Təslim olmayın, bizdən şifahi dəstəkdən daha çoxunu gözləyə bilərsiniz - Rot aksiyada bildirib

15 May 2024 - 10:52

199

Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot Tbilisidə, parlament binası önündə keçirilən aksiyada çıxış edib. O, nümayişçiləri təslim olmamağa çağırıb və hakimiyyətə müraciət edərək bildirib ki, “Avropaya qayıtmaq” üçün rus qanununu ləğv etsin.

Maykl Rotun müraciətini olduğu kimi təqdim edirik:

“Tbilisi Avropanın əsl paytaxtıdır və biz hamımız sizinlə fəxr edirik. Sizin mübarizəniz bizim mübarizəmizdir. Bizdən şifahi dəstəkdən daha çoxunu gözləyə bilərsiniz.

Bu gün fəallardan biri və jurnalistlərdən biri bizdən “Gürcü Kabusu”nun seçicilərinə nə deyəcəyimii soruşdu. Mesajım və cavabım çox sadədir: xahiş edirəm, əziz gürcülər, “Gürcü Kabusu”nun seçiciləri, yeni nəslə qulaq asın, övladlarınızı dinləyin, bacı-qardaşlarınızı dinləyin.

Bilirəm ki, ürəyiniz qəzəblə doludur, amma xahiş edirəm, Mişel Obamanın sözlərini demək istəyirəm: “Onlar aşağı düşdükçə, biz yuxarı qalxırıq”.

Bu yalanlara, bu konspirasiya nəzəriyyələrinə inanmayın. Biz radikal deyilik, siz radikal deyilsiniz. Siz sadəcə olaraq Avropadaki ümumi rəyi təmsil edirsiniz, çünki siz Avropanın həqiqətən müdafiə etdiyi şey - demokratiya, azadlıq, müstəqillik, qanunun aliliyi uğrunda mübarizə aparırsınız.

Təəssüf ki, hökumət nümayəndələrinizlə görüşmək imkanımız olmadı. Biz burada təkcə sizə həmrəylik nümayiş etdirmək üçün deyilik. Biz həm də bir-birimizi dinləmək üçün buradayıq və hökumətə və hakim partiyaya mesajımız çox aydındır: bu qanunu dayandırın! Avropaya qayıdın!

Burada biz müxtəlif partiyaları, müxtəlif nəsilləri təmsil edirik, müxtəlif təcrübələrimiz və inanclarımız var, lakin biz hamımız gürcü xalqının dostu və müttəfiqi kimi birləşmişik.

Ona görə də sizdən xahiş etmək istəyirəm: təslim olmayın! Fikirlərinizin gücünə inanın, çünki keçmişdə digər qürurlu avropapərəstlər azadlığa, müstəqilliyə və demokratiyaya inandıqları üçün divarları yıxıb, nifrət və qəzəbi məğlub ediblər. Siz bizim üçün, Avropadakı hər kəs üçün ruhlandırıcı nümunəsiniz. Xahiş edirəm güclü olun və diqqətli olun! Hamınıza təşəkkür edirəm, sizinlə fəxr edirəm”.

Mayın 13-14-də rus qanununun parlamentdə yekun oxunuşu fonunda Almaniya, Çexiya, Polşa, Litva və Finlandiya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Tbilisidə olublar. Parlament sədri və hökumət nümayəndələri onlarla görüşməkdən imtina ediblər. Avropalı həmkarlarını yalnız parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze qəbul edib, o da parlamentdə yox, “Gürcü Arzusu”nun ofisində.

Mayın 14-də rus qanununun təsdiqindən sonra parlament qarşısındakı aksiyaya Maykl Rot, Jiqimantas Pavilyonis, Boqdan Kliç, Pavel Fişer və Sebastyan Tinkinen gəlib və çıxış ediblər. Buna görə də baş nazir İrakli Kobaxidze onları tənqid edib və Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edib. “Parlament binası qarşısında xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar. Lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənar şəxslərin kollektiv “milli hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə etməyə cəhd etməsi tamamilə qəbuledilməz hadisədir”, - Kobaxidze qeyd edib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Türkiyədə də İranla bağlı matəm elan edildi
2024-05-20 23:01

Seyid İbrahim Rəisi İmam Rza (ə) hərəmində dəfn ediləcək
2024-05-20 22:58

Marneulidə dövlət binasında yanğın baş verdi - Xəsarət alan var
2024-05-20 22:53

Gürcüstanda vəziyyət pisləşərsə, EBRD və digər banklar maliyyələşdirməni dayandırmalıdır
2024-05-20 22:08

Karasin Zurabişvilini rus qanununa veto qoyduğuna görə tənqid edib
2024-05-20 22:04

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər
2024-05-20 22:01

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
2024-05-20 20:07

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI
2024-05-20 20:02

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar...
2024-05-20 19:37

Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq
2024-05-20 19:26

12-ci sinif şagirdləri qəzaya düşdü
2024-05-20 19:20

21 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-20 18:43

Konqresə gürcü siyasətçilərinə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq
2024-05-20 15:46

Ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirdi
2024-05-20 15:44

Baş nazir İrana başsağlığı verib
2024-05-20 15:42

Bəzi siyasətçilər Rusiya ilə mübarizəyə o qədər qapılıblar ki, onlar özləri də Gürcüstana münasibətdə Rusiyaya bənzəyirlər
2024-05-20 15:40

Bizə tələb edən insanlar deyil, dostlar lazımdır
2024-05-20 15:37

Zura Caparidze: Müzakirə üçün yer yoxdur, prezident düzgün qərar verdi
2024-05-20 15:34

Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
2024-05-20 15:27

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək - KİV
2024-05-20 12:53

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib
2024-05-20 12:52

İranda 5 günlük matəm elan edilib
2024-05-20 12:47

Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
2024-05-20 12:45

Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
2024-05-20 12:42

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək
2024-05-20 12:40

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb
2024-05-20 12:11

Salome Zurabişvili qanuna veto qoymaqla müzakirə üçün bütün yerləri bağladı
2024-05-20 11:57

Gürcüstan futbol komandasının çempionatda iştirakı üçün mükafat 3 milyon lariyə yüksələcək
2024-05-20 11:53

Bu gündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır
2024-05-20 11:49

Bu gün Tbilisidə tələbələrin aksiya-yürüşü baş tutacaq
2024-05-20 11:47

Qəzadan az öncə: Rəisi işarə edir və… - Son video
2024-05-20 11:34

İslamda ictimai nizam və intizamın mehvəri
2024-05-20 11:20

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29


Digər Gürcüstan xəbərləri: