Bizim aksiyamıza təxminən beş dəfə çox insan gəlmişdi- VİDEO

15 May 2024 - 15:41

305

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, “Gürcü Arzusu”nun təşkil etdiyi “xarici agentlər” rus qanununa dəstək aksiyasına etiraz aksiyalrdakindan beş dəfə çox insan çıxıb.

“Siyasi müxalifət öz tərəfdarlarını nəyəsə inandırıb küçələrə çıxarırsa, bu, tamamilə normal və sağlam bir hadisədir, lakin siyasi azlıq heç bir halda siyasi çoxluğu Gürcüstanın dövlət maraqlarını gücləndirməyə xidmət edən qərar qəbul etməyə və ya etməməyə məcbur edə bilməz. Bu qərarları siyasi çoxluq verir.

Rəqəmə gəlincə, hamınız gördünüz ki, bizim aksiyada müxalifətin aksiyasından təxminən 5 dəfə çox insan var idi.

Bu, məsələn, “Gürcü Arzusu” ilə kollektiv “Milli Hərəkat” arasında mövcud olan nisbətdir. Çoxluğun, digər siyasi azlığın təşkil etdiyi aksiyalarda cəmiyyət bu nisbəti gördü”, - deyə Kobaxidze bir daha ictimai rəy sorğusunun nəticələrinə istinad edərək bildirib ki, əhalinin 60 faizindən çoxu rus qanununu dəstəkləyir.

“Şəffaflığı 80 faizdən çox dəstəkləyir, əhalinin 60 faizindən çoxu isə, birbaşa bu qanunu dəstəkləyir. Belə bir məqamda bu insanların seçdiyi parlament siyasi azlığın, məncə, irrasional əhval-ruhiyyəsinə görə deyil, çoxluğun rasional iradəsinə uyğun hərəkət etməyə borcludur”, - deyə baş nazir bildirib.

“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanunluna veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftəlik vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.

Bir aydır ki, Tbilisidə rus qanununa qarşı davamlı çoxminlik nümayişlər keçirilir. Tələbələrin əksəriyyəti itaətsizlik elan edib. Auditoriyalara girməyib hər gün etiraz yürüşləri təşkil edirlər.

İrakli Kobaxidze dünən keçirilən mətbuat konfransında bildirib ki, Venesiya Komissiyasının qeydlərini mayın 28-dək təqdim etməsi vacibdir.

“Prosedur belədir, veto müddəti bitdikdən sonra prezidentin qanun layihəsi təqdim edilməlidir, ikinci alternativ isə - qəbul edilmiş qanun layihəsidir, üçüncü məsələ müzakirə oluna bilməz. Ona görə də Venesiya Komissiyası hər hansı məsələni təqdim etmək istəyirsə, indi təqdim etməlidir, ondan sonra hər kəsin bu məsələləri prezidentin vetosuna qoymaq imkanı olacaq və biz sağlam müzakirəyə hazırıq. Bu və ya digər qurumun Venesiya Komissiyasına qanun layihələri göndərdiyi və hətta bir həftə ərzində hesabat göndərdiyi halları xatırlayırıq. Bu qanunla bağlı rəyin təqdim olunmasına çox müddət lazım deyil, bir neçə vərəqdir və onlar bu rəyi bir neçə günə yaza bilərlər. Təqdim etsinlər, müzakirə edəcəyik. Odur ki, Venesiya Komissiyasının öz qeydlərini mayın 28-dək təqdim etməsi vacibdir, bundan sonra gec olacaq. Bu, onlardan asılıdır, təqdiml etsələr, baxacağıq, etməsələr, baxa bilməyəcəyik”, - Kobaxidze bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulosun sözlərinə görə, Venesiya Komissiyasının rəyi gələn həftənin əvvəlində dərc olunacaq.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Marneulidə iş adamının evi atəşə tutulub
2024-10-04 15:26

Biz öz vəzifəmizi yerinə yetirməkdə nə yubanırıq, nə də tələsirik
2024-10-04 14:39

Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
2024-10-04 14:36

İsrail Hizbullahın yeni baş katibi Həşim Səfiəddini öldürmək məqsədi ilə Beyruta zərbələr endirib
2024-10-04 11:22

Kafirlə müşrikin fərqi
2024-10-04 11:18

Gürcüstan baş naziri koronavirusa yoluxdu
2024-10-03 23:08

Qadın 4-cü mərtəbədən yıxılıb
2024-10-03 21:10

Birləşmiş Ştatlar Bidzina İvanişviliyə və onun ailə üzvlərinə qarşı maliyyə sanksiyaları tətbiq etməyib
2024-10-03 21:05

4 oktyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-10-03 20:35

Seyyid Əli Xameneyi Seyyid Həsən Nəsrullaha bildirmişdi ki...
2024-10-03 14:42

Husilər Qırmızı dənizdə neft tankerinə kamikadze katerlə hücum etdilər - ANBAAN GÖRÜNTÜLƏR
2024-10-03 14:13

İvanişvilinin xaricdə yaşayan övladılarının bank hesablarına giriş məhdudlaşdırılıb
2024-10-03 14:04

Ayətullah Xamenei sabah cümə namazı qıldıracaq
2024-10-03 11:52

Bəzi yerlərdə yağmurlu hava olacaq
2024-10-03 11:44

Gürcüstan parlamentinin spikeri LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb
2024-10-03 11:21

BMT: İsrail Livanda 100 uşağı qətlə yetirib
2024-10-03 11:08

“Hizbullah” lideri Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
2024-10-03 10:58

İran uçuşları bərpa edib
2024-10-03 10:45

Bayden “yox” dedi - “Dəstəkləməyəcəyik”
2024-10-03 10:17

İsrail BMT-nin Baş katibini "arzuolunmaz şəxs" elan edib
2024-10-02 23:33

Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər
2024-10-02 23:21

Ötən ay Gürcüstandan 42 əcnəbi deportasiya edilib
2024-10-02 20:58

32 yaşlı kişinin meyiti tapılıb
2024-10-02 20:54

3 oktyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-10-02 20:41

Azyaşlı qız onuncu mərtəbədən yıxılaraq ölüb
2024-10-02 17:35

İvanişvili ABŞ səfirliyinə cavab verib. O, bir daha “Qlobal Müharibə Partiyası”nın təsirinə işarə edib
2024-10-02 13:11

İran İsrail və ABŞ-nin mümkün cavabına qarşı yüzlərlə raket hazırlayıb
2024-10-02 13:07

Gürcüstandan İsrailə uçuşlar ləğv edilib
2024-10-02 13:05

Gürcüstan prezidenti LGBT təbliğatını qadağan edən qanun layihəsini təsdiqləməyib
2024-10-02 13:02

İranın "Fəttah"ı İsrail sistemlərini məhv etdi
2024-10-02 13:01

İran xalqı İsrailə hücumu bayram edir - Video
2024-10-02 12:58

İranın ali lideri İsraili daha ​​sarsıdıcı zərbələrlə hədələdi
2024-10-02 12:55

Gürcüstanda gecə klublarında xüsusi əməliyyat: əcnəbilərə qarşı dələduzluq edənlər saxlanılıb
2024-10-02 12:53

İranda uçuşların ləğvi müddəti uzadılıb
2024-10-02 12:51

Danimarkada İsrail Səfirliyi yaxınlığında partlayış
2024-10-02 12:48

“İsrail hücum edərsə, bütün infrastrukturu hədəfə alınacaq”
2024-10-02 12:46

Netanyahunun bunkerə qaçmasının görüntüləri yayıldı - VİDEO
2024-10-02 12:43

“Hizbullah” quru döyüşünə başladı: Bu kənddə İsrail ordusu məğlub edildi
2024-10-02 12:39

İsraildə atışma nəticəsində Gürcüstan vətəndaşı ölüb
2024-10-02 12:36

İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
2024-10-01 22:58


Digər Gürcüstan xəbərləri:

Qadın 4-cü mərtəbədən yıxılıb

100

Bəzi yerlərdə yağmurlu hava olacaq

154

32 yaşlı kişinin meyiti tapılıb

159