Əgər insan özünü bu işə vadar edə bilsə, qəflət onu tərk edər…
180
«Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». (“Qəsəs” 77).
Bu ayənin təfsirindən sonra bir hədis nəql edilmişdir ki, həmin hədisə görə insanın etdiyi hər bir fəsad – batini fəsaddır. Batini fəsad isə qəflətdən qaynaqlanır. İmam Sadiq (ə) bu hədisi nəql edərək həmin xəstəliyin müalicə yolunu da bizə bəyan etmişdir. İmam (ə) buyurur ki, batinimizdə olan simiclik və həsəd hissi bais olar ki, biz zahirdə də bu cür olaq. Vacib zəkatı verməkdən və ya yoxsullara yardım etməkdən boyun qaçıraq. Hər kim bu işləri görürsə, deməli batinindəki həsəd və simiclik hissinə qalib gəlmişdir. Bu, ali bir məqamdır. Ancaq əgər insan bu işə müvəffəq olmazsa, ən azı bu rəzil sifətlərin təsirini azaltmağa çalışmalıdır. Bu, çox mühüm bir mövzudur.
Bir gün şagirdləri Mərhum Əllamə Hillini şad və sevincli halda görür və ondan bu sevincin səbəbini soruşurlar. Alim buyurur: “Bu gün batinimə nəzər salanda gördüm ki, heç kimə həsəd aparmıram. Mən bu gün 25 illik zəhmətimin nəticəsini aldım”.
Həsəd kimi rəzil sifətlərin müalicəsi çətin və vaxt aparandır. İnsan qısa bir müddətdə onun kökünü kəsə bilməz. Lakin elə yollardan istifadə edə bilər ki, bu rəzil sifətlərin büruzə verməsinin qarşısını ala bilər.
İmam Sadiq (ə) buyurur ki, nəfsani xəstəliklərin qarşısını almağın yollarından biri – pis adətləri tərk etməkdir. Adətlər iki yerə bölünür: yaxşı adətlər və o şeylər ki, insan xeyir işlərdə ona adət edir. Misal üçün adət edir ki, namazını həmişə əvvəl vaxtda qılsın. Ya başqalarına əl tutsun. Bu, xeyirli adətdir. Xeyir adətləri tərk etmək – bəyənilməyən əməllərdəndir.
Lakin ikinci növ adətlər bəyənilməyən və pis adətlərdir. Misal üçün insan adət etmişdir ki, sübh namazını qılandan sonra yatsın. Bu təqva əhli yanında çirkin adət sayılır. Çünki bu vaxt İlahi inayətin xüsusi zamanıdır. İlahi övliyalar və Allah yolunun yolçuları bu zamanda yatmazdılar. Ona görə də bu adəti tərk etmək lazımdır. Bu iş bir qədər çətin olsa da, qarşısını almağa çalışın. Əgər yuxunuz gəlirsə, bayıra çıxın və ziyarətlərə yollanın. Din alimlərinin bir çoxu bu zamanda ya hərəmlərə gedərlər, ya da qəbir əhlini ziyarət edərlər.
Bəzi rəzil sifətlər insanın ona diqqət etməsindən irəli gəlir. Misal üçün insan əgər müəyyən şeyə çox diqqət edərsə, nəfsani hissləri güclənər. Ona görə də bəzi təqva əhli o yerdə ki, işıq və bər-bəzək çoxdur, misal üçün pasajlar, bazarlar ora getməyi sevmirlər. Bu, ona görə deyildir ki, onların ürəyi yoxdur. Xeyr, onlar çox yaxşı bilir ki, dünya nədir və axirət nədir. Onlar başa düşürlər ki, bu dünya bər-bəzəyi onları axirətdən qafil edə bilər.
İnsanı bu rəzil nəfsani sifətlərdən xilas edə biləcək yollardan biri də zikrdir. Yəni, daima zikr etməyi bacarmaqdır. Allaha diqqət etmək və zehninin Onunla məşğul olması bais olar ki, insan şəhvət hissinə qarşı laqeyd olsun. Əgər şeytan səni vəsvəsə edirsə, gərək ona qarşı laqeyd olasan və əksinə əməl edəsən.
O zaman ki, insan daima zikr edər, ürəyi zikr etməyə başlayar. Əgər insan ürəyi ilə zikr edərsə, şəhvətin kökünü kəsər. Ümid edirəm ki, Allah bizlərə də dil və ürək zikrini etmək tofiqini inayət edər.
