O aksiyalar köləlik yanaşması ilə keçirilib

30 Aprel 2024 - 09:43

111

“Son həftələr ərzində siyasi azlığın bir neçə aksiyası keçirilib. O aksiyalar və bizim bugünkü yığıncağımız bir əsas prinsipial cəhəti ilə fərqlənir - həmin aksiyalar köləlik yanaşması ilə keçirilib”, - baş nazir İrakli Kobaxidze hökumətin “ agentlər haqqında” rus qanununa dəstək məqsədilə təşkil etdiyi “ümumi yığıncaq”daki çıxışında bildirib.

Hökumət başçısı “Gürcü Arzusu”nun yığıncağında anti-qərb mesajları ilə çıxış edib.

“Bir ölkə Avropa İttifaqına üzv olduqda, təkcə  Avropa İttifaqı həmin ölkəni öz evinə buraxmır, həm də bu ölkə Avropa İttifaqına öz evinə buraxır. Ona görə də Gürcüstanın Avropa İttifaqından evimizə daxil olmamışdan əvvəl bizim suverenliyimizə və dəyərlərimizə hörmət etməsini xahiş etmək hüququ var.

...biz Gürcüstanın müstəqilliyindən imtina etməyi nəzərdə tutan heç bir tələblə razılaşa bilmərik.

2020-ci ildən bəri radikal müxalifət və onunla əlaqəli “engeolar” artıq iki dəfə inqilab təşkil etməyə cəhd edib.

3 il bu ölkəni dincəltmədilər və praktiki olaraq daimi inqilabi rejimdə saxladılar. Daha uzağa getsək, 20 ildir ki, ölkəmizi dincəltmirlər. İndi də öz qara pullarını gizlətmək üçün üçüncü dəfə ölkəni qarışdırmaq cəhdindən çəkinmirlər.

“Engeolar”ın şəffaflığına qarşı çıxan hər kəsi, əslində, yeganə məqsəd motivasiya edir – bu ölkəni heç vaxt dincəlməyə qoymamaq və daim “qütbləşmə”nin qapalı dövrəsində fırlamaq.

Xatırlatmaq istərdik ki, son 3 ildə hakimiyyət ölkəni qarışdırmaq cəhdlərinin qarşısını alıb, ölkəni dinc saxlayıb və namizəd statusu alıb. Buradan da görünür ki, heç kimin qarşısında baş əyib, ləyaqətlə dayanmasan, layiqli nəticə qazanmırsan.

Artıq bir neçə aydır ki, bizi hədələyirlər ki, Mərkəzi Seçki Komissiyasının və məhkəmənin müstəqilliyindən əl çəkməsək, Avropa İttifaqı ilə danışıqlara başlamayacaqlar. Burada bir şeyi demək lazımdır: bu gün Ukrayna və Moldova ilə danışıqlara başlayıblar, Gürcüstan isə demokratiya, qanunun aliliyi, insan haqları, institutların gücü, korrupsiyanın olmaması və iqtisadi inkişaf baxımından hər iki ölkədən bir baş üstündür. Ona görə də, ilk növbədə, ədalətin tezliklə bərpası Avropa İttifaqının maraqlarına uyğun olardı.

Budur, Gürcüstan əhalisinin böyük əksəriyyətinin mövqeyini ifadə edən şəxslər.

Biz Avropa İttifaqını 2022-ci ilin iyunundan fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və bu il açıq danışıqlara çağırırıq.

Bu, gürcü cəmiyyətinin və Gürcüstan dövlətinin layiq olduğu tələbdir. Bundan əlavə, hər kəsi gürcü xalqının qayğısına qalmağa və ölkəni qarışdırmaq istəyən “engeolar”ın qara pullarını gizlətməməyə çağırırıq. Bu, gürcü xalqına qarşı ləyaqətli və məsuliyyətli münasibət olacaq.

Oktyabrda bizi ən mühüm parlament seçkiləri gözləyir. Bu həm də “engeolar” və psevdoliberal təbliğat haqqında qanunlarla bağlı bir növ referendumdur. Bu gün “Gürcü Arzusu”nu vətəndaşların 60 faizdən çoxu dəstəkləyir. Buna uyğun olaraq, biz əminik ki, “Gürcü Arzusu” növbəti dəfə radikal müxalifəti böyük üstünlüklə məğlub edəcək və ardıcıl doqquzuncu seçki qələbəsini qeyd edəcək”, - deyə Kobaxidze bildirib.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb. Aprelin 17-də 83 deputat rus qanununu birinci oxunuşda dəstəkləyib.

Aprelin 15-dən Tbilisidə hər gün kütləvi etiraz aksiyaları keçirilir və 28 aprel nümayişində on minlərlə insan iştirak edib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26

Çində taksilərlə bağlı YENİLİK: Sürücüsüz idarəetmə- VİDEO
2024-05-17 10:11

Yerə oxşayan yeni planet aşkarlandı
2024-05-17 10:46

“Hizbullah” İsrailə rekord sayda raket atdı
2024-05-17 10:37

Qardabanidə qardaş bacısını bıçaqlayıb
2024-05-16 23:52

VMH sədri əhaliyə səsləndi: “Sülh yolu ilə mübarizə aparmalıyıq”
2024-05-16 23:50

“Əgər kollektiv “Milli Hərəkat” Salome Zurabişvilini lider kimi elan edərsə...”
2024-05-16 23:47

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb
2024-05-16 23:45

Tiflisdə yenidən etiraz aksiyası keçirilir
2024-05-16 23:40

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
2024-05-16 23:34

Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
2024-05-16 20:37

Şirin pampıq kimi yüngül planet kəşf edildi
2024-05-16 20:32

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlandı
2024-05-16 20:22

Tiflisdə 120 təşkilat tələb etdi: “Agentlər”i geri götür!
2024-05-16 20:17

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı
2024-05-16 20:14

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir
2024-05-16 20:08

Ərdoğanla Kobaxidze FETÖ və PKK ilə mübarizədən danışıb
2024-05-16 20:04

Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
2024-05-16 20:02

Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
2024-05-16 19:59

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib
2024-05-16 19:34

Motosiklet idarə edən gənc qəza törətdi
2024-05-16 19:29

17 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-16 19:16

Gürcüstan avropalı tərəfdaşlarla müzakirələrə və həmçinin avropalı tərəfdaşların bu qanunu Avropa direktivlərinə uyğunlaşdıracaq təkliflərə hazırdır
2024-05-16 19:07

Gürcüstan Milli Bankı 60 milyon dollar satıb
2024-05-16 16:10

Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında iki nəfəri əmlaka ziyan vurmaqda ittiham edərək saxlayıb
2024-05-16 15:30

Mtacmindada yanğın baş verib
2024-05-16 14:36


Digər Gürcüstan xəbərləri: