2023-cü ilin noyabrında məlum olub ki, “Sistem” Amerika Birləşmiş Ştatları tərəfindən də sanksiyaya məruz qalıb. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bəyanatında “Sistem” Rusiyanın ən böyük ictimai şaxələndirilmiş holdinq şirkətlərindən biri kimi qeyd olunur.

Yevtuşenkovla Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili arasında yaxın münasibət var. 2022-ci ildə internetdə yayılan gizli səs yazısına əsasən, Davit Xidaşeli Yevtuşenkovla İvanişvili arasında “xəbərçi” olub.

Xidaşeli “kartoqraflar” işinin əsas fiqurdur. Xidaşeli Rusiyadan Gürcüstan Prokurorluğunun Davit Qareci ilə bağlı bütün ittihamı əsaslandırdığı xəritəni gətirib. Bu “xidmətinə” görə o, İvanişvilinin təşəkkürünü də alıb.

“Gürcü Arzusu”nun “#QareciGürcüstandır”ın 2020-ci ildəki seçki kampaniyası Davit Qarecinin işi üzərində qurulub. Hökumət Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası Komissiyasının keçmiş üzvləri İveri Melaşvili və Natalia İliçovanı həbs edib. Onlar iddia edirdilər ki, əvvəlki hökumətdən alınan göstərişə əsasən, sərhədin Davit Qareci ilə bitişik hissəsi Gürcüstanın maraqlarına zidd şəkildə razılaşdırılıb, buna görə də Qareci abidə və monastır kompleksinin bir hissəsi Azərbaycanın tərəfdə qalıb. Baş nazir İrakli Ğaribaşvili həbs edilən kartoqrafları vətənə xəyanətdə günahlandırıb və bildirib ki, əraziləri başqalarına verən və antimilli cinayətlər törədən “Milli Hərəkat” ləğv edilməlidir.

2022-ci ilin aprelində Gürcüstan hökuməti Rusiya sərhədi və Rusiyanın işğalı altında olan Tsxinvali bölgəsi yaxınlığındakı Raça və Kvemo Svaneti bölgələrində  104 712 hektar meşə sahəsini 49 il müddətinə Davit Xidaşelinin şirkətinə verib. 2023-cü ilin noyabr ayında hökümət qanun pozuntusunun ifşa olunması, məhkəmə mübahisələri və uzun müddətli etirazlardan sonra bu qərarı ləğv edib. 


mənbə: sakartvelosambebi

Xəbər lenti

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12


Digər Gürcüstan xəbərləri:

Motosiklet piyadanı vurub

58

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ

142