Həzrət Sadiq (ə) buyurur ki, səy edin ki, hər bir işdə – istər kiçik olsun və istərsə də böyük – Allaha itaət edəsəniz. Baxın görün Allah həmin işə görə nə istəyir və Allahın əmri onunla bağlı necədir? Özünü vadar et ki, Allaha hər bir işində itaət edəsən. Hər bir hadisə baş verəndə, hər bir məclisə gedəndə və ya qalxanda və hər bir işində Allahdan qafil olmayasan. Əgər insan özünü bu işə vadar edə bilsə, qəflət onu tərk edər. Əgər qafil olmazsa, Allaha və Onun nemətlərinə diqqət edər.
İmamın (ə) buyurduğu növbəti yol – xəlqin cəfasına səbir etməkdir. Yəni insan nəfsini tərbiyə etməli və xəlqlə xoşrəftar olmalıdır. Bəzən insan istəyir ki, yaxın qohumları da Allah yolunun yolçusu olsunlar. Lakin buna nail ola bilməyəndə, məyus olur. Buna görə də bəzən özünə qarşı mehribansızlıq müşahidə edər və cəfa görər. Bəzən onu hətta xoşagəlməz ləqəblərlə çağırarlar. İmam (ə) buyurur ki, insan gərək özündə belə bir tutum hazır etsin ki, bu kimi çətinliklərə səbir edə bilsin. Əgər insan mərifət üzündən səbir edərsə, heç bir mənfi təsirlə üzləşməz. Ancaq əgər bu səbri mərifət üzündən olmazsa, çətin olar.
Qəflətdən və nəfsani xəstəliklərdən xilas olmaq üçün İmamın (ə) bizə verdiyi bu tövsiyələrə diqqət edək.
mənbə: az.shafaqna.com
Xəbər lenti
Üzüm bağında kişi meyiti tapılıb
2024-09-18 14:05
Gürcüstanın ərazi sularında Hindistan bayrağı altında üzən tanker üzmə qaydalarını pozduğuna görə saxlanılıb
2024-09-18 14:02
Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?
2024-09-18 13:59
Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçən şəxslər saxlanılıb
2024-09-18 13:57
Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
2024-09-18 13:33
96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları
2024-09-18 12:47
İran səfiri partlayışda gözünü itirib
2024-09-18 12:16
Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
2024-09-18 12:03
İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı
2024-09-18 11:52
Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
2024-09-18 11:36
Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
2024-09-18 11:24
Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər
2024-09-18 11:07
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
2024-09-18 10:54
Gürcüstan Xaratyanı ölkəyə buraxmadı
2024-09-17 14:31
Rusiyaya qarşı müharibədə daha bir gürcü döyüşçüsü həlak olub
2024-09-17 14:23
Gürcüstan osetin xalqının soyqırımını, müharibənin başlanmasını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır
2024-09-17 12:11
Rikotidə avtomobil qəzası baş verib
2024-09-17 12:07
İslam nəzərindən dilin zərərləri
2024-09-17 11:55
Trampa sui-qəsdə cəhd edən şəxs belə saxlanıldı - Video
2024-09-17 11:44
Balığın köhnə olduğunu necə bilmək olar?
2024-09-17 11:29
Livandan İsrailin şimalına 10-dan çox raket atılıb
2024-09-17 10:34
Gürcüstanın hakim partiyasının icraçı katibi: ABŞ sanksiyaları ölkədəki seçkilərə müdaxilədir
2024-09-17 10:16
Qaynar çay içənlərə XƏBƏRDARLIQ
2024-09-17 10:01
17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18
ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12
Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10
Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14
Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11
Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05
KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır
2024-09-16 16:12
Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
2024-09-16 16:07
Salome Zurabişvili brifinq keçirəcək
2024-09-16 16:05
Milli Hərəkat üzvü saxlanılıb - DİN-dən bəyanat
2024-09-16 16:03
Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb
2024-09-16 16:00
Maykl Rot Gürcüstandadır
2024-09-16 11:29
Avtomobil piyadanı vurub
2024-09-16 11:25
Güclü külək gözlənilir
2024-09-16 11:23
Təmir etdiyi avtomobil ustanın üzərinə düşüb
2024-09-16 11:19
İki avtomobil toqquşub, xəsarət alanlar var
2024-09-16 11:13
Sosial məsuliyyət
2024-09-16 11:05
Digər İslam Dünyası xəbərləri: