“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”

28 Mart 2024 - 11:05

135

Avropa Şurasının insan haqları üzrə komissarı Dunia Miatoviç “Gürcü Arzusu”nun irəli sürdüyü konstitusiya dəyişikliklərini tənqid edərək bildirir ki, demokratik cəmiyyətdə seçkilər öncəsi “LGBTI” fobiyası ilə manipulyasiyaya yer olmamalıdır.

“Mən Gürcüstandaki mövcud siyasi diskursdan narahatam, bunu “Gürcü Arzusu” partiyasının konstitusiyaya dəyişiklik və “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında yeni konstitusiya qanununun qəbul edilməsi təşəbbüsü ilə bağlı bəyanatı göstərdi. Bu [Gürcü Arzusunun təşəbbüsü] Gürcüstan cəmiyyətinin bəzi hissələrində, o cümlədən bəzi siyasətçilər arasında hələ də hökm sürən “LGBTI” fərdlərə və onların hüquq müdafiəçilərinin hüquqlarına, təhlükəsizliklərinə və rifahına güclü mənfi təsir göstərə bilən köklü zərərli stereotipləri və qərəzləri əks etdirir.

Bu, həm də əvvəllər pislədiyim və qanunun aliliyinə və bütün insanların hüquqlarına hörmətə əsaslanan demokratik cəmiyyətdə yeri olmayan “LGBTI” fobiyası ilə seçkiqabağı siyasi manipulyasiyasını təmsil edir”, - İnsan Haqları üzrə Komissarın bəyanatında deyilir.

Dunia Miatoviç qeyd edir ki, Gürcüstanda “LGBTI” nümayəndələri nifrət cinayətlərinin və geniş yayılmış ayrı-seçkiliyin hədəfi olmağa davam edir, onların dinc toplaşmaq hüququndan məhrum edilməsi halları mütəmadi olaraq baş verir.

“Mən dəfələrlə Gürcüstan hakimiyyətini “LGBTI”insanlara qarşı ayrı-seçkiliyin  bütün formalarına, ayrı-seçkiliyə və zorakılığa təhrikə qarşı sıfır dözümlülük siyasəti və praktikasını həyata keçirməyə çağırmışam. Son aylar mən bəzi siyasətçilərin Gürcüstanda insan haqları müdafiəçilərinin və vətəndaş cəmiyyətinin qanuni fəaliyyətinə xələl gətirmək üçün istifadə etdikləri, getdikcə artan damğalama ritorikasını izləyirəm.

Ona görə də mən Avropa Şurasının üzvü olan Gürcüstan hökumətini insan hüquqlarının müdafiəsi, o cümlədən “LGBTI” fərdlərin hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini tam şəkildə yerinə yetirməyə və  vətəndaş cəmiyyəti və insan haqları müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıram. Mən Gürcüstanın bütün siyasətçilərini seçki kampaniyasında “LGBTI”fobiyasından və ya digər ayrı-seçkilik ritorikasından istifadəni qətiyyətlə pisləməyə çağırıram”, - Miatoviç bildirib.

Avropa komissarı Gürcüstan cəmiyyətinin bütün üzvlərinin, o cümlədən “LGBTI” fərdlərin hüquqlarını dəstəkləyən və müdafiə edənlərlə həmrəy olduğunu bildirir.

“Gürcü Arzusu” ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi bəhanəsi ilə konstitusiyaya dəyişiklik etmək istəyir. Təklif olunan konstitusiya dəyişiklikləri “eyni cinslil münasibətlərinin təşviqi” sayıla biləcək hər hansı ictimai rəyin ifadəsini və ya ictimai toplantıları qadağan edir. Hakim partiya konstitusiya dəyişikliklərini qəbul etmək üçün parlamentdə lazımi 113 səsə malik deyil. Çoxluğun lideri Mamuka Mdinaradzenin dediyi kimi, onlar dəyişikliklərin “indi olmasa da, heç olmasa növbəti çağırış parlamentdə” dəstəklənməsi üçün hər şeyi edəcəklər.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Dövlət bu şəxslərə ev verəcək
2024-04-28 19:10

"Mənə hansı sanksiyaları tətbiq edəcəklərini məmnuniyyətlə gözləyəcəyəm”
2024-04-28 18:54

Stokholmda yenə Quran yandırıldı- VİDEO
2024-04-28 15:33

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 6 nəfər saxlanılıb
2024-04-28 15:28

Polşada qanunsuz yaşayan Gürcüstan vətəndaşları saxlanılıb
2024-04-28 13:47

Bu gün Respublika meydanında rus qanununa qarşı “ Avropa yürüşü “ keçiriləcək
2024-04-28 13:44

İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-04-28 13:42

BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
2024-04-28 12:07

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
2024-04-28 12:00

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
2024-04-28 11:53

“WhatsApp”a yeni funksiya gəlir
2024-04-28 11:49

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
2024-04-28 11:09

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19


Digər Gürcüstan xəbərləri:

Motosiklet piyadanı vurub

119