Rus qanununun ikinci oxunuşu zamanı da onlayn medianın parlamentə buraxılmasına icazə verilməyəcək

29 Aprel 2024 - 08:35

135

Gürcüstan parlamentində rus qanununun ikinci oxunuşu zamanı təhlükəsizlik səbəbi ilə onlayn media nümayəndələri binaya buraxılmayacaq. Bu barədə parlamentin saytında məlumat dərc olunub.

Bəyanata görə, aprelin 29-da parlamentdə sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır.

“Parlamentin nəzərdə tutulan tədbirlərinə (o cümlədən komitə iclaslarına) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq. Parlamentin tədbirləri (komitə iclasları) başa çatana qədər hər bir yayımçıdan ikidən çox olmayan akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək. Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - məlumatda deyilir.

Parlament sədrinin qərarına əsasən, aprelin 15-17-də rus qanununun birinci oxunuşunda onlayn media jurnalistləri parlamentə buraxılmayıb. Şalva Papuaşvilinin fikrincə, onların parlamentə daxil olmasında məqsəd “jurnalist fəaliyyəti deyil, etirazı sənədləşdirmək” olub, bu, Papuaşvilinin təbirincə desək, akkreditasiyadan “sui-istifadə etmək”dir. Müzakirələrdə “Gürcüstan Xəbərləri”/ “Dağ Xəbərləri”ndən başqa, “Interpres Nyus”, “Azadlıq” radiosu, “Monitor” studiyası, “Netqazeti”, “Publika” və digər KİV nümayəndələri də iştirak edə bilməz.

Aprelin 29-na olan gündəliyə görə, parlament üzvləri hüquqi məsələlər komitəsinin iclasında “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus qanununu ikinci oxunuşda müzakirə edəcəklər. İclas səhər saat 9:00-a təyin edilib. Rus qanunlarından başqa, gender kvotalarının ləğvi ilə bağlı prezidentin veto qoyması da daxil olmaqla, müzakirə ediləcək daha üç məsələ var.

Aprelin 29-da parlament binası qarşısında “Gürcü arzusu” rus qanuna dəstək məqsədli “ümumi ictimai yığıncaq” keçirir və dövlət qulluqçularını regionlardan, o cümlədən onların iradəsinə zidd olaraq ora gətirir. Parlamentdəki müxalifət partiyaları, “Vahid Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” təxribatlara yol verməmək üçün hökuməti Hüquq Məsələləri Komitəsinin iclasını təxirə salmağa çağırıb, rus qanununa etiraz edən aksiya iştirakçıları isə hakim partiyaya xəbərdarlıq ediblər ki, aprelin 29-da qanunun ikinci oxunuşunun plenar iclasını təyin etməsinlər, əks halda konstitusiyaya zidd qanununun qəbuluna mane olacaqlar.


mənbə: sakartvelosambebi

Xəbər lenti

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05


Digər Gürcüstan xəbərləri: