Hakim Qiorqi Mikautadzenin anasının pul hədiyyəsinin mənşəyi ilə bağlı arayış şübhəlidir

02 Aprel 2024 - 15:24

177

Ali Məhkəmənin hakimi Qiorqi Mikautadzenin təqdim etdiyi və anasının konkret şirkətdən əldə etdiyi gəliri təsdiq edən arayış həmin şirkətin rəsmi maliyyə hesabatları ilə uyğunsuzluq təşkil edir. Bu məsələni “Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatı araşdırıb.

Hakimin əmlakı haqqında bəyannamələrdən aydın olur ki, 2022-ci ildə anası Darecan Tavartkiladze ona 100 000 ABŞ dolları, 2023-cü ildə isə 50 000 ABŞ dolları verib.

Hakim “Baxtrioni” ASC-nin 2023-cü ilin aprel ayında verdiyi sertifikatı təqdim edib, ona əsasən, Darecan Tavartkiladze 2019-cu il fevralın 4-dən şirkətdə işləyir və ay ərzində əmək haqqı olaraq 5005 lari, dividend kimi isə 17 057 lari alır.

“Baxtrioni” ASC-nin əsas fəaliyyəti özünə məxsus daşınmaz əmlakın icarəsidir. İctimai reyestrdən çıxarışa görə, Darecan Tavartkiladze şirkətin müşahidə şurasının üzvüdür.

“Beynəlxalq Şəffaflıq - Gürcüstan”nın məlumatına görə, hakim anasının pul hədiyyəsinin mənşəyi ilə bağlı şübhəli hesabat təqdim edib. Təşkilat “Baxtrioni”nin 2019-2022-ci illər üzrə maliyyə hesabatlarını araşdıraraq belə nəticəyə gəlib ki, Darecan Tavartkiladze dividend şəklində  2,5 dəfə az, ayda 6900 lari almalı imiş.

“Avropa Komissiyasının tövsiyəsinə əsasən, Ali Məhkəmənin hakimi Qiorqi Mikautadze məhkəmənin gücləndirilməsi məqsədilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün ilkin şərtlərdən biri olan dürüstlüyün yoxlanılması mexanizminə tabe olmalıdır. Mikautadze məhkəmənin və hökumətin digər nüfuzlu hakimləri ilə birlikdə bu mexanizmin tətbiqinə qarşıdır”,  - “Beynəlxalq Şəffaflıq”dan bildirilir.

Qiorqi Mikautadze Gürcüstan Ali Məhkəməsi sədrinin müavini və Mülki İşlər Palatasının sədridir. Əmlak bəyannaməsinə əsasən, o, 2023-cü ildə maaş olaraq 134 911 lari əldə edib, onun həyat yoldaşı, Tbilisi şəhər məhkəməsinin hakimi Maia Kvirikaşvilinin maaşı isə 85 513 lari olub.

Ali Məhkəmənin hakimi Tsavkisi kəndində 2020-ci ildə 90000 dollara alınmış 2500 kv.m. torpaq sahəsində fərdi yaşayış evi tikir. 2023-cü ildə tikintiyə 307 000 lari, 2022-ci ildə isə 403 500 lari xərclənib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20

Netanyahunun qaldığı otelə qurd tökdülər - Video
2024-07-25 11:58

Dünyada hər 11-ci insan aclıqla üzləşib
2024-07-25 11:44

İngiltərənin ilk müsəlman ədliyyə naziri Qurani-Kərimə and içib
2024-07-25 11:29

2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
2024-07-25 11:16

Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
2024-07-25 10:58


Digər Gürcüstan xəbərləri:

Kutaisi yolunda qəza olub

87