Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm

28 Mart 2024 - 16:55

120

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ səfirliyindən hakim Laşa Çxikvadze ilə bağlı izahat istəyir. Papuaşvili “Mtavari Arxi” teleşirkətinin keçmiş baş direktoru Nika Qvaramiyanın onun iddiasının Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilməməsi ilə bağlı yaydığı məlumatı şərh edib.

Papuaşvilinin sözlərinə görə, Strasburq məhkəməsinin qərarı Nika Qvaramianın cinayətkar olduğunu təsdiqləyib.

“Səfirlikdə kiminsə bu qərarı bəyənmədiyinə və kiminsə Nika Qvaramiyaya rəğbət bəslədiyinə görə, bu hakimə sanksiya qoyuldu, müəyyən proqramlardan uzaqlaşdırıldı, ona və ailəsinə media və qeyri-hökumət təşkilatları tərəfindən hücumlar edildi. Kimsə ondan həmin günlərdəki emosional vəziyyətini soruşdumu? Bu cür alətə çevrilmə halları zamanı kimsə insanlara, onların hisslərinə əhəmiyyət verirmi? Amerika səfirliyindən izahat gözləyirəm ki, Laşa Çxikvadzeyə qarşı sanksiya götürülüb, ya yox? Bu sanksiyalar ona qarşı ədalətsiz olmaqda davam etməlidirmi? İkincisi, ABŞ-ın keçmiş səfiri Gürcüstanın ədliyyə sisteminə hücum edərək hansısa siyasi motivlərdən danışarkən reaksiyasının əsası nə olub”, - Papuaşvili bildirib.

Parlament sədri Avropa İttifaqının təmsilçiliyini də tənqid edib. Onun sözlərinə görə, Avropa İttifaqının Gürcüstandakı keçmiş səfiri Karl Hartzel Nika Qvaramiyanın işi üzrə hökmün siyasi motivli olduğunu deyərkən “yanılıb və ya yalan danışıb”.

“Dünən Avropa İttifaqının mövcud səfirindən keçmiş səfirin açıqlamasının ictimaiyyəti çaşdırdığını, konkret hakimlərə qarşı ədalətsiz olduğunu, faktlara əsaslanmadığını və gürcü ədalətini gözdən saldığını eşitmək əvəzinə eşidirik ki, sən demə, gürcü hakimlərin dürüstlüyünü yoxlamağa ehtiyac var”, - Papuaşvili qeyd edib.

Bu günlərdə məlum olub ki, Nika Qvaramiyanın iddiası Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilməyib. İddia Qvaramiyanın “Rustavi 2”yə ​​rəhbərlik etdiyi dövrdə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə Gürcüstan məhkəmələrinin təqsirli hökmü ilə bağlı olub.

Tbilisi Şəhər Məhkəməsinin hakimi 2022-ci ilin mayın 16-da Qvaramiyanı təqsirli bilib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edən  Laşa Çxikvadze də Avropa Məhkəməsinin qərarını şərh edib. Çxikvadzenin sözlərinə görə, o, kiminsə üzr istəyəcəyini gözləmir:

“Strasburq Məhkəməsinin son illərdəki qərarları təsdiq edir ki, gürcü hakimlərinin qərarları Strasburq Məhkəməsinin presedent qərarlarına uyğundur, qanunidir və Avropa İnsan Haqları Konvensiyasının müddəalarına tam uyğundur. Mənə görə bu həm də o deməkdir ki, hakimlər müstəqil, heç bir müdaxilə olmadan qərarlarını verirlər. Məhkəmə sistemi mütəmadi olaraq təhqir, şantaj, hakimləri şeytanlaşdırma və ya bəzi əsassız korrupsiya ittihamlarının hədəfi olur. Hər kəsdən xahişim var ki, məhkəmə qərarlarına əməl etməyi öyrənək”.

Apellyasiya və Ali Məhkəmə də hakim Çxikvadzenin təqsirli hökmünü qüvvədə saxlayıb. Nika Qvaramiya 2023-cü ilin iyununda bir illik həbsdən sonra prezident tərəfindən əfv edilib. 


mənbə: sakartvelosambebi

Xəbər lenti

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21


Digər Gürcüstan xəbərləri:

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ

132