“Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili zəhərləndiyini bildirib

13 Iyun 2024 - 18:09

274

Ukraynada döyüşən “Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili deyir ki, o, təxminən 4-5 ay əvvəl zəhərlənib və bədənindən ağır metalların çıxarılması üçün müalicə olunur.

“Bu maddələr əsasən sinir sisteminə və daxili orqanlara təsir edir. Bəzi xəsarətlər var, lakin onlar reabilitasiya oluna biləndir. Ən əsası, bu, döyüş qabiliyyətinə təsir etmədi və biz Rusiyaya qarşı mübarizəmizi davam etdiririk. Əvvəldən toksikoloji müayinə olmayıb. Ukraynada belə bir müayinə keçirmək mümkün deyil, nümunələr Almaniyaya göndərilib, oradan rəy yalnız bu yaxınlarda, zəhərlənmə göstəriciləri artıq aşağı salındıqda çıxarılıb. Ağır metalların qandan çıxarılması üçün müalicə təxminən altı ay davam edəcək.

Bu, mənə qarşı ilk zəhərlənmə cəhdi deyil. Mən artıq eyni maddə ilə iki dəfə zəhərlənmişəm və yəqin ki, orqanizm antidot istehsal edib, çünki bu dəfə mən onu ilk hallara nisbətən daha asan keçirdim”, - Mamulaşvili “Formula TV”yə bildirib.

Zəhərli maddə çox güman ki, “Gürcü Legionu”nun yaradıcısının bədəninə qidadan daxil olub. Mamuka Mamulaşvili Rusiya Xüsusi Xidmət orqanlarının izlərindən danışır:

“Ukrayna Hərbi Prokurorluğu və bir neçə struktur iş qaldırıb, lakin, bunu kimin etdiyini tapmaq çox çətin olacaq. Sizə deyə bilərəm ki, bir sıra gürcüləri Rusiyanın göstərişi ilə “Gürcü Legionu”na çağırışçı kimi göndərirlər və çox güman ki, bunu onlar edib. İstisna etmirəm ki, bu gün Rusiya ilə əməkdaşlıq edən Gürcüstan hökuməti belə bir iş görmək vəzifəsi olan adamları göndərir”.

“Gürcü Legionu”nun digər üzvləri də bu məsələyə münasibət bildiriblər. Koba Xabazinin dediyinə görə, Mamuka Mamulaşvilinin qanında civə, arsen və qurğuşunun səviyyəsi qorxulu şəkildə yüksək olub. “Ukraynanın təhlükəsizlik xidmətləri bizə bunun təsadüfi ola bilməyəcəyini təsdiqləyib. “Biz dəqiq bilirik ki, bunu Rusiya sifariş edib, çünki “Gürcü Legionu” və Mumuka Mamulaşvili illərdir işğalçılarını boğaza yığıblar”, - deyə Xabaz bildirib.

Rusiya Mamuka Mamulaşvili üçün beynəlxalq axtarış elan edib. İstintaq komitəsi onu Ukrayna ərazisində silahlı birləşmə yaratmaqda və ona rəhbərlik etməkdə, həmçinin azı 24 Gürcüstan vətəndaşını “Gürcü Legionu” və digər Ukrayna silahlı birləşmələrinin fəaliyyətinə cəlb etməkdə ittiham edir. Fevralın sonunda Moskva məhkəməsi Mamuka Mamulaşvilinin barəsində qətimkan tədbiri olaraq qiyabi həbs qərarı çıxarıb. 2014-cü ildə Mamulaşvilinin əsasını qoyduğu “Gürcü Legionu” 2016-cı ildən Ukrayna Silahlı Qüvvələrinin tərkibindədir. Rusiya Legionun digər üzvləri üçün də axtarış elan edib.

