Oxanaşvili müxalifətdən olan bəzi deputatları komitədən qovub

16 Aprel 2024 - 08:21

195

Hüquq Məsələləri üzrə Komitənin sədri Anri Oxanaşvili “agentlər haqqında” rus qanunu müzakirə olunduğu, hardasa səkkiz saatdır davam edən iclasdan müxalifətçi deputatları ixrac edib.

Oxanaşvili Paata Mancqaladze, Qiorqi Vaşadze, Levan Xabeişvili və Xatia Dekanoidzeni zaldan qovub. Bundan əvvəl Tinatin Bokuçava və Salome Samadaşvili zaldan ixrac olunub.

“Gürcü Arzusu”nun irəli sürdüyü rus qanununun müzakirəsi səs-küy fonunda davam edir. Müxalifət üzvləri sözügedən qanunun qəbulunun Gürcüstanın Avropa gələcəyinə xələl gətirəcəyini iddia edirlər.

“Bu, şəffaflıq haqqında qanun deyil, bu, Bidzina İvanişvilinin ölkəmizdə demokratiyaya son qoymaq, ədalətli və azad seçkiləri ləğv etmək, Avropa İttifaqının bizimlə əlaqələrdən və üzvlük danışıqlarından imtina etməsini istədiyi qanundur. Bu, Yanukoviçin yoludur. Ona görə də aydındır ki, həqiqəti deyən şəxslər iclasdan ixrac olunur.

İclasda Bidzina İvanişvilinin qulundan tamamilə demaqoqcasına, mənasız sözlər eşidirdik. Daha doğrusu, o, İvanişvilinin də qulu deyil, Bidzinanın qulunun quludur. Əsas suala cavab ala bilmədik. Dostların deyəndə ki, sən bu qanunu qəbul etsən, Gürcüstanın Avropa gələcəyi bitəcək, gürcü xalqının Avropa seçiminin üzərinə xətt çəkib, onu yenə qəbul etdikdə bunun nə dəyəri olur. Bu sualın cavabını eşitmədik. Cavab sadədir, Bidzina İvanişvili sizin üçün heç bir Avropa gələcəyi istəmir”, - “Lelo”nun üzvü Salome Samadaşvili bildirib.

Müzakirələrə paralel olaraq parlament binasının qarşısında aksiya keçirilir. Orada səhər saatlarında parlamentə buraxılmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri və onlayn medianın jurnalistləri də var.

"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya, NATO, Birləşmiş Millətlər Təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət və media qurumlarının işinə mənfi təsir göstərəcək.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20

Netanyahunun qaldığı otelə qurd tökdülər - Video
2024-07-25 11:58

Dünyada hər 11-ci insan aclıqla üzləşib
2024-07-25 11:44

İngiltərənin ilk müsəlman ədliyyə naziri Qurani-Kərimə and içib
2024-07-25 11:29

2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
2024-07-25 11:16

Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
2024-07-25 10:58


Digər Gürcüstan xəbərləri:

Kutaisi yolunda qəza olub

88