ABŞ Gürcüstan hakimiyyətini Əfqan Sadıqovu dərhal azad etməyə çağırır

07 Avqust 2024 - 16:17

238

Amerika Birləşmiş Ştatları Gürcüstan hakimiyyətini avqustun 3-də Tbilisidə Azərbaycana ekstradisiyası üçün saxlanılmış azərbaycanlı jurnalist Əfqan Sadıqovu “dərhal” azad etməyə çağırıb. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller “Turan”ın Vaşinqton müxbiri Aleks Raufoğluna bildirib.

“Biz Əfqan Sadıqovun Tbilisidə saxlanılmasından çox narahatıq. Biz Gürcüstan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə və onu dərhal azad etməyə çağırırıq.

“Onun saxlanılması Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin saxlanılması ilə əlaqədar davam edən repressiya kontekstində baş verib və biz bir daha Azərbaycan hökumətini bütün haqsız yerə saxlanılanları dərhal azad etməyə, vətəndaş cəmiyyətinə, o cümlədən xaricdə hücumlardan çəkinməyə və mətbuat azadlığına xələl gətirməyi dayandırmağa çağırırıq”, - Miller bildirib.

“Turan” nəşri yazır ki, “Azel.Tv”nin baş redaktoru Əfqan Sadıqov 2016-cı ildən sonra Bakıda bir neçə dəfə saxlanılıb və jurnalist fəaliyyətinə görə bir ildən artıq həbsdə olmuş keçmiş siyasi məhbusdur.

Sadıqovun saxlanılmasına “Amnesty İnternational” və Beynəlxalq Mətbuat İnstitutu da reaksiya verib. Beynəlxalq təşkilat “Amnesty İnternational” bildirir ki, Gürcüstan hakimiyyəti jurnalistin beynəlxalq hüququn öhdəliklərinə və geri qaytarmama prinsipinin tələblərinə uyğun olaraq ekstradisiyası səylərini dərhal dayandırmalı və əgər onlar bunu tələb edirlərsə onu və həyat yoldaşını beynəlxalq müdafiə ilə təmin etməlidir. Bununla belə, “Amnesty İnternational” təşkilatının bildirdiyinə görə, Sadıqovun işi Azərbaycanda müstəqil medianın kökünü kəsmək tendensiyasının davamıdır.

Saxlanılmazdan iki həftə əvvəl Əfqan Sadıqov həyat yoldaşı və iki azyaşlı qızı ilə birlikdə Türkiyəyə getmək istəsə də, Tbilisi Beynəlxalq Hava Limanının gürcü sərhədçiləri onun sərhədi keçməsinə icazə verməyib və izah ediblər ki, o, yalnız Azərbaycana qayıda bilər.

Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstanda yaşayır. Özünün dediyi kimi, bura müalicə üçün gəlib, lakin ona qarşı təhdidlər və azərbaycanlı jurnalistlərin yeni həbs dalğasının başlaması səbəbindən bir daha vətənə qayıtmayıb. Sadıqovlar Gürcüstanda özlərini təhlükəsiz hiss etmədikləri üçün ölkəni tərk etmək istəyiblər.

Vəkilin sözlərinə görə, Əfqan Sadıqova bu barədə heç bir məlumatı olmadan mayda Azərbaycanda cinayət işi başlanıb. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Ailə hesab edir ki, jurnalist Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə təqib olunur və prezident İlham Əliyevin əmri ilə saxlanılıb.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Üzüm bağında kişi meyiti tapılıb
2024-09-18 14:05

Gürcüstanın ərazi sularında Hindistan bayrağı altında üzən tanker üzmə qaydalarını pozduğuna görə saxlanılıb
2024-09-18 14:02

Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?
2024-09-18 13:59

Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçən şəxslər saxlanılıb
2024-09-18 13:57

Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
2024-09-18 13:33

96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları
2024-09-18 12:47

İran səfiri partlayışda gözünü itirib
2024-09-18 12:16

Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
2024-09-18 12:03

İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı
2024-09-18 11:52

Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
2024-09-18 11:36

Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
2024-09-18 11:24

Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər
2024-09-18 11:07

Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
2024-09-18 10:54

Gürcüstan Xaratyanı ölkəyə buraxmadı
2024-09-17 14:31

Rusiyaya qarşı müharibədə daha bir gürcü döyüşçüsü həlak olub
2024-09-17 14:23

Gürcüstan osetin xalqının soyqırımını, müharibənin başlanmasını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır
2024-09-17 12:11

Rikotidə avtomobil qəzası baş verib
2024-09-17 12:07

İslam nəzərindən dilin zərərləri
2024-09-17 11:55

Trampa sui-qəsdə cəhd edən şəxs belə saxlanıldı - Video
2024-09-17 11:44

Balığın köhnə olduğunu necə bilmək olar?
2024-09-17 11:29

Livandan İsrailin şimalına 10-dan çox raket atılıb
2024-09-17 10:34

Gürcüstanın hakim partiyasının icraçı katibi: ABŞ sanksiyaları ölkədəki seçkilərə müdaxilədir
2024-09-17 10:16

Qaynar çay içənlərə XƏBƏRDARLIQ
2024-09-17 10:01

17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10

Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14

Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11

Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır
2024-09-16 16:12

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
2024-09-16 16:07

Salome Zurabişvili brifinq keçirəcək
2024-09-16 16:05

Milli Hərəkat üzvü saxlanılıb - DİN-dən bəyanat
2024-09-16 16:03

Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb
2024-09-16 16:00

Maykl Rot Gürcüstandadır
2024-09-16 11:29

Avtomobil piyadanı vurub
2024-09-16 11:25

Güclü külək gözlənilir
2024-09-16 11:23

Təmir etdiyi avtomobil ustanın üzərinə düşüb
2024-09-16 11:19

İki avtomobil toqquşub, xəsarət alanlar var
2024-09-16 11:13

Sosial məsuliyyət
2024-09-16 11:05


Digər Gürcüstan xəbərləri:

Üzüm bağında kişi meyiti tapılıb

242