 

 


mənbə: sakartvelosambebi

Xəbər lenti

Tiflisdə iş adamının qətli: Azərbaycanlı 9 il sonra tutuldu
2024-07-22 21:18

Taksi yaşlı kişini vuraraq öldürüb
2024-07-22 21:14

“Xarici agentlər haqqında” qanuna görə bu gün Gürcüstan Konstitusiya Məhkəməsində növbəti iddia qaldırılacaq
2024-07-22 18:50

Nataxtari yolunda qəza olub
2024-07-22 18:45

İyulun 26-dək olan hava proqnozu açıqlandı
2024-07-22 18:42

23 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-22 18:34

Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib
2024-07-22 14:04

Gürcüstanda 4 bala yaxın daha bir zəlzələ olub
2024-07-22 14:01

Yaddaşınızın möhkəm olması üçün bu qidaları yeyin
2024-07-22 13:59

Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq
2024-07-22 13:04

Gürcüstan siyasətində “qara pullar" var
2024-07-22 13:01

NATO hazırda Gürcüstanla aktiv genişlənmə danışıqları aparmır
2024-07-22 12:59

Kobaxidze: Trampın qələbəsi Ukrayna müharibəsini daha tez başa çatdıra bilər
2024-07-22 12:56

Gürcüstanda zəlzələ qeydə alındı
2024-07-22 12:21

Saxta sənədlərdən istifadə etməklə dələduzluq edən şəxslər saxlanılıb
2024-07-22 12:18

İmam Hüseynin (ə) qiyamı haqqında dünya mütəfəkkirlərinin fikirləri
2024-07-22 11:21

Krasnodarda ticarət mərkəzində partlayış olub: Binanın çox hissəsi dağılıb-VİDEO
2024-07-22 11:01

Almaniyada itkin düşmüş Gürcüstan vətəndaşı axtarılır
2024-07-22 10:41

Təzəkənddə iki avtomobil toqquşub
2024-07-22 10:09

Prezidentliyə yeni namizəd: Kamala Harris kimdir?
2024-07-22 09:54

Aİ ölkələrindən Gürcüstana gələn turistlərin sayı artıb
2024-07-21 18:25

Gürcüstanda yaşa görə pensiyanın məbləği...
2024-07-21 16:29

Qəzzada həlak olan fələstinlilərin sayı 38 983 nəfərə çatıb
2024-07-21 14:40

19 yaşlı motosiklet sürücüsünün ölümü ilə bağlı saxlanılan polis məmuru barəsində həbs qətimkan tədbiri seçilib
2024-07-21 14:35

Qoşqu magistral yolda aşıb
2024-07-21 12:22

Gürcülər Rusiyanı düşmən hesab edir, Azərbaycanı isə...
2024-07-21 12:15

Aşura günü Kərbəladakı zəvvaların sayı açıqlandı
2024-07-20 22:07

Rusiyada 13-cü mərtəbədən yıxılan qadın heç nə olmamış kimi yoluna davam etdi
2024-07-20 22:03

Ağır yol qəzasında 3 nəfər həyatını itirdi
2024-07-20 11:58

Bir neçə nəfər arasında dava düşüb - Yaralı var
2024-07-20 06:26

Tbilisidə havanın çirklənməsi təhlükəli həddə yaxınlaşır
2024-07-19 23:34

Xarici dövlətlər Rusiyaya görə Gürcüstana təzyiq ediblər- Şok detallar
2024-07-19 22:48

Gürcüstan və Macarıstan investisiyaların qarşılıqlı qorunması haqqında saziş imzalayıblar
2024-07-19 22:36

Kompüter sistemlərinin qlobal pozulması səbəbindən Kutaisi-Berlin reysi Poznana eniş edib
2024-07-19 16:27

Konstitusiya Məhkəməsi prezidentin rus qanununa qarşı şikayətini qəbul edib
2024-07-19 16:23

Tbilisidə 19 yaşlı gənc yol qəzasında ölüb
2024-07-19 16:21

Xonidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb
2024-07-19 16:19

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb - 9 nəfər saxlanılıb
2024-07-19 16:16

Xilasedicilər çaydan 15 yaşlı oğlanın cəsədini tapıblar
2024-07-19 16:14

Biz təkcə özümüz deyil, həm də Avropa üçün sülhü qorumuşuq
2024-07-19 16:09


Digər Gürcüstan xəbərləri:

Nataxtari yolunda qəza olub

106