Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq

20 May 2024 - 15:26

287

Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında rus qanunu ilə bağlı verdiyi əsaslandırılmış şərhləri nəzərə almayacaq. Bu barədə parlament sədri məlumat verib.

Şalva Papuaşvilinin sözlərinə görə, büronun bugünkü iclasında prezidentin vetosu hüquqi məsələlər komitəsinin müzakirəsinə veriləcək və növbəti sessiya həftəsində o, aşılmış olacaq.

“Bir şey vacibdir - “xarici təsirin şəffaflığı haqqında” qanuna xaricilərin hədsiz müdaxiləsi bizə bir şeyi göstərir ki, bu qanun yəqin ki, ən gürcü qanunudur. Ona görə də təbii ki, parlament bu vetonu aşacaq, çünki bu qanunun gürcü mahiyyətini bir daha göstərir. O qədər xarici - özləri donordurlar və maliyyələşdirirlər - bu işə qarışdı ki, onlar sonda aksiyalara çıxdılar, bu, qanun, məhz parlament tərəfindən qəbul edilən ən gürcü qanunlarından biri olduğunu dəqiq göstərir. Ona görə də, əlbəttə ki, biz vetonu aşacağıq”, - deyə Papuaşvili bildirib.

Baş nazir İrakli Kobaxidze bu gün bildirib ki, Salome Zurabişvili “qanunlara kobud şəkildə veto qoyub” və bununla da “sağlam müzakirə üçün bütün məkanları bağlayıb”.

Prezident mayın 18-də rus qanununa veto qoyub. Salome Zurabişvilinin arqumenti ondan ibarətdir ki, qanun rus qanununun ruhunu dəqiqliklə təkrarlayır və əslində, 10 mart 2023-cü ildə geri götürülən “agentlər qanunu” ilə eynidir.  Qanunda , sadəcə “xarici təsir agenti” sözləri çıxarılıb və “agent” anlayışının tərifi olan “xarici gücün maraqlarının daşıyıcısı” termini ilə əvəz edilib. Prezident qeyd edir ki, ATƏT/DTİB-in 2023-cü ilin iyulunda dərc etdiyi hüquqi rəy bu qanunun qeyri-demokratik olduğunu, insanın əsas hüquq və azadlıqlarına, Avropa standartlarına zidd olduğunu əyani şəkildə təsdiqləyir.

Salome Zurabişvili hesab edir ki, qanun konstitusiyaya ziddir, çünki: o, Konstitusiyanın 22-ci maddəsinə – “Birləşmək azadlığına” ziddir. Qanun təşkilatları xarici gücün maraqlarının daşıyıcısi, yəni agenti kimi qeydiyyatdan keçməyə məcbur edir. Bu cür özünü tanımağa məcbur etmək onların damğalanmasına gətirib çıxarır. Qanun təşkilatın fəaliyyətini məhdudlaşdırmaq və sonda ləğv etmək üçün hər cür şərait yaradır. Konstitusiyanın 15-ci maddəsi - “şəxsi və ailə həyatının, şəxsi məkanın və ünsiyyətin toxunulmazlığı hüququ” ilə ziddiyyət təşkil edir. Qanun, digər məsələlərlə yanaşı, şəxsi məlumatların xüsusi kateqoriyasını təqdim etmək öhdəliyi qoyur ki, bu da şəxsin şəxsi və ailə məkanının hər hansı əsassız müdaxilədən qorunmasına dair konstitusiya hüquqlarını pozur. Bu baxımdan qanun qorxutmaq və qorxu salmağa xidmət edir. Konstitusiyanın 11-ci maddəsinə - “bərabərlik hüququna” ziddir. Qanun ayrı-seçkilik xarakteri daşıyır, çünki o, yalnız birliklərin konkret seqmentini əhatə edir və qeyri-kommersiya təşkilatlarına xaricdən maliyyə almasına görə ayrı-seçkilik edilməsinin səbəbi əsassızdır. Macarıstanda qüvvədə olan qanunu qiymətləndirərkən Avropa Ədalət Məhkəməsi belə nəticəyə gəlib ki, Macarıstanda maliyyə mənbəyinə görə hüquqi şəxslər arasında fərq qoymaq, özündə dolayı ayrı-seçkilik ehtiva. Bu, Konstitusiyanın 78-ci - “Avropa və Avroatlantik strukturlara inteqrasiya” maddəsinə ziddir. Qanun öz forma və məzmununa görə Gürcüstanın Avrointeqrasiyasına real maneədir. Avropa İttifaqının rəsmi strukturlarının mövqeyi aydındır - qanun Avropa dəyərlərinə və Aİ üzvlüyünə namizəd statusu olan bir ölkə üçün tələblərə ziddir. Qanun konstitusiyanın konstitusiya orqanlarına ölkənin Avropa İttifaqına inteqrasiyası üçün bütün tədbirləri görmək öhdəliyinə birbaşa ziddir. Bu qanunu təkmilləşdirmək mümkün deyil.

“Qanun bütöv məzmunu ilə konstitusiyaya ziddir, buna görə də qeyri-gürcü, qeyri-Avropa və qeyri-demokratikdir. Belə ki, onun mahiyyəti, məzmunu və prinsipləri məqbul olmadığı üçün onda dəyişiklik etməklə təkmilləşdirmək mümkün deyil. Müvafiq olaraq, qanunun ləğvi alternativsizdir və gürcü xalqının iradəsini ifadə edir. Bütün qeyd olunanları nəzərə alaraq, qanunun tezliklə, qüvvəyə mindiyi gündən sonrakı gün ləğv edilməsini təklif edirik”, - Prezidentin əsaslandırılmış şərhində deyilir.

Prezidentin vetosunu aşmaq üçün parlamentin 76 deputatının dəstəyi tələb olunur və parlament çoxluğu - “Gürcü Arzusu” və “Xalqın Gücü” 83 səsə malikdir. Parlament vetonu aşdıqdan sonra qanun layihəsinin orijinal variantına yenidən səs verəcək. Salome Zurabişvili rus qanununu bir daha imzalamasa, o zaman onu parlament sədri imzalayacaq. Qanun dərc edildikdən sonra qüvvəyə minmiş hesab edilir.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20

Netanyahunun qaldığı otelə qurd tökdülər - Video
2024-07-25 11:58

Dünyada hər 11-ci insan aclıqla üzləşib
2024-07-25 11:44

İngiltərənin ilk müsəlman ədliyyə naziri Qurani-Kərimə and içib
2024-07-25 11:29

2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
2024-07-25 11:16

Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
2024-07-25 10:58


Digər Gürcüstan xəbərləri:

Kutaisi yolunda qəza olub

83